Xaçmazda göldə kişi meyiti tapılıb.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, rayonun Ağyazı Buduq kəndinin yaxınlığındakı göldən həmin kənd sakini, 38 yaşlı Ələsgər Müseyib oğlu Bayramovun meyiti tapılıb.
Onun hansı səbəbdən gölə düşməsini Xaçmaz rayon prokurorluğu araşdırır.


Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu