Yaşlı qadınlar daha çox əkiz uşaq dünyaya gətirir? – Ginekoloqdan AÇIQLAMA

Qadın aylarla bətnində uşaq bəsləyib və onu dünyaya gətirə bildiyi üçün bioloji üstünlüyə malikdir. Əsasən bir uşaq dünyaya gətirən qadınlar əkiz uşaqlara da həyat verə bilirlər. Ona görə də əkiz uşaqların doğulması qədimdə möcüzə kimi dəyərləndirilib. Bu gün dünya üzrə doğulan uşaqların 3 faizi əkizdir.
 

Azərbaycanda da əkiz, hətta üçəm, dördəm uşaqlar dünyaya gəlir və əvvəlki illlərə nisbətən ölkədə əkiz və üçəm, dördəmlərin sayı artıb. 2024-cü ilin yanvar-sentyabr ayları ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 77172 doğulan körpə qeydə alınıb. Körpələrdən 2514-ü əkiz, 102-si üçəm və 4-ü isə dördəm doğulub. Bunun bir çox səbəbi var.


Son tədqiqatlara görə, 35 yaşdan yuxarı qadınların əkiz uşaq dünyaya gətirmə ehtimalı daha yüksəkdir. Çünki araşdırmaya görə, bu yaşda yumurtalıqlardan bir neçə yumurtanın eyni vaxtda sərbəst buraxılma ehtimalının artmasıdır.

Bəs əkiz uşaqlar dünyaya gətirmək üçün ideal yaş iddiası doğrudurmu?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan ginekoloq Təranə Əzizova hesab edir ki, əksinə 35 və yuxarı qadınların hamiləliyi riskli hamiləlikdir:

“Belə yaş həddi yoxdur, 18 yaşda da, 35 yaşda da qadın əkiz uşaqlara hamilə qala bilər.

Əslində, 35 yaşdan sonra qadınların hamiləliyi risklidir. Bu yaşdan sonra irsi xəstəliklərin uşağa keçməsi ehtimalı daha çoxdur. Əkiz hamiləlik onsuz da qadın üçün ağır keçən və riskli hamiləlikdir. Xüsusilə də, yaşı çox olan qadınlarda bu, daha risklidir”.

Həkim dünyada əkiz, üçəm, dördəmlərin artmasının səbəbini süni mayalanma ilə əlaqələndirib:

“Həkimlər bir neçə dölü mayalandırır ki, əgər o döllərdən hansısa inkişafdan qalsa, heç olmasa, ikisi-üçü inkişaf etsin. Elə olur ki, hamısı da inkişaf edə bilir. Təbii hamiləlik süni mayalanmadan fərqlənir, təbii hamiləlikdə çox vaxt əkizlər bir yumurta əkizi olurlar. Bir yumurta parçalanır və iki dənə döl əmələ gəlir. Onlar da eyni yumurtalı əkizlər hesab olunurlar. Amma süni mayalanmadan doğulanlar əkiz olmurlar, bacı-qardaşlar hesab olunurlar. Çünki ayrı-ayrı yumurtalardan əmələ gələn uşaqlardırlar”.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycanın yeni KAMİKADZE DRONLARI - FOTO

Azərbaycanın yeni KAMİKADZE DRONLARI - FOTO

Renat Dadaşov Türkiyəyə QAYIDIR

Renat Dadaşov Türkiyəyə QAYIDIR

Mərkəzi Bankın sədrindən manatın məzənnəsi ilə bağlı AÇIQLAMA

Mərkəzi Bankın sədrindən manatın məzənnəsi ilə bağlı AÇIQLAMA

Goradil qəbiristanlığında tapılan uşağın vəziyyəti nəzarətə götürüldü

Goradil qəbiristanlığında tapılan uşağın vəziyyəti nəzarətə götürüldü

Ədalət Şükürov xanımı, oğlu və gəlini ilə - VİDEO

Ədalət Şükürov xanımı, oğlu və gəlini ilə - VİDEO

Mövlud Çavuşoğlunun qardaşı güllələndi – FOTO

Mövlud Çavuşoğlunun qardaşı güllələndi – FOTO

Dünya Bankından KRİTİK XƏBƏRDARLIQ – Azərbaycana necə təsir edəcək?

Dünya Bankından KRİTİK XƏBƏRDARLIQ – Azərbaycana necə təsir edəcək?

Mingəçevirdə dava: 60 yaşlı kişinin başı KƏRPİCLƏ YARILDI

Mingəçevirdə dava: 60 yaşlı kişinin başı KƏRPİCLƏ YARILDI

Strateji valyuta ehtiyatlarımız 87 milyard dolları ÖTDÜ

Strateji valyuta ehtiyatlarımız 87 milyard dolları ÖTDÜ

Ali Məhkəmə ölkəmizin əleyhinə casusluq edənlərlə bağlı QƏRAR VERDİ - FOTO

Ali Məhkəmə ölkəmizin əleyhinə casusluq edənlərlə bağlı QƏRAR VERDİ - FOTO

Türkiyə - Azərbaycan Universitetində təhsil alan tələbələrin SAYI açıqlandı

Türkiyə - Azərbaycan Universitetində təhsil alan tələbələrin SAYI açıqlandı

Azərbaycan Pakistana humanitar yardım göndərdi – FOTO

Azərbaycan Pakistana humanitar yardım göndərdi – FOTO

Azərbaycanı “Böyük Dəbilqə”də onlar təmsil edəcək – ADLAR

Azərbaycanı “Böyük Dəbilqə”də onlar təmsil edəcək – ADLAR

İnflyasiya ərzaq qiymətlərinə necə təsir göstərib? – RƏSMİ AÇIQLAMA

İnflyasiya ərzaq qiymətlərinə necə təsir göstərib? – RƏSMİ AÇIQLAMA

Xoşqədəmin əkizləri 10 yaşında: "Bir-birinizi heç vaxt buraxmayın" – VİDEO

Xoşqədəmin əkizləri 10 yaşında: "Bir-birinizi heç vaxt buraxmayın" – VİDEO

Burada ölmək qadağandır – Fotolar

Burada ölmək qadağandır – Fotolar

Prezident İslam İnkişaf Bankı Qrupunun sədrini qəbul etdi – FOTO

Prezident İslam İnkişaf Bankı Qrupunun sədrini qəbul etdi – FOTO

ABŞ Peşəvərdəki Baş Konsulluğunu bağlayır

ABŞ Peşəvərdəki Baş Konsulluğunu bağlayır

Sumqayıtda oğlunu öldürmək istəyən ata ilə bağlı QƏRAR VERİLDİ

Sumqayıtda oğlunu öldürmək istəyən ata ilə bağlı QƏRAR VERİLDİ

Uşaqlara siqaret satanlara BƏD XƏBƏR – Cəzaların sərtləşdirilməsi GÜNDƏMDƏ

Uşaqlara siqaret satanlara BƏD XƏBƏR – Cəzaların sərtləşdirilməsi GÜNDƏMDƏ

Bakıdakı hotellərdə "Həyəcan" siqnalı verildi – FOTO/VİDEO

Bakıdakı hotellərdə "Həyəcan" siqnalı verildi – FOTO/VİDEO

Rusiyada əcnəbilərin sayı 700 min nəfər azalıdı

Rusiyada əcnəbilərin sayı 700 min nəfər azalıdı

Eldar Əzizov rəisi işdən çıxartdı - YENİ TƏYİNAT

Eldar Əzizov rəisi işdən çıxartdı - YENİ TƏYİNAT

WUF13 proqramı ictimaiyyətə təqdim olundu

WUF13 proqramı ictimaiyyətə təqdim olundu

End of content

No more pages to load

RADİO