Türkiyənin Bolu vilayətindəki Kartalkaya xizək kurortunda hoteldə baş verən yanğının təhlükəsizlik kamerasından çəkilən görüntüləri ortaya çıxıb.
Bizim.Media xəbər verir ki, bu barədə “Anadolu” Agentliyi məlumat yayıb.
Görüntülərdə “Grand Kartal” hotelində baş verən faciənin baş vermə anı əks olunub. Hadisənin yerli vaxtla 03:00-da başladığı, yanğınsöndürənlərin isə 04:40-da müdaxilə etdiyi qeyd olunub.
Qeyd edək ki, sözügedən yanğında 78 nəfər həyatını itirib.
Bizim.Media