İrandan azad edilən Fəridin anası: "Gəldiyi gündən heç kimi görmək istəmir"

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Azərbaycan Respublikasının vətəndaşı, 2023-cü ildə İran İslam Respublikasında saxlanılmış tələbə Səfərli Fərid Qabil oğlu beynəlxalq hüquqi əməkdaşlıq və qarşılıqlı prosedur çərçivəsində 18.01.2025-ci il tarixində qonşu ölkədən təhvil alınaraq vətənə qaytarılıb.

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) və Xarici İşlər Nazirliyinin (XİN) birgə məlumatında bildirilib ki, Fərid Səfərli tibbi müayinədən keçdikdən sonra ailəsinə qovuşub.

Bizim.Media xəbər verir ki, Fərid Səfərlinin anası Dilarə Əsgərova modern.az-a açıqlamasında oğlunun hazırda depressiyada olduğunu deyib.

“Fəridi sərhəddə təhvil verməyə gətirən SEPAH zabiti ona “sənin qalan bir ayını 10 il etmək bizim üçün çətin iş deyildi" deyib.

ABŞ kimi bir dövlət belə İranda tutulmuş vətəndaşlarını illərlə azad etdirə bilmir. Ona görə bu məsələnin 23 ayda bitməsini böyük bir uğur kimi qiymətləndirirəm. Həm DTX əməkdaşlarının Fərid ilə danışığına, həm də Tehrandakı səfirliyimizin mənimlə olan telefon söhbətinə əsasən tam olaraq məlumatlıyam ki, bu məsələnin həll olunmasında ölkə rəhbərinin nə dərəcədə böyük rolu olub, buna görə də cənab Prezident İlham Əliyevə dərin təşəkkürümü bildirirəm”, - Dilarə Əsgərova qeyd edib.

Tələbənin anası oğlunun məsələsini daim diqqətdə saxlayan mediaya da minnətdarlıq edib.

D.Əsgərovanın sözlərinə görə, oğlunun başına gətirilənlər haqqında bəlkə də bir kitab yazmaq olar:

“Onu heç bir aiddiyatı olmayan mövzularla saatlarca dindirməklə mənəvi əzab veriblər”.

Anasının sözlərinə görə, oğlunu casususluqda təqsirləndirirmişlər.

D.Əsgərova deyib ki, SEPAH Fəridin istintaqını apararkən oğlu ilk 51 günü kiçik bir otaqda tək-tənha saxlanılıb, asılmaq təhlükəsi ilə yaşayıb, dəhşətli hisslər keçirib.

“Bütün bu başına gələnlər onu dərin depressiya vəziyyətinə salıb. Ürəyi arzularla dolu bir gənci, həyatdan küskün, özünü cəmiyyətdən təcrid etmiş bir insana çeviriblər. Gəldiyi gündən bir otağa girib, heç kimi görmək istəmir. Biz onun sağlamlığına qovuşması üçün əlimizdən gələni edəcəyik və ümidvaram ki, TƏBİB də bu məsələdə əlindən gələn köməyi bizə göstərəcək”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bu ərazilərdə qaz olmayacaq

Bu ərazilərdə qaz olmayacaq

İran neft satışlarından 11 milyard dollar qazanıb – SON 4 AYDA

İran neft satışlarından 11 milyard dollar qazanıb – SON 4 AYDA

Türkiyədə hakim partiyanın üzvü, oğlu və qardaşı oğlu güllələndi - FOTO-VİDEO

Türkiyədə hakim partiyanın üzvü, oğlu və qardaşı oğlu güllələndi - FOTO-VİDEO

Samuxda kişi meyiti tapıldı

Samuxda kişi meyiti tapıldı

Berlində terror aktı törədən şəxs əməliyyat zamanı öldürüldü

Berlində terror aktı törədən şəxs əməliyyat zamanı öldürüldü

Elbrus dağında həlak olan alpinistlərin meyitləri tapıldı

Elbrus dağında həlak olan alpinistlərin meyitləri tapıldı

Britaniyalı jurnalist Çini müasir dövrün əsas möcüzələrindən biri adlandırdı - FOTO

Britaniyalı jurnalist Çini müasir dövrün əsas möcüzələrindən biri adlandırdı - FOTO

Sankt-Peterburqda “qeyri-formal” geyimli yeniyetmələri saxlayacaqlar - FOTO

Sankt-Peterburqda “qeyri-formal” geyimli yeniyetmələri saxlayacaqlar - FOTO

Nyu-Yorkda antisemitizmə qarşı aksiya: “Mamdani vəzifəsindən getməlidir”

Nyu-Yorkda antisemitizmə qarşı aksiya: “Mamdani vəzifəsindən getməlidir”

Çin alimləri yüz il əvvəl qoyulan riyazi problemləri həll etdilər

Çin alimləri yüz il əvvəl qoyulan riyazi problemləri həll etdilər

Putin: “Rusiyanın heç bir təcavüzü yoxdur”

Putin: “Rusiyanın heç bir təcavüzü yoxdur”

Yaponiyada rusdilli lövhələr çoxalıb: Turistlər axın edir - FOTO

Yaponiyada rusdilli lövhələr çoxalıb: Turistlər axın edir - FOTO

Boşanma xəbərindən sonra yenidən bir araya gəldilər - FOTO

Boşanma xəbərindən sonra yenidən bir araya gəldilər - FOTO

İran şahzadəsi Pəhləvi Trampın Tehran siyasətini tənqid etdi

İran şahzadəsi Pəhləvi Trampın Tehran siyasətini tənqid etdi

Hakan Fidan Qətərin Baş naziri və Pakistan Silahlı Qüvvələrinin komandanı ilə danışdı

Hakan Fidan Qətərin Baş naziri və Pakistan Silahlı Qüvvələrinin komandanı ilə danışdı

Braziliya Argentinadakı səfirini geri çağırdı

Braziliya Argentinadakı səfirini geri çağırdı

Aygün Kazımova “DreamFest”ə tərzi ilə damğa vurdu - VİDEO

Aygün Kazımova “DreamFest”ə tərzi ilə damğa vurdu - VİDEO

Putindən yaxşı formada qalmaq üçün məsləhət: “Kifayət qədər yatmaq lazımdır” - VİDEO

Putindən yaxşı formada qalmaq üçün məsləhət: “Kifayət qədər yatmaq lazımdır” - VİDEO

İsrail ordusu 2 nəfərin ölümünə görə Nablusda hərbi əməliyyatları genişləndirir

İsrail ordusu 2 nəfərin ölümünə görə Nablusda hərbi əməliyyatları genişləndirir

Trampın əfv etdiyi Hondurasın sabiq prezidenti ölkəsinə qayıtdı

Trampın əfv etdiyi Hondurasın sabiq prezidenti ölkəsinə qayıtdı

Netanyahu İranla münaqişənin başa çatması üçün şərtləri açıqladı - VİDEO

Netanyahu İranla münaqişənin başa çatması üçün şərtləri açıqladı - VİDEO

İsrail ordusu Qəzzada HƏMAS-ın dron bölməsinin komandirini öldürdü

İsrail ordusu Qəzzada HƏMAS-ın dron bölməsinin komandirini öldürdü

Rusiya imperatorunun Türkiyədəki ovçu evi bərpa ediləcək?

Rusiya imperatorunun Türkiyədəki ovçu evi bərpa ediləcək?

Sabah Bakının bu ərazilərdə işıq olmayacaq

Sabah Bakının bu ərazilərdə işıq olmayacaq

End of content

No more pages to load

RADİO