Polad Həşimov zabit yoldaşını cəzadan necə XİLAS EDİB? – Dostunun XATİRƏLƏRİ

"Polad fərqli bir insan idi. Dostluğa sadiq, sülhsevər və sadə biri idi. Heç vaxt dostunu satmazdı. Bəzən onun günahını özü boynuna alıb, dostunu pis vəziyyətdən çıxarardı".

Bu sözləri hərbi həkim, TƏBİB-in Quba rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin baş direktoru Əlyar Sərvərov Bizim.Media-ya açıqlamasında bildirib.

O, Azərbaycanın Milli Qəhrəmanı Polad Həşimovun anadan olduğu gündə şəhid general-mayorla bağlı xatirələrini bölüşüb:

"2007-ci il idi. Mən Qusardakı hərbi hissənin tibb xidmətinin rəisi idim. Polad Həşimov isə hərbi hissənin qərargah rəisi idi. Bir dəfə tibb xidmətinin əsgərləri yolda hərbi nizam-intizamı pozmuşdular. Komandir bunu eşidib hirslənmişdi, məni yanına çağırmışdı.

Mən hərbi hissə komandirinin yanına gedəndə o, məni getməyə qoymadı, öz otağına çağırdı.

Dedi, “əsgərlərin düz eləməyib, sən burda, mənim otağımda gözlə. Mən gedib komandirə deyəcəyəm ki, Sərvərovu tənbeh elədim. Bir də belə hal olmayacaq”. Belə də etdi. Mən onun otağında gözlədim. Gedib gəldi.

Dedi ki, “narahat olma, mən komandirə dedim ki, səni tənbeh etmişəm. Amma əsgərlərin çox məsuliyyətli olsunlar, belə hal daha təkrar olunmasın. Mən gəldim tibb xidmətinə, intizamsızlıq edən əsgərlərə öz sözümü dedim, onlardan bir də belə etməmələrini tələb etdim".

Əlyar Sərvərov təəssüf hissi ilə qeyd edib ki, dostu, yüzlərlə əsgərinin, hərbçinin ürəyində daimi taxt qurmuş Polad Həşimovu çox tez itirdik:

“Polad sübut etdi ki,o nəinki dostcanlı, həm də vətənpərvər, dövlətini sevən və igid bir hərbçi imiş”.

Polad Həşimovla bağlı çoxsaylı xatirələrini danışan Əlyar Sərvərov dostunun şəkil çəkdirməyi qəti sevmədiyini bildirib:

"Sadə, qara telefonu vardı. Onu da üstündə gəzdirməzdi. Ona görə birgə şəklimiz də yoxdur",- deyə Quba xəstəxanasının baş direktoru Əlyar Sərvərov vurğulayıb.

O bu gün 50 yaşı tamam olan səngər generalı kimi tarixə düşən, Azərbaycanın Milli Qəhrəmanı Polad Həşimovun qəlblərdə daima yaşayacağını vurğulayıb.

Qeyd edək ki, Polad Həşimov 1975-ci ilin yanvarın 2-də Qəbələ rayonunun Vəndam kəndində anadan olub, sonradan ailəsi ilə birlikdə Sumqayıt şəhərinə köçüb. Orta təhsilini Sumqayıt şəhərində əvvəlcə 28 nömrəli, sonra isə 34 nömrəli məktəbdə alıb. O, Heydər Əliyev adına Ali Hərbi Məktəbi bitirərək hərbçi olub.

General-mayor P.Həşimov 2020-ci il iyulun 14-də Tovuz istiqamətində baş verən şiddətli döyüşlər zamanı Ermənistan Silahlı Qüvvələrinin hücum cəhdinin qarşısını alarkən qəhrəmancasına şəhid olub. 2020-ci il dekabrın 9-da Prezident İlham Əliyevin sərəncamı ilə P.Həşimova Azərbaycanın Milli Qəhrəman adı verilib.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Küləkli hava şəraiti nə vaxta kimi davam edəcək?

Küləkli hava şəraiti nə vaxta kimi davam edəcək?

Zelenski ABŞ-a çatdı: “Prioritetimiz Amerika ilə strateji əməkdaşlıqdır” – VİDEO

Zelenski ABŞ-a çatdı: “Prioritetimiz Amerika ilə strateji əməkdaşlıqdır” – VİDEO

Piyadanın bu hərəkəti gündəm oldu – Qəsdən maşının qabağına yıxıldı – ANBAAN VİDEO

Piyadanın bu hərəkəti gündəm oldu – Qəsdən maşının qabağına yıxıldı – ANBAAN VİDEO

Argentinaya vurduğu qolla “ən yaxşı qolun müəllifi” oldu

Argentinaya vurduğu qolla “ən yaxşı qolun müəllifi” oldu

Yaxın Şərqdə gərginlik ARTIR - Neft BAHALAŞACAQ?

Yaxın Şərqdə gərginlik ARTIR - Neft BAHALAŞACAQ?

Qızıl və gümüş ucuzlaşdı

Qızıl və gümüş ucuzlaşdı

Emin valideynlərə səsləndi: “Buna görə cərimələyəcəyik” – VİDEO

Emin valideynlərə səsləndi: “Buna görə cərimələyəcəyik” – VİDEO

Azərbaycan nefti UCUZLAŞDI

Azərbaycan nefti UCUZLAŞDI

28 yaşlı azərbaycanlı alim “Tekstil sənayesinin Nobeli”ni qazandı – FOTO

28 yaşlı azərbaycanlı alim “Tekstil sənayesinin Nobeli”ni qazandı – FOTO

Güləş üzrə U-17 dünya çempionatının ikinci gününə start verilir

Güləş üzrə U-17 dünya çempionatının ikinci gününə start verilir

Biləsuvarda sürücü sükan arxasında dünyasını dəyişdi

Biləsuvarda sürücü sükan arxasında dünyasını dəyişdi

Valideynlərə məsləhət: Uşaq israrla nəsə istəyirsə, deyin ki, süni intellekt icazə vermir – VİDEO

Valideynlərə məsləhət: Uşaq israrla nəsə istəyirsə, deyin ki, süni intellekt icazə vermir – VİDEO

Rusiya bu gecə Ukraynaya 131 dronla hücum edib – FOTO

Rusiya bu gecə Ukraynaya 131 dronla hücum edib – FOTO

Barselona metrosunda güclü YANĞIN: 130-dan çox insan tüstüdən zəhərləndi – VİDEO

Barselona metrosunda güclü YANĞIN: 130-dan çox insan tüstüdən zəhərləndi – VİDEO

Qubada ağır qəza: Sürücü vəfat etdi

Qubada ağır qəza: Sürücü vəfat etdi

Gəncədə çay evində mübahisə qanla nəticələndi

Gəncədə çay evində mübahisə qanla nəticələndi

Zelenski ilə Trampın görüş vaxtı açıqlandı - FOTO

Zelenski ilə Trampın görüş vaxtı açıqlandı - FOTO

Moskvaya kütləvi dron hücumu – VİDEO

Moskvaya kütləvi dron hücumu – VİDEO

Avro və rubl ucuzlaşdı, dollar isə... – YENİ MƏZƏNNƏ

Avro və rubl ucuzlaşdı, dollar isə... – YENİ MƏZƏNNƏ

“Brent” nefti UCUZLAŞDI

“Brent” nefti UCUZLAŞDI

Çempionlar Liqası: "Sabah" Finlandiyada vacib görüşə çıxır

Çempionlar Liqası: "Sabah" Finlandiyada vacib görüşə çıxır

“Apple” yenidən dünyanın ən dəyərli şirkəti oldu

“Apple” yenidən dünyanın ən dəyərli şirkəti oldu

Tramp: İsrail ABŞ-ın dəstəyi olmadan mövcud ola bilməzdi

Tramp: İsrail ABŞ-ın dəstəyi olmadan mövcud ola bilməzdi

Pentaqon: İranla münaqişədə 624 hərbçi yaralanıb, 18 nəfər həlak olub

Pentaqon: İranla münaqişədə 624 hərbçi yaralanıb, 18 nəfər həlak olub

End of content

No more pages to load

RADİO