"Türk dünyasının gələcəyini təyin edən (f)aktorlar":İSTANBULDA KONFRANS KEÇİRİLDİ - FOTO/VİDEO

Türkiyənin İstanbul şəhərində “Yeni qlobal güc balansı: Türk dünyasının gələcəyini təyin edən (f)aktorlar” mövzusunda konfrans baş tutub.

Bizim.Media
 Yenicag.az -a istinadən xəbər verir ki, “Qızılbaş” Gəncləri Maarifləndirmə İctimai Birliyi, “Yeni Çağ” Media Qrupu, Azərbaycan Türkiyə Evi (ATEV) “Makro 2000” və Mustafazade Group və İstanbul Universiteti Azərbaycan Mədəniyyət və Həmrəylik  Topluğunun birgə təşkilatçılığı ilə keçirilən konfransda türk dünyasının gələcəyi və Türk Dövlətləri Təşkilatının həyata keçirdiyi və gələcəkdə gerçəkləşdirilməsi planlaşdırılan layihələr müzakirə edilib.



Telejurnalist Turan Ədalətqızının aparıcılığı ilə başlayan konfransın iştirakçıları Xocalı soyqırımının 33-cü ildönümü ilə bağlı bütün şəhidləri bir dəqiqəlik sükutla yad ediblər. Daha sonra Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilib.



Tədbirdə, əvvəlcə, Şimali Kipr Türk Respublikasının (ŞKTR) Prezidenti Ərsin Tatar, Dünya Axısxa Türkləri Birliyinin sədri Ziyattin Kasanov, Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) Türk dünyasından məsul sədr müavini Kürşad Zorlu və ATEV sədri, millət vəkili Tənzilə Rüstəmxanlının təbrik mesajları səsləndirilib.



Tədbirin açılış çıxışını edən Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü, “Yeni Çağ” Media Qrupunun rəhbəri Aqil Ələsgər vurğulayıb ki, Qarabağ zəfəri Türk Dünyası üçün yeni bir dövrün başlanğıcı olub.



O bildirib ki, 2020-ci ilə qədər müxtəlif məsələlər müzakirə olunsa da, bu gün Azərbaycan Prezidentinin “Bizim başqa ailəmiz yoxdur, bizim ailəmiz Türk dünyasıdır” çıxışı türk dünyası üçün yol xəritəsi rolunu oynayır:

“Biz hesab edirik ki, gənclər daha aktiv olmalıdır. Burada həm də medianın, QHT-lərin və xüsusilə gənclərin üzərinə ciddi bir missiya düşür. Biz türk dünyası – Qırğızıstan, Qazaxıstan, Özbəkistan, Azərbaycan, Şimali Kipr Türk Respublikası, Türkiyə və Türkmənistan nümayəndələri olaraq davamlı şəkildə bu cür tədbirlər keçirməliyik”.



Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının başqan vəkili Pərviz Məmmədzadə isə Türkiyə Respublikası Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ Prezidenti Donald Trampın Ukrayna Prezidenti Vladimir Zelenskiyə qarşı olan münasibətləri arasındakı fərqə diqqət çəkərək bildirib ki, hazırkı qlobal güclərin dövlətlərə və insanlara münasibəti ilə türk dünyasının münasibəti arasında ciddi fərq mövcuddur.



Beynəlxalq Türk Dilində Danışan Ölkələrin Jurnalistləri Dərnəyinin sədri, araşdırmaçı-yazar Güngör Yavuzaslan, doktorant, aktivist Rəşid Mustafazadə, İstanbul Jurnalistlər Federasiyasının prezidenti Adil Koçalan, “Worldtürk” telekanalı sahibi Adem Ərdağı, “Ulusal Kanal”ın aparıcısı Yeşim Əryılmaz, Turan Federasiyası İdarə Heyəti üzvü Hakan Seyidoğlu, gənc alim Anar Can Kıtay, Qazax Türkləri Mədəniyyət və Araşdırma Dərnəyinin Baş katibi Orhun Akdağ çıxış edərək türk dünyası birliyinin gücləndirilməsi, strateji ittifaqların genişləndirilməsi və birgə fəaliyyətin artırılması məsələləri barədə fikirlərini bölüşüblər.





























Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Rusiyanın daha bir neft bazası vuruldu – ANBAAN VİDEO

Rusiyanın daha bir neft bazası vuruldu – ANBAAN VİDEO

"Belə xəbərlər mənə və ailəmə pis təsir edir" -Joni Montiel

"Belə xəbərlər mənə və ailəmə pis təsir edir" -Joni Montiel

Rəsmi nikah yoxdursa, aliment almaq mümkündürmü? – HÜQUQİ İZAH

Rəsmi nikah yoxdursa, aliment almaq mümkündürmü? – HÜQUQİ İZAH

Birinin 14, digərinin 13 il həbsi tələb edildi

Birinin 14, digərinin 13 il həbsi tələb edildi

Kirayə xətti ilə mənzil sahibi olmaq istəyənlərin NƏZƏRİNƏ

Kirayə xətti ilə mənzil sahibi olmaq istəyənlərin NƏZƏRİNƏ

AAYDA-ya məxsus MMC ləğv olundu

AAYDA-ya məxsus MMC ləğv olundu

CHP-dən istefa verib - Yeni partiya yaratdı

CHP-dən istefa verib - Yeni partiya yaratdı

850 il sonra ilk dəfə - Dünya bu şəhərə axışacaq - Fotolar

850 il sonra ilk dəfə - Dünya bu şəhərə axışacaq - Fotolar

Sabah 39 dərəcə isti olacaq – PROQNOZ

Sabah 39 dərəcə isti olacaq – PROQNOZ

Tanınmış iş adamı oteldən yıxılaraq öldü

Tanınmış iş adamı oteldən yıxılaraq öldü

Bakıda yeni dərs ilindən iş saatı belə olacaq – TƏFƏRRÜAT

Bakıda yeni dərs ilindən iş saatı belə olacaq – TƏFƏRRÜAT

"Sifarişiniz gəlib", "Qazanc əldə etdiniz" kimi mesajları açmayın – XƏBƏRDARLIQ

"Sifarişiniz gəlib", "Qazanc əldə etdiniz" kimi mesajları açmayın – XƏBƏRDARLIQ

Bakıda yeni təhlükə: bu məhsulları almayın - Rəsmi

Bakıda yeni təhlükə: bu məhsulları almayın - Rəsmi

Bakı Qızlar Universitetindən bağlanması ilə bağlı xəbərlərə CAVAB – FOTO

Bakı Qızlar Universitetindən bağlanması ilə bağlı xəbərlərə CAVAB – FOTO

Dələduzluğa görə həbsdə olan stomatoloqun daha bir cinayəti üzə çıxdı

Dələduzluğa görə həbsdə olan stomatoloqun daha bir cinayəti üzə çıxdı

Argentina millisinə tənqidlərə Prezidentdən REAKSİYA – “Bizi qısqanırlar” – FOTO

Argentina millisinə tənqidlərə Prezidentdən REAKSİYA – “Bizi qısqanırlar” – FOTO

Köhnə smartfonlar hakerlərin hədəfinə çevrilir – SƏBƏB

Köhnə smartfonlar hakerlərin hədəfinə çevrilir – SƏBƏB

Ölümcül virusla bağlı HƏYƏCAN TƏBİLİ – Yoluxma rəsmi rəqəmlərdən dəfələrlə çoxdur...

Ölümcül virusla bağlı HƏYƏCAN TƏBİLİ – Yoluxma rəsmi rəqəmlərdən dəfələrlə çoxdur...

“Moody’s” Kapital Bank-ın güclü maliyyə göstəricilərini bir daha təsdiqləyib

“Moody’s” Kapital Bank-ın güclü maliyyə göstəricilərini bir daha təsdiqləyib

"İdrak" liseyində müəllimini silahla vurmaqda təqsirləndirilən şagirdin məhkəməsi ilə bağlı QƏRAR

"İdrak" liseyində müəllimini silahla vurmaqda təqsirləndirilən şagirdin məhkəməsi ilə bağlı QƏRAR

Məktəblərdə təmayül tədrisi BAŞLAYIR - Repetitorluğa son qoyulacaq?

Məktəblərdə təmayül tədrisi BAŞLAYIR - Repetitorluğa son qoyulacaq?

ABŞ-da “Mercedes”in satışına qadağa qoyula BİLƏR

ABŞ-da “Mercedes”in satışına qadağa qoyula BİLƏR

Rusiyanın zenit raket istehsalı zavodu belə vuruldu – ANBAAN VİDEO

Rusiyanın zenit raket istehsalı zavodu belə vuruldu – ANBAAN VİDEO

Rusiyadan Ermənistana daha bir QADAĞA - İyulun 27-dən...

Rusiyadan Ermənistana daha bir QADAĞA - İyulun 27-dən...

End of content

No more pages to load

RADİO