Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı həlak olub.
Bizim.Media-nın yerli bürosunun verdiyi məlumata görə Rusiya ordusunun tərkibində döyüşlərdə iştirak edən Masallı rayon Miyankü kənd sakini Hüseynov Elvin Xanalı oğlu vəfat edib.
E. Hüseynov ailədə dörd qardaş olublar. Mərhum ailəli olub, ayrılıb, 3 övladı var.
Onu da qeyd edək ki, Elvin Rusiya-Ukrayna müharibəsində bir neçə ay öncə dünyasını dəyişib.
Ekspertiza nəticəsində onun kimliyi məlum olub və bu gün nəşi doğulduğu Miyankü kəndinə gətirilir.

Leyla Vəfadar, Bizim.Media, Mərkəzi Aran bürosu