Yusif Baqiyevin restoranı bağlandı – FOTO/VİDEO

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətlərinə uyğun olaraq, ölkə ərazisində yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir.

FHN-dən Bizim.Media-ya bildirilib ki, bu çərçivədə, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Əbdülvahab Salamzadə küçəsi, ev 1055-ci məhəllədə yerləşən yaşayış binasının birinci mərtəbəsində fəaliyyət göstərən “Nuxa” restoranında keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib.

Belə ki:

- yaşayış binasının birinci mərtəbəsində fəaliyyət göstərən restoranın mətbəxində yanğın təhlükəsizliyi tələblərinə zidd olaraq təbii qaz təsərrüfatından istifadə edilir;

- obyektdə yanğınxəbərverici siqnalizasiya qurğusu tam quraşdırılmayıb və mövcud qurğulara xüsusi lisenziyası olan təşkilatlar tərəfindən xidmət göstərilməyib;

- elektrik naqilləri yanar materialların üzəri ilə çəkilib;

- elektrik təsərrüfatına profilaktik baxış keçirilərək kabel və naqillərin izolyasiyasının gərginliyə qarşı müqaviməti ölçülməyib;

- yanğın təhlükəsi törədə bilən keçirici müqavimətin əmələ gəlməməsi üçün kabel və naqillərin birləşmə sahələri və sonluqları xüsusi sıxaclarla və ya qaynaq yolu ilə bərkidilməyib;

- obyektdə odsöndürən balonların tərkibi yenisi ilə əvəz olunmayıb;

- insanların təxliyəsi üçün “Çıxış” sözü yazılmış işıqlı göstəricilər quraşdırılmayıb;

- obyektin təxliyə çıxışlarının qapılarının otaqlardan çıxışa doğru sərbəst açılması təmin olunmaylb;

- obyektin fəaliyyəti Dövlət Yanğın Nəzarəti Xidməti ilə razılaşdırılmayıb.

Beləliklə, mövcud vəziyyət onu göstərir ki, obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək.
 

Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş Bakı şəhəri, Yasamal rayonu, Əbdülvahab Salamzadə küçəsi, ev 1055-ci məhəllədə yerləşən yaşayış binasının birinci mərtəbəsində fəaliyyət göstərən “Nuxa” restoranının fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub və Qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib.



Qeyd edək ki, "Nuxa" restoranının sahibi "qumar kralı" kimi tanınan Yusif Baqiyevdir. O, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin keçirdiyi əməliyyat nəticəsində saxlanılıb. Ona qarşı ilkin olaraq Cinayət Məcəlləsinin 193-1.3.1 (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda pul vəsaitlərini leqallaşdırma-mütəşəkkil dəstə halında birləşməklə törədildikdə) və 244-1.4-cü (qumar oyunlarını təşkil etmə və keçirmə-xüsusilə külli miqdarda gəlir əldə etməklə ) maddələri ilə ittiham elan edilib.











Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Alimentlə bağlı çoxlarının bilmədiyi QAYDA

Alimentlə bağlı çoxlarının bilmədiyi QAYDA

Cəbrayılın 4-cü kəndi tikilir - İlin sonunadək köç olacaq

Cəbrayılın 4-cü kəndi tikilir - İlin sonunadək köç olacaq

Azərbaycan neftinin qiyməti 103 dollara yaxın olub

Azərbaycan neftinin qiyməti 103 dollara yaxın olub

Şəhidin doğum günü təhsil aldığı kollecdə qeyd olunub - FOTO

Şəhidin doğum günü təhsil aldığı kollecdə qeyd olunub - FOTO

Tramp ermənipərəst konqresmeni "yekəbaş" adlandırdı

Tramp ermənipərəst konqresmeni "yekəbaş" adlandırdı

Hitlerin doğulduğu ev polis bölməsi oldu

Hitlerin doğulduğu ev polis bölməsi oldu

Venesuelada zəlzələ qurbanlarının sayı 5546-ya çatıb

Venesuelada zəlzələ qurbanlarının sayı 5546-ya çatıb

FHN çimərliklərə üz tutanlara ÇAĞIRIŞ etdi

FHN çimərliklərə üz tutanlara ÇAĞIRIŞ etdi

Yeni AVTOBUS, köhnə PROBLEM – 107 nömrəli marşrutda nə baş VERİR?

Yeni AVTOBUS, köhnə PROBLEM – 107 nömrəli marşrutda nə baş VERİR?

ABŞ İranla danışıqlar aparır -Tramp

ABŞ İranla danışıqlar aparır -Tramp

BİZİM TƏQVİM:25 iyulda baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM:25 iyulda baş vermiş tarixi hadisələr

Varlanmaqda çox çətinlik çəkən 3 BÜRC

Varlanmaqda çox çətinlik çəkən 3 BÜRC

"Atama onu edən həkim özü də eyni xəstəlikdən öldü"

"Atama onu edən həkim özü də eyni xəstəlikdən öldü"

Qadın geyimindəki bu vasitə xərçəng yaradır? – Həkim mifləri alt-üst etdi

Qadın geyimindəki bu vasitə xərçəng yaradır? – Həkim mifləri alt-üst etdi

Dünya çempionu İspaniyanın 15 MİLYON dolları əlindən alınacaq

Dünya çempionu İspaniyanın 15 MİLYON dolları əlindən alınacaq

İnsan ömrünün SON HƏDDİ açıqlandı

İnsan ömrünün SON HƏDDİ açıqlandı

Bakıdakı kəskin istilərin səbəbi AÇIQLANDI

Bakıdakı kəskin istilərin səbəbi AÇIQLANDI

Ukrayna futbolunun keçmiş rəhbəri həbs olundu

Ukrayna futbolunun keçmiş rəhbəri həbs olundu

Dövlət dəstəyi alacaq özəl bağçalar necə seçiləcək? - DETALLAR

Dövlət dəstəyi alacaq özəl bağçalar necə seçiləcək? - DETALLAR

Futbolçu saçlarını kəsməməsinin səbəbini açıqladı: "Kaş ki, pulum olmasaydı..."

Futbolçu saçlarını kəsməməsinin səbəbini açıqladı: "Kaş ki, pulum olmasaydı..."

Tramp ABŞ-nin Ukraynaya silah satmadığını BƏYAN ETDİ

Tramp ABŞ-nin Ukraynaya silah satmadığını BƏYAN ETDİ

Fələstinli nazir: “Qəzza zolağında iqtisadiyyat məhv edilib”

Fələstinli nazir: “Qəzza zolağında iqtisadiyyat məhv edilib”

“Araz-Naxçıvan” – “İmişli” oyununda heç-heçə

“Araz-Naxçıvan” – “İmişli” oyununda heç-heçə

AK “TikTok”u ittiham etdi: Uşaqların təhlükəsizlik qaydalarını pozur

AK “TikTok”u ittiham etdi: Uşaqların təhlükəsizlik qaydalarını pozur

End of content

No more pages to load

RADİO