Azərbaycanda bu şəxslərə 2600 manat birdəfəlik müavinət veriləcək - YENİ QANUN

Milli Məclisin fevralın 14-də keçirilən plenar iclasında “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Qanuna təklif edilən dəyişiklik müzakirəyə çıxarılıb. Dəyişikliyə əsasən, valideynlərini itirən uşaqlara birdəfəlik pul vəsaitinin konkret məbləğdə ödənilməsi nəzərdə tutulur.

Bizim.Media xəbər verir ki, qanuna dəyişikiliyi şərh edən Milli Məclisin Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev bildirib ki, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” AR Qanununun 5-ci maddəsinin 6-cı abzasına əsasən, valideynlərini itirmiş, valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər ümumi təhsil, peşə və orta ixtisas təhsili, ali təhsil müəssisələrini bitirdikləri zaman müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi qaydada mövsümi paltar və ayaqqabı, habelə respublika üzrə orta əmək haqqının 2 mislindən az olmamaqla birdəfəlik pul vəsaiti ilə təmin olunurlar:
 

“Qanundan göründüyü kimi birdəfəlik pul vəsaitinin ödənilməsi zamanı respublika üzrə orta əmək haqqının hansı dövr üçün hesablanması qeyd edilməyib. Məlum olduğu kimi orta əmək haqqı aylar və illər üzrə dəyişir. Eyni zamanda bu kateqoriyalardan olan şəxslərə verilən birdəfəlik pul vəsaiti onun təsis olunduğu tarixdən indiyədək həmin şəxslərin təhsil müəssisəsini bitirdiyi ildən əvvəlki il üzrə ölkə üzrə orta əmək haqqının iki misli məbləğində təyin edilərək ödənilir və dövlət büdcəsindən bu məqsəd üçün məhz həmin məbləğ əsas götürülərək vəsait ayrılır.


Belə ki, bir neçə il əvvəl təhsil müəssisəsini bitirən bu kateqoriyadan olan şəxslər birdəfəlik pul vəsaitinin alınması üçün müraciət etdikdə, onlara həmin dövr üçün müəyyən edilmiş respublika üzrə orta əmək haqqının iki misli məbləğində ödəniş həyata keçirilir. Həmin ödənişin məbləği təhsil müəssisəsini daha sonra bitirən bu kateqoriyadan olan şəxslərin aldıqları birdəfəlik pul vəsaitindən az olur. Həm təhsil müəssisəsini müxtəlif dövrlərdə bitirən bu kateqoriyadan olan şəxslərin aldıqları birdəfəlik pul vəsaitinin məbləğlərinin fərqli olduğundan, həm Qanunda orta əmək haqqının hansı dövr üçün hesablanması qeyri-müəyyən olduğundan, bu hallar vətəndaşların narazılığına səbəb olur”.

O əlavə edib ki, bundan əlavə, dövlət tərəfindən ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə onlara ödənilən aylıq və ya birdəfəlik müavinətlərin məbləği əsasən Azərbaycan Respublikasının Prezidentinin müvafiq aktları ilə konkret məbləğdə müəyyən edilir:

“Qeyd olunanlara əsasən, daha effektiv sosial təminat prinsipinin tətbiqi, qanunvericilikdə qeyri-müəyyənliyin aradan qaldırılması, birdəfəlik pul vəsaitinin konkret məbləğdə ödənilməsi və vətəndaş məmnunluğunun artırılması məqsədilə Qanunun 5-ci maddəsinin altıncı hissəsində müvafiq dəyişiklik edilməsi ilə bağlı hazırlanıb. Eyni zamanda Azərbaycan Respublikası Prezidentinin Fərmanı layihəsində bu kateqoriyadan şəxslərə verilməli olan birdəfəlik pul vəsaitinin məbləğinin 2600 manat müəyyən edilməsi təklif edilib”.

Qeyd edək ki, qanuna təklif edilən dəyişiklik Milli Məclisin iclasında müzakirələrdən sonra səsverməyə qoyularaq I oxunuşda qəbul edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Alimentlə bağlı çoxlarının bilmədiyi QAYDA

Alimentlə bağlı çoxlarının bilmədiyi QAYDA

Cəbrayılın 4-cü kəndi tikilir - İlin sonunadək köç olacaq

Cəbrayılın 4-cü kəndi tikilir - İlin sonunadək köç olacaq

Azərbaycan neftinin qiyməti 103 dollara yaxın olub

Azərbaycan neftinin qiyməti 103 dollara yaxın olub

Şəhidin doğum günü təhsil aldığı kollecdə qeyd olunub - FOTO

Şəhidin doğum günü təhsil aldığı kollecdə qeyd olunub - FOTO

Tramp ermənipərəst konqresmeni "yekəbaş" adlandırdı

Tramp ermənipərəst konqresmeni "yekəbaş" adlandırdı

Hitlerin doğulduğu ev polis bölməsi oldu

Hitlerin doğulduğu ev polis bölməsi oldu

Venesuelada zəlzələ qurbanlarının sayı 5546-ya çatıb

Venesuelada zəlzələ qurbanlarının sayı 5546-ya çatıb

FHN çimərliklərə üz tutanlara ÇAĞIRIŞ etdi

FHN çimərliklərə üz tutanlara ÇAĞIRIŞ etdi

Yeni AVTOBUS, köhnə PROBLEM – 107 nömrəli marşrutda nə baş VERİR?

Yeni AVTOBUS, köhnə PROBLEM – 107 nömrəli marşrutda nə baş VERİR?

ABŞ İranla danışıqlar aparır -Tramp

ABŞ İranla danışıqlar aparır -Tramp

BİZİM TƏQVİM:25 iyulda baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM:25 iyulda baş vermiş tarixi hadisələr

Varlanmaqda çox çətinlik çəkən 3 BÜRC

Varlanmaqda çox çətinlik çəkən 3 BÜRC

"Atama onu edən həkim özü də eyni xəstəlikdən öldü"

"Atama onu edən həkim özü də eyni xəstəlikdən öldü"

Qadın geyimindəki bu vasitə xərçəng yaradır? – Həkim mifləri alt-üst etdi

Qadın geyimindəki bu vasitə xərçəng yaradır? – Həkim mifləri alt-üst etdi

Dünya çempionu İspaniyanın 15 MİLYON dolları əlindən alınacaq

Dünya çempionu İspaniyanın 15 MİLYON dolları əlindən alınacaq

İnsan ömrünün SON HƏDDİ açıqlandı

İnsan ömrünün SON HƏDDİ açıqlandı

Bakıdakı kəskin istilərin səbəbi AÇIQLANDI

Bakıdakı kəskin istilərin səbəbi AÇIQLANDI

Ukrayna futbolunun keçmiş rəhbəri həbs olundu

Ukrayna futbolunun keçmiş rəhbəri həbs olundu

Dövlət dəstəyi alacaq özəl bağçalar necə seçiləcək? - DETALLAR

Dövlət dəstəyi alacaq özəl bağçalar necə seçiləcək? - DETALLAR

Futbolçu saçlarını kəsməməsinin səbəbini açıqladı: "Kaş ki, pulum olmasaydı..."

Futbolçu saçlarını kəsməməsinin səbəbini açıqladı: "Kaş ki, pulum olmasaydı..."

Tramp ABŞ-nin Ukraynaya silah satmadığını BƏYAN ETDİ

Tramp ABŞ-nin Ukraynaya silah satmadığını BƏYAN ETDİ

Fələstinli nazir: “Qəzza zolağında iqtisadiyyat məhv edilib”

Fələstinli nazir: “Qəzza zolağında iqtisadiyyat məhv edilib”

“Araz-Naxçıvan” – “İmişli” oyununda heç-heçə

“Araz-Naxçıvan” – “İmişli” oyununda heç-heçə

AK “TikTok”u ittiham etdi: Uşaqların təhlükəsizlik qaydalarını pozur

AK “TikTok”u ittiham etdi: Uşaqların təhlükəsizlik qaydalarını pozur

End of content

No more pages to load

RADİO