"Veysəloğlu"nun "İllik Dəyərləndirmə və Gələcəyə Baxış" adlı motivasiya tədbirində şirkətin uğurları və yeni istiqamətlər müzakirə olundu – FOTO

Fevral ayının 28-də Veysəloğlu Şirkətlər Qrupu (VŞQ) Bakıdakı "Gülüstan" Sarayında özünün ənənəvi "İllik Dəyərləndirmə və Gələcəyə Baxış" adlı motivasiya yönümlü növbəti tədbirini keçirib.

Bizim.Media xəbər verir ki, tədbirə Şirkətlər Qrupunda rəhbər vəzifələrdə çalışan 450-dən artıq əməkdaş iştirak edib. Digər əməkdaşlara isə tədbiri xüsusi proqram vasitəsilə kənardan izləmək imkanı yaradılıb. Tədbirə tanınmış ssenarist və aktyor Azər Aydəmir və "Veysəloğlu"nun əməkdaşı Aysel Fərziyeva aparıcılıq ediblər.

Azərbaycan Respublikasının Dövlət Himni və Veysəloğlu Şirkətlər Qrupunun himninin səslənməsindən sonra, tədbir iştirakçıları "Qalib ölkənin uğurları – 2024" və "VŞQ-də uğurun izləri – 2024" adlı videoçarxları, eləcə də VŞQ-nin 30 illik yubileyə həsr olunmuş imic videosunu izləyiblər. Tədbir Veysəloğlu Qrupa daxil olan şirkətlərin rəhbərləri: Bəxtiyar Allahverdi, Natəvan İbrahimova, Rəşad İbrahimov və Məmmədqulu Süleymanlının iştirakı ilə keçirilən "2024 Uğurlarımız: Çıxardığımız Nəticələr və Gələcəyə Baxış" adlı panel müzakirələri ilə davam edib.

Baş tutan maraqlı müzakirədə şirkət rəhbərləri məsul olduqları sahələrdə il ərzində qazanılan uğurlardan və gələcək perspektivlərdən ətraflı bəhs ediblər, onlara ünvanlanan sualları cavablandırıblar. Fasilə zamanı tədbir iştirakçıları zalın müxtəlif yerlərində quraşdırılan Şirkətlər Qrupuna aid "Brandwall"ların önündə çəkdirdikləri fotolarla #GücümüzBirliyimizdədir2025 adlı həştəq ilə maraqlı paylaşımlar ediblər. Tədbir Xalq artisti Mənsum İbrahimov və Əməkdar artist Şəhriyar İmanovun gözəl ifalarının sədaları altında şam yeməyi və Şirkətin dəyərləri ilə bağlı keçirilən intellektual oyunla davam edib.

Motivasiya tədbirinin ikinci hissəsi təsis olunan "Vəfa Zirvəsi" adlı nişanın əməkdaşlara təqdimatı ilə başlayıb. Əvvəlcə, ömürlərinin 10 və 15 ilini "Veysəloğlu"da keçirən əməkdaşlara bürünc və gümüşdən hazırlanmış, Şirkətlər Qrupunun loqosunu özündə əks etdirən nişanlar və diplomlar VŞQ-nin təsisçisi və Baş direktoru Aydın Talıbov tərəfindən şəxsən təqdim edilib və onların hər biri ilə xatirə fotosu çəkdirilib. Eyni zamanda VŞQ və əməkdaşın prototipinin ilk təqdimatı da məhz bu tədbirdə baş tutub. Sonra söz Veysəloğlu Şirkətlər Qrupunun təsisçisi və Baş direktoru Aydın Talıbova verilib. Şirkət rəhbəri çıxışında "Veysəloğlu"nun keçdiyi çətin və şərəfli inkişaf yolundan bəhs edib.

Xüsusilə də, "Vəfa Zirvəsi" nişanının təsis edilməsi və onu əməkdaşlara şəxsən təqdim olunmasından zövq aldığını bildirib. Təsisçinin çıxışı yekunlaşandan sonra, o, əməkdaşların ünvanladığı sualları cavablandırıb. Aydın Talıbovun çıxışından sonra proqramda "İlin Nominasiyaları"nın mükafatlandırılması həyata keçirilib. Layihələr barədə VŞQ Baş İcraçı Direktorunun müşaviri, Qiymətləndirmə Komissiyasının sədri İlqar Nuri ətraflı məlumat verib. O, qeyd edib ki, Komissiyaya Şirkətlər Qrupunun əməkdaşları tərəfindən ümumilikdə 85 layihə təqdim edilib, onlardan yalnız 8-i favorit hesab olunub.

Komissiya sədri həmçinin bildirdi ki, onlara bu seçimi etmək çox çətin olub, çünki təqdim olunan layihələrin böyük əksəriyyəti məzmunu və faydalılığı ilə seçilib. "Təsisçidən Özləl Nominasiya" üzrə Şirkətdə çalışan qazi və veteranlara qayğı göstərən "Sizə Minnətdarıq" adlı layihə qalibi mükafatlandırıldı. Bu mükafatı layihə rəhbəri Eldəniz Seyidova Şirkətin təsisçisi Aydın Talıbovun həyat yoldaşı Afət Talıbova təqdim etdi. "İlin Ən Mənfəətli Şirkəti" nominasiyası üzrə qalib Aydın Talıbov tərəfindən "Veysəloğlu Distribusiya" elan olundu.

Sonra ömürlərinin 20 və 25 ildən artıq dönəmini "Veysəloğlu"ya həsr edən əməkdaşlara qızıl və platindən hazırlanmış "Vəfa Zirvəsi" nişanının növbəti təqdimatı keçirilib. Bu nişanlar da əməkdaşlara şəxsən Aydın Talıbov tərəfindən təqdim edilib. Bununla da tədbirdə iştirak edən 189 rəhbər şəxs "Vəfa Zirvəsi" nişanı ilə təltif edildi. Nişanla təltif olunmağı gözləyən 1000-dən artıq əməkdaşa isə bu təltifin mərhələli şəkildə veriləcəyi gözlənilir. "İlin Nominasiyaları"nın mükafatlandırılmasının davamı olaraq "İlin Şirkəti" də elan olunub.

Bu barədə ətraflı məlumat verən VŞQ-nin Maliyyə Direktoru Könül Kərimova çıxışında qeyd edib ki, sözügedən nominasiya üzrə qalibin seçilməsi biznes subyektlərinin göstəricilərinə uyğun rəqəmlərin ətraflı təhlilindən sonra baş tutub. Hamının maraqla gözlədiyi bu məlumatı tədbir iştirakçılarına şəxsən Aydın Talıbov açıqladı. Məlum oldu ki, builki "İlin Şirkəti" nominasiyasının qalibi "Oba" marketlər şəbəkəsi olub. Əməkdaşlar üçün böyük motivasiya ruhu verən bu tədbir xatirə fotosunun çəkdirilməsi ilə yekunlaşdı.





















Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Rusiyanın daha bir neft bazası vuruldu – ANBAAN VİDEO

Rusiyanın daha bir neft bazası vuruldu – ANBAAN VİDEO

"Belə xəbərlər mənə və ailəmə pis təsir edir" -Joni Montiel

"Belə xəbərlər mənə və ailəmə pis təsir edir" -Joni Montiel

Rəsmi nikah yoxdursa, aliment almaq mümkündürmü? – HÜQUQİ İZAH

Rəsmi nikah yoxdursa, aliment almaq mümkündürmü? – HÜQUQİ İZAH

Birinin 14, digərinin 13 il həbsi tələb edildi

Birinin 14, digərinin 13 il həbsi tələb edildi

Kirayə xətti ilə mənzil sahibi olmaq istəyənlərin NƏZƏRİNƏ

Kirayə xətti ilə mənzil sahibi olmaq istəyənlərin NƏZƏRİNƏ

AAYDA-ya məxsus MMC ləğv olundu

AAYDA-ya məxsus MMC ləğv olundu

CHP-dən istefa verib - Yeni partiya yaratdı

CHP-dən istefa verib - Yeni partiya yaratdı

850 il sonra ilk dəfə - Dünya bu şəhərə axışacaq - Fotolar

850 il sonra ilk dəfə - Dünya bu şəhərə axışacaq - Fotolar

Sabah 39 dərəcə isti olacaq – PROQNOZ

Sabah 39 dərəcə isti olacaq – PROQNOZ

Tanınmış iş adamı oteldən yıxılaraq öldü

Tanınmış iş adamı oteldən yıxılaraq öldü

Bakıda yeni dərs ilindən iş saatı belə olacaq – TƏFƏRRÜAT

Bakıda yeni dərs ilindən iş saatı belə olacaq – TƏFƏRRÜAT

"Sifarişiniz gəlib", "Qazanc əldə etdiniz" kimi mesajları açmayın – XƏBƏRDARLIQ

"Sifarişiniz gəlib", "Qazanc əldə etdiniz" kimi mesajları açmayın – XƏBƏRDARLIQ

Bakıda yeni təhlükə: bu məhsulları almayın - Rəsmi

Bakıda yeni təhlükə: bu məhsulları almayın - Rəsmi

Bakı Qızlar Universitetindən bağlanması ilə bağlı xəbərlərə CAVAB – FOTO

Bakı Qızlar Universitetindən bağlanması ilə bağlı xəbərlərə CAVAB – FOTO

Dələduzluğa görə həbsdə olan stomatoloqun daha bir cinayəti üzə çıxdı

Dələduzluğa görə həbsdə olan stomatoloqun daha bir cinayəti üzə çıxdı

Argentina millisinə tənqidlərə Prezidentdən REAKSİYA – “Bizi qısqanırlar” – FOTO

Argentina millisinə tənqidlərə Prezidentdən REAKSİYA – “Bizi qısqanırlar” – FOTO

Köhnə smartfonlar hakerlərin hədəfinə çevrilir – SƏBƏB

Köhnə smartfonlar hakerlərin hədəfinə çevrilir – SƏBƏB

Ölümcül virusla bağlı HƏYƏCAN TƏBİLİ – Yoluxma rəsmi rəqəmlərdən dəfələrlə çoxdur...

Ölümcül virusla bağlı HƏYƏCAN TƏBİLİ – Yoluxma rəsmi rəqəmlərdən dəfələrlə çoxdur...

“Moody’s” Kapital Bank-ın güclü maliyyə göstəricilərini bir daha təsdiqləyib

“Moody’s” Kapital Bank-ın güclü maliyyə göstəricilərini bir daha təsdiqləyib

"İdrak" liseyində müəllimini silahla vurmaqda təqsirləndirilən şagirdin məhkəməsi ilə bağlı QƏRAR

"İdrak" liseyində müəllimini silahla vurmaqda təqsirləndirilən şagirdin məhkəməsi ilə bağlı QƏRAR

Məktəblərdə təmayül tədrisi BAŞLAYIR - Repetitorluğa son qoyulacaq?

Məktəblərdə təmayül tədrisi BAŞLAYIR - Repetitorluğa son qoyulacaq?

ABŞ-da “Mercedes”in satışına qadağa qoyula BİLƏR

ABŞ-da “Mercedes”in satışına qadağa qoyula BİLƏR

Rusiyanın zenit raket istehsalı zavodu belə vuruldu – ANBAAN VİDEO

Rusiyanın zenit raket istehsalı zavodu belə vuruldu – ANBAAN VİDEO

Rusiyadan Ermənistana daha bir QADAĞA - İyulun 27-dən...

Rusiyadan Ermənistana daha bir QADAĞA - İyulun 27-dən...

End of content

No more pages to load

RADİO