Gəncədə 54 yaşlı kişi yol-nəqliyyat hadisəsi zamanı həyatını itirib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, 1971-ci il təvəllüdlü H. Məmmədov “Opel ” markalı avtomobili ilə şəhərdə hərəkətdə olarkən idarəetməni itirib və nəticədə avtomobili yol kənarındakı dəmir arakəsməyə çırpılıb.
İlkin versiyaya görə, sürücü sükan arxasında infarkt keçirib və nəticədə vəfat edib. Faktla bağlı araşdırma aparılır.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu