ABŞ-ın "nağıl şəhəri"nin sirri: Solvanqın altında gizli tunellər şəbəkəsi aşkar edildi

ABŞ-ın Kaliforniya ştatında yerləşən və "Danimarka şəhərciyi" kimi tanınan Solvanqın altında sirli tunellər şəbəkəsinin mövcudluğu yenidən gündəmə gəlib.

Bizim.Media xəbər verir ki, bu barədə The Post nəşri məlumat yayıb.

Məlumata görə, şəhərin mərkəzinin altında uzanan yeraltı dəhlizlərin nə vaxt və hansı məqsədlə inşa edildiyi barədə rəsmi arxivlərdə heç bir məlumat yoxdur. Bu səbəbdən tunellərin yaranması ilə bağlı müxtəlif fərziyyələr və şəhər əfsanələri formalaşıb.

Bir neçə ildir Solvanqın yeraltı hissəsini araşdıran Secret Solvang layihəsinin rəhbəri Ues Lesli bu yaxınlarda Wine Valley Inn otelinin altındakı tunellərə enərək görüntülər paylaşıb.

Onun sözlərinə görə, burada sadəcə zirzəmi deyil, bir-biri ilə əlaqəli çoxsaylı qaranlıq dəhliz və otaqlardan ibarət mürəkkəb labirint mövcuddur.

Yerli sakinlər arasında tunellərin təyinatı ilə bağlı müxtəlif versiyalar dolaşır. Bir fərziyyəyə görə, XX əsrin əvvəllərində fəaliyyət göstərən gizli fahişəxanalar məhz bu dəhlizlərlə bir-birinə bağlanıb.

Daha geniş yayılan başqa ehtimala əsasən isə tunellər ABŞ-da "Quru qanun"un (1920–1933-cü illər) qüvvədə olduğu dövrdə qanunsuz spirtli içkilərin saxlanılması və daşınması üçün istifadə edilib.

Ues Lesli bəzi yeraltı otaqların memarlıq xüsusiyyətlərinə əsaslanaraq onların vaxtilə geyim mağazası kimi fəaliyyət göstərdiyini də istisna etmir.

Araşdırmaçı bildirib ki, şəhərin digər tarixi otellərinin altında da oxşar tunellər mövcuddur. Lakin onların bir-biri ilə əlaqəsini təmin edən keçidlər sonradan bağlanıb.

Yeraltı məkanlardan biri də Alisal Cellars tədbirlər zalıdır. Yerli sakinlərin sözlərinə görə, bu zirzəmi vaxtilə küçə boyunca uzanan iri tunel sisteminin bir hissəsi olub.

Qeyd edək ki, Solvanq şəhəri 1911-ci il yanvarın 12-də ABŞ-a köçmüş danimarkalı müəllimlər tərəfindən salınıb. Şəhər tamamilə Danimarka memarlıq üslubunda tikilib və bu gün də milyonlarla turistin maraq göstərdiyi məkanlardan biri hesab olunur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

8 Noyabr prospekti istiqamətində YOL BAĞLANDI - Xəbərdarlıq

8 Noyabr prospekti istiqamətində YOL BAĞLANDI - Xəbərdarlıq

Azərbaycanın sahillərini BARBAROS qoruyacaq

Azərbaycanın sahillərini BARBAROS qoruyacaq

Kürdəmirdə kütləvi zəhərlənmə: 13 nəfər xəstəxanalıq oldu

Kürdəmirdə kütləvi zəhərlənmə: 13 nəfər xəstəxanalıq oldu

Toyuq filesinin qiyməti 10 manata QALXDI

Toyuq filesinin qiyməti 10 manata QALXDI

Cinayət yolu ilə əldə olunan vəsaitlərin aqibəti necə olur? – Baş Prokurordan AÇIQLAMA

Cinayət yolu ilə əldə olunan vəsaitlərin aqibəti necə olur? – Baş Prokurordan AÇIQLAMA

Paytaxtın bu rayonunda 20-yə yaxın bina SÖKÜLƏCƏK

Paytaxtın bu rayonunda 20-yə yaxın bina SÖKÜLƏCƏK

Baş məşqçi Ronaldo ilə yaşanan münaqişədən danışdı

Baş məşqçi Ronaldo ilə yaşanan münaqişədən danışdı

Şamaxıda yol qəzası: Piyada hadisə yerində dünyasını dəyişdi

Şamaxıda yol qəzası: Piyada hadisə yerində dünyasını dəyişdi

Zakir Həsənov Vasiliy Osmakovla görüşdü – Detallar - FOTO

Zakir Həsənov Vasiliy Osmakovla görüşdü – Detallar - FOTO

Tramp ABŞ qoşunlarının İraqdan çıxarıldığını TƏSDİQLƏDİ

Tramp ABŞ qoşunlarının İraqdan çıxarıldığını TƏSDİQLƏDİ

Ronaldo Portuqaliya millisini TƏRK ETDİ

Ronaldo Portuqaliya millisini TƏRK ETDİ

Türkiyə MMN Azərbaycanda keçirilən təlimdən VİDEO paylaşdı

Türkiyə MMN Azərbaycanda keçirilən təlimdən VİDEO paylaşdı

"Flydubai" aviaşirkətinin təyyarəsi İsrailə ENİŞ ETDİ

"Flydubai" aviaşirkətinin təyyarəsi İsrailə ENİŞ ETDİ

Tərbiyəçi-müəllim vəzifəsinə işə qəbul üzrə müsahibə ELAN EDİLİR

Tərbiyəçi-müəllim vəzifəsinə işə qəbul üzrə müsahibə ELAN EDİLİR

"Tacir bundan da pis günə qalacaq, oğlum öldü, yasına gəlmədi..." - FOTO

"Tacir bundan da pis günə qalacaq, oğlum öldü, yasına gəlmədi..." - FOTO

Həbsdə olan vəkillər azadlığa buraxıldılar - FOTO

Həbsdə olan vəkillər azadlığa buraxıldılar - FOTO

İranda qadın könüllülər üçün ilk hərbi təlim keçirildi - FOTO

İranda qadın könüllülər üçün ilk hərbi təlim keçirildi - FOTO

"Flydubai" reysində bıçaqlanan pilot barəsində bəzi DETALLAR

"Flydubai" reysində bıçaqlanan pilot barəsində bəzi DETALLAR

Böyük Britaniya Aİ-yə təkrar qoşulmağı nəzərdən keçirir

Böyük Britaniya Aİ-yə təkrar qoşulmağı nəzərdən keçirir

Zakir Həsənov iki ölkənin müdafiə nazirləri ilə görüşdü - FOTO

Zakir Həsənov iki ölkənin müdafiə nazirləri ilə görüşdü - FOTO

ABŞ-də İLK: Qadının edam edilməsi son anda təxirə salındı

ABŞ-də İLK: Qadının edam edilməsi son anda təxirə salındı

Bakıda bu binalar təmir ediləcək

Bakıda bu binalar təmir ediləcək

Bakının mərkəzində parkdan meyit tapıldı

Bakının mərkəzində parkdan meyit tapıldı

Azər Qasımovun qardaşı 200 mini ödəmir - Həbsi tələb edildi

Azər Qasımovun qardaşı 200 mini ödəmir - Həbsi tələb edildi

End of content

No more pages to load

RADİO