Tanınmış azərbaycanlı rep ifaçısı Elşad Xosenin səhhətində ciddi problemlərin yarandığı iddia olunur.
Bizim.Media xəbər verir ki, sosial şəbəkələrdə və bəzi media resurslarında yayılan məlumata əsasən, sənətçi bir neçə gün əvvəl Maştağa qəsəbəsində yerləşən Respublika Psixiatriya Xəstəxanasına yerləşdirilib.
İlkin iddialara görə, rep ifaçısının vəziyyəti ağır qiymətləndirilir.
Lakin qeyd edək ki, yayılan məlumat hazırda rəsmi təsdiqini tapmayıb. Nə tibb müəssisəsi, nə də səlahiyyətli dövlət qurumları bununla bağlı açıqlama veriblər.
Bundan başqa, Elşad Xosenin ailə üzvləri, yaxınları və ya nümayəndələri də məsələ ilə bağlı hələlik hər hansı rəsmi münasibət bildirməyiblər. (1news.az)
Bizim.Media