Bu gün "Nürnberq məhkəməsi"nin növbəti iclası KEÇİRİLƏCƏK

Bu gün hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin cinayət işi üzrə məhkəmə prosesi keçiriləcək.

Bizim.Media xəbər verir ki, Bakı Məhkəmə Kompleksində Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə onlar Ermənistan dövləti və onun silahlı qüvvələri, o cümlədən Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma “Dağlıq Qarabağ respublikası”, onun qanunsuz silahlı birləşmələri tərəfindən Azərbaycana və xalqına qarşı sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibə aparma, soyqırımı, əhalini məcburi köçürmə, təqib, işgəncə, hərbi soyğunçuluq, digər qanunsuz əməllərdə təqsirləndirilirlər.

Bu gün prokurorlar onların cinayət işi üzrə məhkəmədə ittiham aktının nəticəvi hissəsinin elanını davam etdirəcəklər.

Daha sonra təqsirləndirilən şəxslər onlara qarşı verilmiş ittihamlara münasibət bildirəcək.

Xatırladaq ki, Ermənistan Respublikası və onun silahlı qüvvələri, o cümlədən Ermənistanın yaratdığı qanunsuz “Dağlıq Qarabağ respublikası” və onun qanunsuz silahlı birləşmələr tərəfindən törədilən cinayətlərdə ittiham olunan 15 nəfər - Harutyunyan Arayik Vladimiri, Qukasyan Arkadi Arşaviri, Sahakyan Bako Sahaki, İşxanyan Davit Rubeni, Manukyan David Azatini, Babayan Davit Klimi, Mnatsakanyan Levon Henrikoviç, Beglaryan Vasili İvani, Qazaryan Erik Roberti, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurgen Homeri, Balayan Levon Romiki, Babayan Madat Arakeloviç, Martirosyan Qarik Qriqori, Paşayan Melikset Vladimiriyə qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırımı), 105 (əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittiham olunurlar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Qızıl və gümüş bahalaşdı

Qızıl və gümüş bahalaşdı

Tehran Müctəba Xameneinin hücumdan necə sağ çıxdığını açıqladı

Tehran Müctəba Xameneinin hücumdan necə sağ çıxdığını açıqladı

Əkiz bacılar 40 il sonra atalarının fərqli olduğunu öyrəndilər

Əkiz bacılar 40 il sonra atalarının fərqli olduğunu öyrəndilər

Ynet: Tehran Vaşinqtona sərt şərtlər irəli sürüb

Ynet: Tehran Vaşinqtona sərt şərtlər irəli sürüb

"Sabah" bu gün "Şamaxı"nın qonağı olacaq

"Sabah" bu gün "Şamaxı"nın qonağı olacaq

Bakıda marafon həyəcanı: Bu gün start veriləcək - VİDEO

Bakıda marafon həyəcanı: Bu gün start veriləcək - VİDEO

Bloger masa üzərində rəqs etdi - FOTO

Bloger masa üzərində rəqs etdi - FOTO

Dünya birjalarında neft ucuzlaşdı

Dünya birjalarında neft ucuzlaşdı

Şahzadə Şarlottanın 11 yaşı tamam oldu – VİDEO

Şahzadə Şarlottanın 11 yaşı tamam oldu – VİDEO

Sançes İsraili İspaniya vətəndaşını “oğurlamaqda” ittiham etdi

Sançes İsraili İspaniya vətəndaşını “oğurlamaqda” ittiham etdi

3 may səhərinin əsas xəbərləri

3 may səhərinin əsas xəbərləri

Bürcləri arzularına çatmaqdan nə saxlayır? – Astroloji analiz

Bürcləri arzularına çatmaqdan nə saxlayır? – Astroloji analiz

Alla Puqaçova hansı plastik əməliyyatlar etdirib?

Alla Puqaçova hansı plastik əməliyyatlar etdirib?

Azərbaycanın ABŞ-dakı səfirliyi bu festivalda təmsil olundu - FOTO

Azərbaycanın ABŞ-dakı səfirliyi bu festivalda təmsil olundu - FOTO

Londonda atışma: 4 yaralı var - VİDEO

Londonda atışma: 4 yaralı var - VİDEO

Azərbaycan dilindən imtahan olacaq

Azərbaycan dilindən imtahan olacaq

Messinin komandası məğlub oldu - VİDEO

Messinin komandası məğlub oldu - VİDEO

Tramp: “İran son 47 ildə bəşəriyyətə etdiklərinə görə... ”

Tramp: “İran son 47 ildə bəşəriyyətə etdiklərinə görə... ”

Bu gün rezidenturaya qəbul imtahanı var

Bu gün rezidenturaya qəbul imtahanı var

İstirahətin bu növü sağlamlıq üçün TƏHLÜKƏLİDİR - Ən çox kişilərə aiddir...

İstirahətin bu növü sağlamlıq üçün TƏHLÜKƏLİDİR - Ən çox kişilərə aiddir...

Toyda musiqinin səsi 140 toyuğu öldürdü

Toyda musiqinin səsi 140 toyuğu öldürdü

Ət yeməyən adamlar 5 növ xərçəngə YOLUXMURLAR

Ət yeməyən adamlar 5 növ xərçəngə YOLUXMURLAR

May ayı onlar üçün hərəkətli və enerjili olacaq - Bürclər NƏ DEYİR?

May ayı onlar üçün hərəkətli və enerjili olacaq - Bürclər NƏ DEYİR?

Dünyanın ən sağlam göyərtisi bəlli oldu: Yol qırağında yetişir

Dünyanın ən sağlam göyərtisi bəlli oldu: Yol qırağında yetişir

End of content

No more pages to load

RADİO