“Evim” uşaq bağçası ilə bağlı daha bir SENSASİYA – Müdir 7 işçinin adına KREDİT götürüb - FOTO

Xəbər verdiyimiz kimi Bakıda fəaliyyət göstərən “Evim” uşaq bağçasının müdiri dələduzluqda ittiham edilir. Yanvarın 22-də Bizim.Media-da ““Evim” uşaq bağçası ilə bağlı QALMAQAL – Müdir işçidən xəbərsiz adına KREDİT GÖTÜRÜB?” başlıqlı yazı dərc ediləndən sonra redaksiyamıza sözügedən bağçanın daha bir neçə işçisi müraciət edərək, onların da adına kredit götürüldüyünü iddia ediblər.

Onların bildirdiklərinə görə, bağça müdiri Xanım Əliyeva Rüxsarə Əliyevadan əlavə, bağçada işləyən daha 6 nəfərin adına da onlardan xəbərsiz “Azpulmat” və “Manato” kredit təşkilatı vasitəsilə kredit götürüb.

Həmin 6 nəfərdən biri, “Evim” uşaq bağçasında müəllim işləmiş Səbirə Nəcəfovadır. O bu gün öyrənib ki, adına “Azpulmat”-dan 70 manat, “Manato”-dan isə 235 manat kredit götürülüb.

Səbirə Nəcəfova Bizim.Media-ya açıqlamasında deyib ki, zərərçəkən Rüxsarə Həsənova vəziyyət barədə onu xəbərdar edib, o da bundan sonra “MilliÖn” aparatından borcunun olub-olmadığını yoxlayıb, görüb ki, adına 98 manat 51 qəpik borc var. Bu gün isə “Azpulmat”-ın ofisinə gedərək məlumatı dəqiqləşdirib və məlum olub ki, 14 noyabr 2024-cü ildə adına kredit  götürülüb”.

Səbirə Nəcəfova da krediti Xanım Əliyevanın götürdüyündən əmindir. Çünki təşkilat ona pulun götürüldüyü gün təqdim olunan şəkillərini göstərib. Səbirə Nəcəfova görüb ki, bu müdirin otağında çəkilən fotolardır.
 

“Ötən ilin oktyabr ayından həmin bağçada işləyirdim. Xanım Əliyeva noyabrın 14-ü otağına çağırıb dedi ki, işlə bağlı müqavilə üçün SİMA proqramından qeydiyyatdan keçməliyik, şəxsiyyət vəsiqəsinin və mənim şəklimi çəkdi. Daha sonra isə müqavilənin yenilənməli olduğunu, diplomun şəklinin düşmədiyini və s bahanələr deyərək məni yenidən otağına çağırıb şəklimi çəkdi. Pulu həm mənim nömrəmlə, həm də mənim telefonumla götürüb. Çünki telefonu məndən alıb dedi ki,  şifrəsini aç burada qalsın, mən qeydiyyatı həll edəcəm. Sən də get, uşaqlarla maraqlan. Mən də müqaviləni həll edəcəyi üçün güvəndim, telefonu orada qoydum.


Telefonuma “Azpulmat”-dan şifrə də gəlib, o özü həll edib, mesajı silib. Mesajlar bölməsinə baxdım, şifrənin gəldiyi mesajı tapa bilmədim.  Təxmini dekabr ayının sonu, yanvar ayının əvvəli yenidən otağına çağırdı. Mənə dedi ki,  müqaviləni yeniləyirik, bu dəfə  isə şəklimi öz telefonuyla çəkdi. Şəxsiyyət vəsiqəmi üzümün yanında tutmağımı, sağa-sola baxmağımı istədi”.

“Bəs sizin nömrənizlə qeydiyyatdan keçilibsə, borc ödənmədiyi günlərdə sizə zəng gəlməyib” sualına gəlincə Səbirə Nəcəfova “əlavə məbləğ ödənərək tarix uzadıldığı üçün mənə zəng edilməyib”,-deyə müsahibimiz açıqlayıb.

Səbirə Nəcəfovanın sözlərinə görə aylardır əməkhaqqı almır, üstəlik aldadıldığını bildiyi üçün bu gün işdən ayrılıb:

“Azpulmatın ofisindən çıxdıqdan sonra bağçaya getdim, çünki hələ də orada işləyirdim. Amma bu hadisədən sonra  bu gün işdən çıxdım. Bağçada dedilər ki, müdir xəstədir gəlməyib. Ancaq anası  Leyla Əliyeva  orada idi, deyilənə görə, onun bu olanlardan xəbəri yoxdur. Bizə dedi ki, borcunuz bu gün ödəniləcək, sabah isə 2 aydır atılmayan maaşınız köçürüləcək.  Çünki maaşım ən son noyabr ayında ödənib. Digər işçilərdən 3-4 aydır ki, maaşını almayanlar var.

Orada aşpaz işləmiş Yeganə xanımla danışdım, onun adını “Azpulmat”-da yoxladıq, borc çıxmadı. Ancaq  “Manato”da 352 manat 88 qəpik  məbləğdə borcu var. Müdirə  zəng etdim və  haqqımı tələb edəcəyimi bildirdim. İşçilərin tez-tez işdən çıxmasının səbəbi maaşların gecikdirilməsidir. Çıxanların da maaşlarını vermədən yola salır”.

Xatırladaq ki, Xanım Əliyeva dünən saytımıza açıqlamasında iddiaları rədd etsə də, sonradan şikayətçi Rüxsarə Həsənovanın adına olan borcu ödəyib. Bu gün isə Səbirə Nəcəfovayla danışarkən əməli boynuna alıb. Hətta gün ərzində hər kəsin borcunu ödəyəcəyini vəd edib.

Maraqlıdır, Xanım Əliyeva 6 nəfərin adına xırda məblğlərdə niyə kredit götürüb? Məqsədi nə olub?

Bu suallar açıq qalır...

Onu da bildirək ki, ötən gün sözügedən məsələ ictimailəşdiyinə görə Xanım Əliyeva “İnstagram”dakı səhifələrində “Evim” uşaq bağçasının adını dəyişərək, “Nağıllar dünyası” adı ilə əvəzləyib. Bu gün müdirin valideynlərə verdiyi məlumata əsasən isə bağça sabahdan fəaliyyətini dayandırır.

Qeyd edək ki, şikayətçilərin bir neçəsi artıq hüquq-mühafizə orqanlarına ərizə ilə müraciət ediblər.

Yazıda qarşı tərəfin növbəti dəfə mövqeyini dərc etməyə hazırıq.

Mövzunu diqqətdə saxlayacağıq.








Nəzrin Mirzəyeva, Bizim.Media  

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Nyu-Yorkda antisemitizmə qarşı aksiya: “Mamdani vəzifəsindən getməlidir”

Nyu-Yorkda antisemitizmə qarşı aksiya: “Mamdani vəzifəsindən getməlidir”

Çin alimləri yüz il əvvəl qoyulan riyazi problemləri həll etdilər

Çin alimləri yüz il əvvəl qoyulan riyazi problemləri həll etdilər

Putin: “Rusiyanın heç bir təcavüzü yoxdur”

Putin: “Rusiyanın heç bir təcavüzü yoxdur”

Yaponiyada rusdilli lövhələr çoxalıb: Turistlər axın edir - FOTO

Yaponiyada rusdilli lövhələr çoxalıb: Turistlər axın edir - FOTO

Boşanma xəbərindən sonra yenidən bir araya gəldilər - FOTO

Boşanma xəbərindən sonra yenidən bir araya gəldilər - FOTO

İran şahzadəsi Pəhləvi Trampın Tehran siyasətini tənqid etdi

İran şahzadəsi Pəhləvi Trampın Tehran siyasətini tənqid etdi

Hakan Fidan Qətərin Baş naziri və Pakistan Silahlı Qüvvələrinin komandanı ilə danışdı

Hakan Fidan Qətərin Baş naziri və Pakistan Silahlı Qüvvələrinin komandanı ilə danışdı

Braziliya Argentinadakı səfirini geri çağırdı

Braziliya Argentinadakı səfirini geri çağırdı

Aygün Kazımova “DreamFest”ə tərzi ilə damğa vurdu - VİDEO

Aygün Kazımova “DreamFest”ə tərzi ilə damğa vurdu - VİDEO

Putindən yaxşı formada qalmaq üçün məsləhət: “Kifayət qədər yatmaq lazımdır” - VİDEO

Putindən yaxşı formada qalmaq üçün məsləhət: “Kifayət qədər yatmaq lazımdır” - VİDEO

İsrail ordusu 2 nəfərin ölümünə görə Nablusda hərbi əməliyyatları genişləndirir

İsrail ordusu 2 nəfərin ölümünə görə Nablusda hərbi əməliyyatları genişləndirir

Trampın əfv etdiyi Hondurasın sabiq prezidenti ölkəsinə qayıtdı

Trampın əfv etdiyi Hondurasın sabiq prezidenti ölkəsinə qayıtdı

Netanyahu İranla münaqişənin başa çatması üçün şərtləri açıqladı - VİDEO

Netanyahu İranla münaqişənin başa çatması üçün şərtləri açıqladı - VİDEO

İsrail ordusu Qəzzada HƏMAS-ın dron bölməsinin komandirini öldürdü

İsrail ordusu Qəzzada HƏMAS-ın dron bölməsinin komandirini öldürdü

Rusiya imperatorunun Türkiyədəki ovçu evi bərpa ediləcək?

Rusiya imperatorunun Türkiyədəki ovçu evi bərpa ediləcək?

Sabah Bakının bu ərazilərdə işıq olmayacaq

Sabah Bakının bu ərazilərdə işıq olmayacaq

Rusiyada yanacaqdoldurma məntəqələrində uzun növbələr davam edir - VİDEO

Rusiyada yanacaqdoldurma məntəqələrində uzun növbələr davam edir - VİDEO

İsrail prezidenti Bəhreyn kralı ilə danışdı - 7 oktyabr 2023-dən sonra ilk rəsmi təmas

İsrail prezidenti Bəhreyn kralı ilə danışdı - 7 oktyabr 2023-dən sonra ilk rəsmi təmas

Əraqçi İran gəmisinə hücumla bağlı İsraili İTTİHAM ETDİ - FOTO

Əraqçi İran gəmisinə hücumla bağlı İsraili İTTİHAM ETDİ - FOTO

Binəqədidə torpaq sürüşməsindən sonra evlər qəzalı vəziyyətdə - VİDEO

Binəqədidə torpaq sürüşməsindən sonra evlər qəzalı vəziyyətdə - VİDEO

Tramp Mərakeş kralına onun adını avtomobil yoluna verdiyi üçün təşəkkür etdi - FOTO

Tramp Mərakeş kralına onun adını avtomobil yoluna verdiyi üçün təşəkkür etdi - FOTO

Berlində terrorunda yaralananların sayı 29-a çatdı

Berlində terrorunda yaralananların sayı 29-a çatdı

Uolts: Pentaqonun İran əməliyyatı üçün sursat problemi yoxdur

Uolts: Pentaqonun İran əməliyyatı üçün sursat problemi yoxdur

Dublində radikallar Türkiyə mədəniyyət mərkəzindəki məscidə hücum etdilər - VİDEO

Dublində radikallar Türkiyə mədəniyyət mərkəzindəki məscidə hücum etdilər - VİDEO

End of content

No more pages to load

RADİO