Xaric edilən kursantlar müddətli həqiqi hərbi xidmətə göndəriləcək

Müvəffəqiyyətsizliklərinə, təhsillərini davam etdirmək istəmədiklərinə və ya intizamsızlıqlarına görə hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı ali təhsil və ya orta ixtisas təhsili müəssisələrindən xaric edilən (18 yaşınadək və ya xəstəliyi ilə əlaqədar hərbi xidmətə yararsız hesab olunduqlarına görə xaric edilən və ya müddətli həqiqi hərbi xidmət keçmiş şəxslər istisna olmaqla) kursantlar müddətli həqiqi hərbi xidmət keçmək üçün hərbi hissələrə göndəriləcəklər. 

Bizim.Media xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” qanunda əksini tapıb. 
 

Bu zaman həmin kursantların hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı ali təhsil və ya orta ixtisas təhsili müəssisələrində aldıqları təhsil müddətinin hər 4 günü 1 gün sayılmaqla müddətli həqiqi hərbi xidmət müddətinə hesablanacaq və onlar xidmət müddəti başa çatdıqda müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən ehtiyata buraxılacaqlar. 


Qeyd edək ki, indiyə qədər qüvvədə olan qanuna əsasən, müvəffəqiyyətsizliyinə, oxumaq istəmədiklərinə, yaxud intizamsızlığa görə hərbi təhsil müəssisələrindən xaric edilən (18 yaşı tamam olmayan xəstəliyə və ya ailə vəziyyətinə görə hərbi təhsil müəssisələrindən xaric edilən şəxslər istisna olmaqla), hərbi təhsil müəssisəsinə daxil olana qədər müddətli həqiqi hərbi xidmətə çağırılmayan və yaxud çağırılan, ancaq müddətli həqiqi hərbi xidmətin müəyyən edilmiş müddətini keçməyən kursantlar müəyyən edilmiş müddətə müddətli həqiqi hərbi xidmət keçmək üçün hərbi hissələrə göndərilirlər.

Hərbi hissədə 6 aydan az olmayan müddətdə qüsursuz xidmət etdikdə hərbi hissə komandirlərinin vəsatəti üzrə korpus komandirinin və ona bərabər şəxslərin qərarı ilə həmin hərbi qulluqçuların hərbi təhsil müəssisəsində təhsil aldığı müddət həqiqi hərbi xidmət müddətinə daxil edilir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bu ixtisaslar hər il BOŞ qalır- Abituriyentlər niyə maraq göstərmir?

Bu ixtisaslar hər il BOŞ qalır- Abituriyentlər niyə maraq göstərmir?

Elşad Xosenin səhhətində problem yaranıb?

Elşad Xosenin səhhətində problem yaranıb?

Çimərliklərdə gözlənilən hava şəraiti açıqlandı

Çimərliklərdə gözlənilən hava şəraiti açıqlandı

ABŞ-ın "nağıl şəhəri"nin sirri: Solvanqın altında gizli tunellər şəbəkəsi aşkar edildi

ABŞ-ın "nağıl şəhəri"nin sirri: Solvanqın altında gizli tunellər şəbəkəsi aşkar edildi

Putin İlham Əliyevə zəng etdi

Putin İlham Əliyevə zəng etdi

Netanyahu Trampa İranın nüvə proqramı ilə bağlı kəşfiyyat məlumatlarını təqdim edəcək

Netanyahu Trampa İranın nüvə proqramı ilə bağlı kəşfiyyat məlumatlarını təqdim edəcək

Rusiya səmasında gecə saatlarında 356 Ukrayna dronu vurulub

Rusiya səmasında gecə saatlarında 356 Ukrayna dronu vurulub

Alimlərdən xəbərdarlıq: Cəmi 90 dəqiqə az yatmaq çəkini artırır

Alimlərdən xəbərdarlıq: Cəmi 90 dəqiqə az yatmaq çəkini artırır

Badamdarda açıq sahədə yanğın başladı - VİDEO

Badamdarda açıq sahədə yanğın başladı - VİDEO

ABŞ-da qalmaqallı etiraf: Qadın qızının nişanlısı ilə münasibətindən danışdı

ABŞ-da qalmaqallı etiraf: Qadın qızının nişanlısı ilə münasibətindən danışdı

Sabah 40 dərəcə isti olacaq – PROQNOZ

Sabah 40 dərəcə isti olacaq – PROQNOZ

Belqorod vilayətində sərnişin avtobusuna hücum: 19 nəfər xəsarət aldı

Belqorod vilayətində sərnişin avtobusuna hücum: 19 nəfər xəsarət aldı

Bakıda məhkumun gizlətdiyi tapança tapıldı - BİRGƏ ƏMƏLİYYAT

Bakıda məhkumun gizlətdiyi tapança tapıldı - BİRGƏ ƏMƏLİYYAT

Peskovun həyat yoldaşı Aİ Şurasını məhkəməyə verdi: 2 milyon avrodan çox təzminat

Peskovun həyat yoldaşı Aİ Şurasını məhkəməyə verdi: 2 milyon avrodan çox təzminat

Konqres üzvü FIFA prezidenti ilə bağlı araşdırma başladılmasını tələb etdi

Konqres üzvü FIFA prezidenti ilə bağlı araşdırma başladılmasını tələb etdi

Dini inanclı şəxslərlə bağlı paylaşım edən şəxs TUTULDU - FOTO

Dini inanclı şəxslərlə bağlı paylaşım edən şəxs TUTULDU - FOTO

Rusiyada Ukrayna zərbələrindən 60-a yaxın şəxs həlak olub – VİDEO

Rusiyada Ukrayna zərbələrindən 60-a yaxın şəxs həlak olub – VİDEO

Yelenovka faciəsinin 4-cü ildönümü: 50-dən çox ukraynalı əsir həlak olmuşdu – VİDEO

Yelenovka faciəsinin 4-cü ildönümü: 50-dən çox ukraynalı əsir həlak olmuşdu – VİDEO

Azərbaycan XİN Perunu təbrik etdi – FOTO

Azərbaycan XİN Perunu təbrik etdi – FOTO

Qatarlara daş atanların məqsədi NƏDİR? – AÇIQLAMA

Qatarlara daş atanların məqsədi NƏDİR? – AÇIQLAMA

Fransada vəziyyət İkinci Dünya müharibəsindən bəri ən ağır həddə çatıb – Makron

Fransada vəziyyət İkinci Dünya müharibəsindən bəri ən ağır həddə çatıb – Makron

Odessada hərbçinin avtomobili partladıldı – VİDEO

Odessada hərbçinin avtomobili partladıldı – VİDEO

Bu il yığılan sığorta haqqının məbləği AÇIQLANDI

Bu il yığılan sığorta haqqının məbləği AÇIQLANDI

Amerikalı iqtisadçı Yunanıstanın Aİ-dən çıxarılmasını təklif etdi

Amerikalı iqtisadçı Yunanıstanın Aİ-dən çıxarılmasını təklif etdi

End of content

No more pages to load

RADİO