Vardanyanın məhkəməsi KEÇİRİLDİ - FOTO

Ermənistan vətəndaşı olan, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin işgəncə, muzdluluq, müharibə qanunlarını və adətlərini pozma, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə və digər maddələrlə təqsirləndirilən Ruben Vardanyanın məhkəmə prosesinin hazırlıq iclası yanvarın 27-də davam etdirilib.

Bizim.Media xəbər verir ki, Bakı Məhkəmə Kompleksində yerləşən Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxs rus dilində tərcüməçi, habelə müdafiə üçün vəkillərlə təmin olunub.

Məhkəmə hazırlıq iclasında zərərçəkmişlərin, onların hüquqi varislərinin bir hissəsi və onların müdafiəçiləri də iştirak ediblər.

Hazırlıq iclasında Ruben Vardanyanın və onun vəkilinin vəsatətlərinə baxılıb.

Təqsirləndirilən şəxs vəsatətlərini sadalayarkən cinayət işinin materialları ilə ətraflı tanış ola bilmədiyini və müdafiəsinə səmərəli hazırlaşmaq üçün əlavə 30 iş günü vaxt verilməsini məhkəmədən xahiş edib.

“Özümü hüquqi baxımdan müdafiə etməyə hazır olmaq istəyirəm”, - deyə o əlavə edib.

R.Vardanyanın vəkili Avraam Berman iş materialları ilə tanış olmaq üçün yenidən əlavə vaxt verilməsini, habelə təqsirləndirilən şəxsin öz müdafiəsini səmərəli təşkil etməsi üçün hüquq ədəbiyyatlarına çıxış imkanı yaradılmasını xahiş edib.

Bundan sonra ittiham tərəfi vəsatətlərə münasibət bildirib.

Dövlət ittihamını müdafiə edən prokuror prosessual qənaət prinsipindən çıxış edərək, təqsirləndirilən şəxsə bu günə qədər iş materialları ilə tanış olmaq üçün kifayət qədər vaxt verildiyini, o cümlədən ötən prosesdə təqsirləndirilən şəxsin vəsatəti əsasında istintaq materialları ilə tanış olmaq üçün əlavə 10 gün vaxt verildiyini xatırladıb və məhkəmə hazırlıq iclasının müddətinin lüzumsuz uzadılmasına qarşı çıxıb.

Daha sonra dövlət ittihamını müdafiə edən digər prokuror çıxış edərək vurğulayıb ki, ibtidai istintaq zamanı təqsirləndirilən şəxsin müdafiə hüququ pozulmayıb, ittiham aktı Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyinin tələblərinə uyğun tərtib edilib, məhkəmə aidiyyəti qaydalarına riayət olunub.

Nəticədə prokuror təsirləndirilən şəxsin ittiham olunduğu maddələr üzrə məhkəməyə verilməsini və məhkəmə baxışının təyin edilməsini, habelə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs-qətimkan tədbirinin dəyişdirilmədən saxlanılmasını təklif edib.

R.Vardanyanın vəkili isə cinayət işinin hazırkı mərhələdə baxışa verilməsinə etiraz edib, əlavə vaxt verilməsi üçün hazırlıq iclasının təxirə salınmasını xahiş edib.

Sonra məhkəmə vəsatətlərə münasibət bildirmək üçün müşavirəyə gedib. Müşavirədən sonra qərar elan olunub.

Qərara əsasən, R.Vardanyanın cinayət işi materialları ilə tanış olmaq üçün əlavə vaxt verilməsi ilə bağlı və digər vəsatətləri təmin edilməyib.

Hakim qeyd edib ki, ibtidai istintaq yekunlaşdıqdan sonra təqsirləndirilən şəxsə iş materialları ilə tanış olmaq üçün vaxt verilib, daha sonra isə məhkəmə hazırlıq iclasının ilkin mərhələsində təqsirləndirilən şəxsə iş materialları ilə daha ətraflı tanış olmaq üçün əlavə vaxt verilib. Məhkəmə həmin müddətləri yetərli hesab etdiyindən vəsatəti təmin etməyib. Habelə təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirini dəyişmədən saxlayıb.

Cinayət işi məhkəmə baxışına verilib və məhkəmənin növbəti iclası fevralın 6-na təyin olunub.

Xatırladaq ki, Ruben Vardanyan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, aparma), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə) əməllərinin törədilməsində təqsirləndirilib.

Həmçinin o, həmin Məcəllənin 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma), 318-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) və digər maddələrində nəzərdə tutulan əməllərin törədilməsində ittiham olunur.









Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Zelenski ABŞ-a çatdı: “Prioritetimiz Amerika ilə strateji əməkdaşlıqdır” – VİDEO

Zelenski ABŞ-a çatdı: “Prioritetimiz Amerika ilə strateji əməkdaşlıqdır” – VİDEO

Piyadanın bu hərəkəti gündəm oldu – Qəsdən maşının qabağına yıxıldı – ANBAAN VİDEO

Piyadanın bu hərəkəti gündəm oldu – Qəsdən maşının qabağına yıxıldı – ANBAAN VİDEO

Argentinaya vurduğu qolla “ən yaxşı qolun müəllifi” oldu

Argentinaya vurduğu qolla “ən yaxşı qolun müəllifi” oldu

Yaxın Şərqdə gərginlik ARTIR - Neft BAHALAŞACAQ?

Yaxın Şərqdə gərginlik ARTIR - Neft BAHALAŞACAQ?

Qızıl və gümüş ucuzlaşdı

Qızıl və gümüş ucuzlaşdı

Emin valideynlərə səsləndi: “Buna görə cərimələyəcəyik” – VİDEO

Emin valideynlərə səsləndi: “Buna görə cərimələyəcəyik” – VİDEO

Azərbaycan nefti UCUZLAŞDI

Azərbaycan nefti UCUZLAŞDI

28 yaşlı azərbaycanlı alim “Tekstil sənayesinin Nobeli”ni qazandı – FOTO

28 yaşlı azərbaycanlı alim “Tekstil sənayesinin Nobeli”ni qazandı – FOTO

Güləş üzrə U-17 dünya çempionatının ikinci gününə start verilir

Güləş üzrə U-17 dünya çempionatının ikinci gününə start verilir

Biləsuvarda sürücü sükan arxasında dünyasını dəyişdi

Biləsuvarda sürücü sükan arxasında dünyasını dəyişdi

Valideynlərə məsləhət: Uşaq israrla nəsə istəyirsə, deyin ki, süni intellekt icazə vermir – VİDEO

Valideynlərə məsləhət: Uşaq israrla nəsə istəyirsə, deyin ki, süni intellekt icazə vermir – VİDEO

Rusiya bu gecə Ukraynaya 131 dronla hücum edib – FOTO

Rusiya bu gecə Ukraynaya 131 dronla hücum edib – FOTO

Barselona metrosunda güclü YANĞIN: 130-dan çox insan tüstüdən zəhərləndi – VİDEO

Barselona metrosunda güclü YANĞIN: 130-dan çox insan tüstüdən zəhərləndi – VİDEO

Qubada ağır qəza: Sürücü vəfat etdi

Qubada ağır qəza: Sürücü vəfat etdi

Gəncədə çay evində mübahisə qanla nəticələndi

Gəncədə çay evində mübahisə qanla nəticələndi

Zelenski ilə Trampın görüş vaxtı açıqlandı - FOTO

Zelenski ilə Trampın görüş vaxtı açıqlandı - FOTO

Moskvaya kütləvi dron hücumu – VİDEO

Moskvaya kütləvi dron hücumu – VİDEO

Avro və rubl ucuzlaşdı, dollar isə... – YENİ MƏZƏNNƏ

Avro və rubl ucuzlaşdı, dollar isə... – YENİ MƏZƏNNƏ

“Brent” nefti UCUZLAŞDI

“Brent” nefti UCUZLAŞDI

Çempionlar Liqası: "Sabah" Finlandiyada vacib görüşə çıxır

Çempionlar Liqası: "Sabah" Finlandiyada vacib görüşə çıxır

“Apple” yenidən dünyanın ən dəyərli şirkəti oldu

“Apple” yenidən dünyanın ən dəyərli şirkəti oldu

Tramp: İsrail ABŞ-ın dəstəyi olmadan mövcud ola bilməzdi

Tramp: İsrail ABŞ-ın dəstəyi olmadan mövcud ola bilməzdi

Pentaqon: İranla münaqişədə 624 hərbçi yaralanıb, 18 nəfər həlak olub

Pentaqon: İranla münaqişədə 624 hərbçi yaralanıb, 18 nəfər həlak olub

Ceyranbatan qəsəbəsində yaşayış binasında yanğın: Sakinlər təxliyə olundu – VİDEO

Ceyranbatan qəsəbəsində yaşayış binasında yanğın: Sakinlər təxliyə olundu – VİDEO

End of content

No more pages to load

RADİO