Ağdamda evdən meyid tapılıb.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, meyid rayonun Dördyol 2 adlanan qəsəbəsində aşkarlanıb. Bacısına məxsus evdə yaşayan 34 yaşlı Nağızade Novruz Əhməd oğlunun evdən ölüsü tapılıb.
İlkin məlumata görə N. Nağızadənin 3 gün əvvəl öldüyü bildirilib.
Faktla bağlı araşdırma aparılır.
Elgün Gəncimsoy, Qarabağ Bürosu, Bizim.Media