Estetik əməliyyat zamanı "TikTok"da canlı yayım açan tibbi personal CƏZALANDIRILDI – VİDEO

Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi (AEM) "Azər-Türk Med" klinikasında plastik cərrahın əməliyyat zamanı "TikTok" platformasında canlı yayım açması ilə bağlı görüntülərə münasibət bildirib.

Bizim.Media “oxu.az”a istinadən xəbər verir ki, AEM əməkdaşları cərrahların əməliyyat zamanı sosial şəbəkə platformalarında canlı yayım açması ilə bağlı əhalinin həyat və sağlamlığına mühüm təhlükə yaranması faktına əsaslanan rəsmi müraciət daxil olduqda məsələni ətraflı araşdırır və qanunvericiliyin pozulması halları müəyyən edildikdə plandankənar yoxlama keçirilir:

"Tibb müəssisələrində sanitariya-epidemioloji tələblərə dair qaydalara riayət olunması şərtdir. Bu zaman tələbləri pozan şəxslər barəsində qanunvericiliklə müəyyən olunan qaydada inzibati xəta məcəlləsinin müvafiq maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunur və cərimə nəzərdə tutulmaqla, aidiyyəti üzrə növbəti icraata göndərilir.

Son zamanlar mediada və sosial şəbəkələrdə yayılan faktlara gəldikdə, həmin faktlarla bağlı müvafiq qanunvericiliyə əsasən araşdırmalar aparılıb və nəticə olaraq xəbərdarlıqlar və cərimələr tətbiq edilib".

Məlumatda bildirilib ki, "ATM XƏTAİ" MMC-yə məxsus "Azər-Türk Med" klinikasında baş verən faktla əlaqədar AEM tərəfindən plandankənar yoxlama keçirilib:

"Bu zaman çəkilişdə iştirak edən tibb personalından, eləcə də müəssisənin rəhbərindən müvafiq izahatlar alınıb. Aidiyyəti üzrə çəkilişdə iştirak edən tibbi personaldan üç nəfərə klinikanın rəhbərliyi tərəfindən töhmət verilib, rəhbərliyin özünə isə ciddi xəbərdarlıq olunub. Müəssisəyə baxış zamanı bir sıra digər nöqsanlar da aşkarlanaraq, aktlaşdırılıb".

Həmçinin qeyd edilib ki, AEM tərəfindən həkimlər Azərbaycan Respublikası Səhiyyə Nazirinin 29 dekabr 2011-ci il tarixli, "Həkimlərin etik davranış qaydalarının təsdiq edilməsi haqqında" 137 nömrəli əmr barədə məlumatlandırılıb:

"Həmin əmrin VI bəndində qeyd edilir ki, tibbi xarakterli nəşrlər, həkimlərin elmi forumu və cəmiyyətlərdə çıxışları, media ilə maarifləndirci fəaliyyəti etik normalara uyğun olmalı, obyektiv elmi-praktik məlumatla məhdudlaşmalı və qeyri-sağlam rəqabət, reklam və özünü reklam elementlərini əks etdirməməlidir. Əmrdə, həmçinin o da qeyd olunur ki, həkim digər hüquqi və fiziki şəxslərin reklamı və maraqlarının təbliğatı üçün öz vəzifəsindən istifadə olunmasına yol verməməlidir".

"Vətəndaşlara bir daha xatırladırıq ki, özəl tibb müəssisələrində və aptek təşkilatlarında üzləşdikləri hər hansı problemlə bağlı AEM-in "bir pəncərə" sistemi, "qaynar xətt"i (012 596 05 20), [email protected] elektron ünvanı və ya pharma.az saytının MÜRACİƏT bölməsi vasitəsi ilə bizə müraciət edə bilər. Bu halda araşdırılma aparılır və lazım gələrsə, plandankənar yoxlamanın keçirilməsi barədə qərar qəbul edilir", - deyə məlumatda bildirilib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Küləkli hava ilə bağlı Bakıda aşan ağacların sayı MƏLUM OLDU - FOTO

Küləkli hava ilə bağlı Bakıda aşan ağacların sayı MƏLUM OLDU - FOTO

Küləkli hava şəraiti nə vaxta kimi davam edəcək?

Küləkli hava şəraiti nə vaxta kimi davam edəcək?

Zelenski ABŞ-a çatdı: “Prioritetimiz Amerika ilə strateji əməkdaşlıqdır” – VİDEO

Zelenski ABŞ-a çatdı: “Prioritetimiz Amerika ilə strateji əməkdaşlıqdır” – VİDEO

Piyadanın bu hərəkəti gündəm oldu – Qəsdən maşının qabağına yıxıldı – ANBAAN VİDEO

Piyadanın bu hərəkəti gündəm oldu – Qəsdən maşının qabağına yıxıldı – ANBAAN VİDEO

Argentinaya vurduğu qolla “ən yaxşı qolun müəllifi” oldu

Argentinaya vurduğu qolla “ən yaxşı qolun müəllifi” oldu

Yaxın Şərqdə gərginlik ARTIR - Neft BAHALAŞACAQ?

Yaxın Şərqdə gərginlik ARTIR - Neft BAHALAŞACAQ?

Qızıl və gümüş ucuzlaşdı

Qızıl və gümüş ucuzlaşdı

Emin valideynlərə səsləndi: “Buna görə cərimələyəcəyik” – VİDEO

Emin valideynlərə səsləndi: “Buna görə cərimələyəcəyik” – VİDEO

Azərbaycan nefti UCUZLAŞDI

Azərbaycan nefti UCUZLAŞDI

28 yaşlı azərbaycanlı alim “Tekstil sənayesinin Nobeli”ni qazandı – FOTO

28 yaşlı azərbaycanlı alim “Tekstil sənayesinin Nobeli”ni qazandı – FOTO

Güləş üzrə U-17 dünya çempionatının ikinci gününə start verilir

Güləş üzrə U-17 dünya çempionatının ikinci gününə start verilir

Biləsuvarda sürücü sükan arxasında dünyasını dəyişdi

Biləsuvarda sürücü sükan arxasında dünyasını dəyişdi

Valideynlərə məsləhət: Uşaq israrla nəsə istəyirsə, deyin ki, süni intellekt icazə vermir – VİDEO

Valideynlərə məsləhət: Uşaq israrla nəsə istəyirsə, deyin ki, süni intellekt icazə vermir – VİDEO

Rusiya bu gecə Ukraynaya 131 dronla hücum edib – FOTO

Rusiya bu gecə Ukraynaya 131 dronla hücum edib – FOTO

Barselona metrosunda güclü YANĞIN: 130-dan çox insan tüstüdən zəhərləndi – VİDEO

Barselona metrosunda güclü YANĞIN: 130-dan çox insan tüstüdən zəhərləndi – VİDEO

Qubada ağır qəza: Sürücü vəfat etdi

Qubada ağır qəza: Sürücü vəfat etdi

Gəncədə çay evində mübahisə qanla nəticələndi

Gəncədə çay evində mübahisə qanla nəticələndi

Zelenski ilə Trampın görüş vaxtı açıqlandı - FOTO

Zelenski ilə Trampın görüş vaxtı açıqlandı - FOTO

Moskvaya kütləvi dron hücumu – VİDEO

Moskvaya kütləvi dron hücumu – VİDEO

Avro və rubl ucuzlaşdı, dollar isə... – YENİ MƏZƏNNƏ

Avro və rubl ucuzlaşdı, dollar isə... – YENİ MƏZƏNNƏ

“Brent” nefti UCUZLAŞDI

“Brent” nefti UCUZLAŞDI

Çempionlar Liqası: "Sabah" Finlandiyada vacib görüşə çıxır

Çempionlar Liqası: "Sabah" Finlandiyada vacib görüşə çıxır

“Apple” yenidən dünyanın ən dəyərli şirkəti oldu

“Apple” yenidən dünyanın ən dəyərli şirkəti oldu

Tramp: İsrail ABŞ-ın dəstəyi olmadan mövcud ola bilməzdi

Tramp: İsrail ABŞ-ın dəstəyi olmadan mövcud ola bilməzdi

End of content

No more pages to load

RADİO