Rusiyanın Belqorod vilayətinin Şebekino şəhərində sərnişin avtobusuna edilən hücum nəticəsində 19 nəfər xəsarət alıb.
Bizim.Media xəbər verir ki, ilkin məlumata görə, yaralılardan altısının vəziyyəti ağır qiymətləndirilir.
Vilayət rəhbərinin səlahiyyətlərini müvəqqəti icra edən şəxsin sözlərinə görə, hücum nəticəsində sərnişin avtobusu, yük avtomobili və bir minik maşınına da ziyan dəyib.
Hadisə ilə bağlı əlavə araşdırma aparılır. Hücumun hansı vasitə ilə həyata keçirildiyi və digər təfərrüatlar barədə hələlik rəsmi məlumat verilməyib.
Bizim.Media