DİM magistraturaya qəbul ELAN ETDİ

Dövlət İmtahan Mərkəzi (DİM) 2025/2026-cı tədris ili üçün Azərbaycanın ali təhsil müəssisələrinin magistraturalarına qəbul elan edib. 

Bizim.Media xəbər verir ki, bu barədə DİM məlumat yayıb. 

İmtahanda iştirak etmək üçün bakalavrların ərizələrinin qəbulu internet vasitəsilə aparılır.

Bakalavr bu gündən başlayaraq yanvarın 27-dək Mərkəzin internet saytının ekabinet.dim.gov.az səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra (“Şəxsi kabinet”i olmayanlar) ərizə vermək üçün tələb olunan məbləği (50 AZN) “Şəxsi kabinet”indəki hesabına əlavə edir. 

Bakalavr “Şəxsi kabinet”inin istifadəçi adı və parolundan istifadə etməklə ərizə qəbulu müddətində Mərkəzin internet saytının müvafiq səhifəsinə (//eservices.dim.gov.az/erizemag/erize) daxil olub, “Bakalavrın elektron ərizəsi” formasını doldurur və təsdiq edir. 

Azərbaycanda yerləşən ali təhsil müəssisələrini bitirən və Azərbaycan vətəndaşı olan bütün bakalavrlar, həmçinin Elm və Təhsil Nazirliyi tərəfindən verilən ixtisasın tanınmasını və ekvivalentliyinin müəyyən edilməsini təsdiq edən sənədləri olan xarici ölkələrdə ali təhsil almış şəxslər qəbul imtahanında iştirak etmək üçün ərizə qəbulu müddətində Mərkəzin rəsmi internet saytında “Bakalavrın elektron ərizəsi”ni doldurmalı və özləri təsdiq etməlidirlər. 

Magistraturaya qəbul imtahanı DİM tərəfindən mərkəzləşdirilmiş qaydada bakalavrların ümumi intellekt səviyyəsinin (məntiqi təfəkkürünün), informatika və xarici dil biliklərinin qiymətləndirilməsi üzrə keçirilir. 

Qəbul imtahanının (I cəhd) fevralın 16-da keçirilməsi nəzərdə tutulur. 

İmtahanda bakalavrlara Məntiqi təfəkkürün yoxlanılması üçün 50 (o cümlədən açıq tipli 5), İnformatika üzrə 25 (o cümlədən açıq tipli 5) test tapşırığı, Xarici dil üzrə isə 20 (o cümlədən açıq tipli 2) test tapşırığı və yazı işi (esse) yerinə yetirmək üçün mövzu təqdim olunacaqdır. Qeyd edək ki, xarici dil üzrə bakalavrlara oxuyub-anlama bloku üzrə iki oxu mətni – mətnlərin hər birinə aid 4 qapalı, 1 açıq tipli test tapşırığı olmaqla, ümumilikdə 5 tapşırıq təqdim olunur.

Oxu mətnləri üzrə açıq tipli (seçim) test tapşırıqlarından əlavə, verilmiş fikrin doğru və ya yanlış olmasını müəyyənləşdirməyi tələb edən qapalı tipli test tapşırıqları da verilir. Bu tip test tapşırıqlarında, ümumilikdə 4 mülahizə olur. Bakalavrın mülahizələrə dair verdiyi bütün cavablar doğru olduqda bu, 1 (tam) balla, 3 mülahizəyə dair verdiyi cavab doğru olduqda 0.5 (yarım) balla, iki və ya daha az mülahizəni doğru cavablandırdıqda isə 0 (sıfır) balla qiymətləndirilir. 
 

İmtahan nəticələri hesablanarkən bakalavrın hər bir test tapşırığına düzgün cavabı bir balla qiymətləndirilir, səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir, esse maksimum 5 balla qiymətləndirilir. Beləliklə, imtahanda əldə oluna bilən maksimal nəticə 100 baldır. 


Qəbul imtahanında test tapşırıqlarının cavablandırılmasına 3 saat, yazı işini (esseni) yerinə yetirmək üçün isə 30 dəqiqə, cəmi 3 saat 30 dəqiqə vaxt ayrılır. 3 saat bitdikdən sonra bakalavrlardan cavab kartları yığılır və onlara yazı işini yazmaq üçün xüsusi esse vərəqləri paylanılır. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Peskovun Ukrayna xalqı ilə bağlı dedikləri DİQQƏT ÇƏKDİ

Peskovun Ukrayna xalqı ilə bağlı dedikləri DİQQƏT ÇƏKDİ

Magistraturada ən yüksək nəticəni bu universitetin məzunları GÖSTƏRDİ

Magistraturada ən yüksək nəticəni bu universitetin məzunları GÖSTƏRDİ

Şəmsi Səmədzadə həbsdən azad olundu

Şəmsi Səmədzadə həbsdən azad olundu

Zelenski Britaniyanın yeni Baş naziri ilə görüşdü - VİDEO

Zelenski Britaniyanın yeni Baş naziri ilə görüşdü - VİDEO

Putin və Paşinyan telefonla danışdı

Putin və Paşinyan telefonla danışdı

DÇ-2026-nın ən yaxşı qolu AÇIQLANDI

DÇ-2026-nın ən yaxşı qolu AÇIQLANDI

Azərbaycan və Türkiyə torpaqların konsolidasiyası sahəsində əməkdaşlığı müzakirə etdi - FOTO

Azərbaycan və Türkiyə torpaqların konsolidasiyası sahəsində əməkdaşlığı müzakirə etdi - FOTO

Tramp İrana qarşı hərbi hücumları DAYANDIRDI

Tramp İrana qarşı hərbi hücumları DAYANDIRDI

Leyla həyat yoldaşını belə təbrik etdi – FOTO

Leyla həyat yoldaşını belə təbrik etdi – FOTO

Çimərlikdə heyvana şiddət göstərən şəxs saxlanıldı - VİDEO

Çimərlikdə heyvana şiddət göstərən şəxs saxlanıldı - VİDEO

Araz Musayev əməliyyat olundu

Araz Musayev əməliyyat olundu

Fərhad Mehdiyev: “Boğazınızdan kəsib uşaqları üzgüçülüyə göndərin”

Fərhad Mehdiyev: “Boğazınızdan kəsib uşaqları üzgüçülüyə göndərin”

Ağdaşda işçiləri qorxuya salan görüntü: Tikinti sahəsindən ilan sürüsü çıxdı - VİDEO

Ağdaşda işçiləri qorxuya salan görüntü: Tikinti sahəsindən ilan sürüsü çıxdı - VİDEO

Bakıda küləyin son fəsadları açıqlandı – Rəsmi

Bakıda küləyin son fəsadları açıqlandı – Rəsmi

Magistratura seçimi başa çatdı: Nəticələr nə vaxt çıxacaq?

Magistratura seçimi başa çatdı: Nəticələr nə vaxt çıxacaq?

Azərbaycanda şəkərli diabetə tutulan qadınlar kişilərdən çoxdur - RƏQƏMLƏR

Azərbaycanda şəkərli diabetə tutulan qadınlar kişilərdən çoxdur - RƏQƏMLƏR

Azərbaycanda iki kişi qadın alverinə görə axtarışa verildi - FOTO

Azərbaycanda iki kişi qadın alverinə görə axtarışa verildi - FOTO

Masallıda çaya tullanan gənc faciəvi şəkildə həyatını itirdi

Masallıda çaya tullanan gənc faciəvi şəkildə həyatını itirdi

Bakıda güləş üzrə U-17 dünya çempionatının açılışı oldu - FOTO

Bakıda güləş üzrə U-17 dünya çempionatının açılışı oldu - FOTO

Bakıda küləkli havada 5 yaşlı uşaq xəsarət aldı

Bakıda küləkli havada 5 yaşlı uşaq xəsarət aldı

Separatçıların apellyasiya məhkəməsində prokurorlar çıxış etdilər

Separatçıların apellyasiya məhkəməsində prokurorlar çıxış etdilər

Rumıniya rusiyalı diplomatı ölkədən ÇIXARIR

Rumıniya rusiyalı diplomatı ölkədən ÇIXARIR

Ombudsman Bakıda Müvəqqəti Yerləşdirmə Mərkəzinə qəfil BAŞ ÇƏKDİ

Ombudsman Bakıda Müvəqqəti Yerləşdirmə Mərkəzinə qəfil BAŞ ÇƏKDİ

Naxçıvanda 60 nəfər ad, soyad və ata adını dəyişib

Naxçıvanda 60 nəfər ad, soyad və ata adını dəyişib

End of content

No more pages to load

RADİO