Uğurlu tibb modelinə necə keçə bilərik? – Cavid Hüseynzadədən TƏKLİFLƏR

“Almaniyada tibbin inkişafı və ən ağır əməliyyatların həyata keçirilməsi həkimlərin hüquqlarını qoruyan güclü bir sistemdən qaynaqlanır”.

Bizim.Media xəbər verir ki, bu fikirləri Almaniyanın Bad Salzungen Şəhər Xəstəxanasının Qulaq, burun, boğaz və üz plastik cərrahiyyə şöbəsinin müdiri, Yena Universitetinin doktorantı Cavid Hüseynzadə sosial şəbəkə hesabında bildirib. ⠀

Həkim qeyd edib ki, Almaniyada hər bir cərrah əməliyyat zamanı ağırlaşmaların baş verə biləcəyini və bunun bəzən ölümlə nəticələnə biləcəyini bilir. Buna baxmayaraq həkimlər əməliyyatlardan yayınmırlar, çünki həkimlərin hüquqlarını qoruyan möhkəm bir sistem mövcuddur:

Almaniyada bu sistem necə işləyir və hansı hallarda həkim məsuliyyətə cəlb edilə bilər?

1. Həkimlər peşə məsuliyyəti sığortasına (Berufshaftpflichtversicherung) sahib olmaq məcburiyyətindədirlər.

Sığorta məbləği həkimin ixtisasından, risk səviyyəsindən və sığorta müqaviləsinin şərtlərindən asılı olaraq dəyişir. Adətən, sığorta məbləği bir neçə yüz min avrodan bir neçə milyon avroya qədər dəyişir.

Məsələn, tibbi səhv nəticəsində əlavə müalicə xərcləri və mənəvi kompensasiya ödənişləri on minlərlə, hətta yüz minlərlə avroya çata bilər. Bu sistem həkimləri həm maliyyə risklərindən, həm də hüquqi problemlərdən qoruyur.

2. Həkimlər Almaniyada nə zaman həbs oluna bilər?

Almaniyada həkimin həbs olunması üçün tam araşdırma aparılmalı və aşağıdakı halların biri təsdiq edilməlidir:

• Həkim tibbi standartları bilərəkdən pozub;

• Ciddi bir səhvə yol verib ki, bu da birbaşa xəstənin ölümünə və ya ağır nəticələrə səbəb olub;

• Və ya onun hərəkətləri məqsədli olub (məsələn, xəstənin vəziyyətini gizlətmək).

Hətta belə hallarda, qərar çıxana qədər həkim nəzarət altında və ya məhdudiyyətlə işləməyə davam edə bilər.

3. Ədalət və obyektivlik prinsipləri.

Alman hüquq sistemi səhvin olub-olmaması və bu səhvin ölümə səbəb olub-olmadığını müəyyən etməyə çalışır.

Həkimlər, müalicə standartlarına uyğun hərəkət etdiklərini, öncədən xəstəyə baş verə biləcək ağırlaşmalar və bunun bəzən ölümlə nəticələnəcəyi barədə məlumat verdiyi sübuta yetirə bilərlərsə, mühakimə olunmaqdan qorunurlar.

4. Həkimlərin işini təşviq etmək.

Almaniyada həkimlərin hüquqi müdafiəsi olmasa həkimlər çətin əməliyyatlardan qaça bilər və daha az riskli müalicələrə üstünlük verə bilər. Bu, tibbi xidmətin keyfiyyətinin azalmasına səbəb olardı.

5. “Marburger Bund”un rolu

Almaniyada həkimlərin güclü peşəkar dəstəyi var, və bu dəstəyin əsas təşkilatı Marburger Bund-dur. Bu təşkilat:

• Həkimlərin hüquqlarını qoruyur;

• Maaş, iş şəraiti və iş vaxtı məsələlərində danışıqlar aparır;

• Münaqişələr zamanı hüquqi kömək və məsləhət verir;

• Dövlət səviyyəsində həkimlərin maraqlarını müdafiə edir, onları əsassız təqibdən qoruyur.

Belə bir təşkilatın dəstəyi həkimlərə daha rahat işləməyə və öz işlərinə diqqət yetirməyə imkan verir”.

Cavid Hüseynzadənin sözlərinə görə, Almaniyada da mürəkkəb əməliyyatlar nəticəsində xəstələr ölə bilər:

“Amma həkimləri qoruyan bir sistem olduğu üçün onlar öz işlərini qorxusuz yerinə yetirə bilirlər və bu da onların karyeralarını əsassız ittihamlarla məhv etməmələrinə zəmanət verir. Bu, tibb sisteminin inkişafına və müalicə standartlarının yaxşılaşmasına təkan verir, nəticədə xəstələrin etimadı artır”.

Bizim ölkəmizdə nə edilə bilər?

Həkim bu suala cavab olaraq bir sıra mühüm məqamları sadalayıb:

• Həkimlərin hüquqlarını qoruyan peşəkar təşkilatlar, məsələn, Marburger Bund kimi, yaradılmalıdır.

• Tibbi hüquqşünaslar institutu inkişaf etdirilməlidir, beləliklə həkimlər hüquqi məsələlərdə məsləhət alıb qoruna bilərlər.

• Həkimlər üçün peşə məsuliyyətinə dair mütləq sığorta sistemi tətbiq olunmalıdır. Bu, həm həkimləri, həm də xəstələri qoruyar.

• Xəstələr və həkimlər arasında balansı təmin edəcək tədbirlər görülməlidir.

“Belə dəyişikliklər həkimlərin etibarını artırar, çətin hallarda daha da inkişaf etmələrinə imkan verər və tibbi xidmətin keyfiyyətini yüksəldər. Eyni zamanda xəstələr daha keyfiyyətli və təhlükəsiz tibbi yardım alar”, - deyə Cavid Hüseynzadə əlavə edib.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Putin: “Rusiyanın heç bir təcavüzü yoxdur”

Putin: “Rusiyanın heç bir təcavüzü yoxdur”

Yaponiyada rusdilli lövhələr çoxalıb: Turistlər axın edir - FOTO

Yaponiyada rusdilli lövhələr çoxalıb: Turistlər axın edir - FOTO

Boşanma xəbərindən sonra yenidən bir araya gəldilər - FOTO

Boşanma xəbərindən sonra yenidən bir araya gəldilər - FOTO

İran şahzadəsi Pəhləvi Trampın Tehran siyasətini tənqid etdi

İran şahzadəsi Pəhləvi Trampın Tehran siyasətini tənqid etdi

Hakan Fidan Qətərin Baş naziri və Pakistan Silahlı Qüvvələrinin komandanı ilə danışdı

Hakan Fidan Qətərin Baş naziri və Pakistan Silahlı Qüvvələrinin komandanı ilə danışdı

Braziliya Argentinadakı səfirini geri çağırdı

Braziliya Argentinadakı səfirini geri çağırdı

Aygün Kazımova “DreamFest”ə tərzi ilə damğa vurdu - VİDEO

Aygün Kazımova “DreamFest”ə tərzi ilə damğa vurdu - VİDEO

Putindən yaxşı formada qalmaq üçün məsləhət: “Kifayət qədər yatmaq lazımdır” - VİDEO

Putindən yaxşı formada qalmaq üçün məsləhət: “Kifayət qədər yatmaq lazımdır” - VİDEO

İsrail ordusu 2 nəfərin ölümünə görə Nablusda hərbi əməliyyatları genişləndirir

İsrail ordusu 2 nəfərin ölümünə görə Nablusda hərbi əməliyyatları genişləndirir

Trampın əfv etdiyi Hondurasın sabiq prezidenti ölkəsinə qayıtdı

Trampın əfv etdiyi Hondurasın sabiq prezidenti ölkəsinə qayıtdı

Netanyahu İranla münaqişənin başa çatması üçün şərtləri açıqladı - VİDEO

Netanyahu İranla münaqişənin başa çatması üçün şərtləri açıqladı - VİDEO

İsrail ordusu Qəzzada HƏMAS-ın dron bölməsinin komandirini öldürdü

İsrail ordusu Qəzzada HƏMAS-ın dron bölməsinin komandirini öldürdü

Rusiya imperatorunun Türkiyədəki ovçu evi bərpa ediləcək?

Rusiya imperatorunun Türkiyədəki ovçu evi bərpa ediləcək?

Sabah Bakının bu ərazilərdə işıq olmayacaq

Sabah Bakının bu ərazilərdə işıq olmayacaq

Rusiyada yanacaqdoldurma məntəqələrində uzun növbələr davam edir - VİDEO

Rusiyada yanacaqdoldurma məntəqələrində uzun növbələr davam edir - VİDEO

İsrail prezidenti Bəhreyn kralı ilə danışdı - 7 oktyabr 2023-dən sonra ilk rəsmi təmas

İsrail prezidenti Bəhreyn kralı ilə danışdı - 7 oktyabr 2023-dən sonra ilk rəsmi təmas

Əraqçi İran gəmisinə hücumla bağlı İsraili İTTİHAM ETDİ - FOTO

Əraqçi İran gəmisinə hücumla bağlı İsraili İTTİHAM ETDİ - FOTO

Binəqədidə torpaq sürüşməsindən sonra evlər qəzalı vəziyyətdə - VİDEO

Binəqədidə torpaq sürüşməsindən sonra evlər qəzalı vəziyyətdə - VİDEO

Tramp Mərakeş kralına onun adını avtomobil yoluna verdiyi üçün təşəkkür etdi - FOTO

Tramp Mərakeş kralına onun adını avtomobil yoluna verdiyi üçün təşəkkür etdi - FOTO

Berlində terrorunda yaralananların sayı 29-a çatdı

Berlində terrorunda yaralananların sayı 29-a çatdı

Uolts: Pentaqonun İran əməliyyatı üçün sursat problemi yoxdur

Uolts: Pentaqonun İran əməliyyatı üçün sursat problemi yoxdur

Dublində radikallar Türkiyə mədəniyyət mərkəzindəki məscidə hücum etdilər - VİDEO

Dublində radikallar Türkiyə mədəniyyət mərkəzindəki məscidə hücum etdilər - VİDEO

Ağstafada ağır qəza: 1 ölü, 1 yaralı var

Ağstafada ağır qəza: 1 ölü, 1 yaralı var

“Filenin Sultanları” tarix yazdı - FOTO

“Filenin Sultanları” tarix yazdı - FOTO

End of content

No more pages to load

RADİO