Ukraynanın Odessa şəhərində səhər saatlarında hərbçiyə məxsus BMW X5 markalı avtomobil partladılıb.
Bizim.Media xəbər verir ki, bu barədə yerli hüquq-mühafizə orqanları məlumat yayıb.
Bildirilib ki, partlayış sürücü avtomobili hərəkətə gətirdikdən dərhal sonra baş verib. İlkin məlumata əsasən, partlayıcı qurğunun gücü böyük olmadığından sürücü sağ qalıb.
Hadisə nəticəsində hərbçi yüngül bədən xəsarətləri alıb. Faktla bağlı araşdırma aparılır, partlayışın bütün halları və təşkilatçıları müəyyənləşdirilir.
Bizim.Media