Şəmkirdə mədəniyyət klubu yanıb.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Tatarlı kəndində baş verib.
Şahidlərin sözlərinə görə, kəndin Mədəniyyət Nazirliyinə məxsus klubunda anindən yanğın başlayıb.
Hadisə yerinə dərhal FHN Dövlət Yanğından mühafizə xidmətinin Şəmkir rayon Dövlət Yanğından mühafizə hissəsinin yanğınsöndürən avtomobilləri və əməkdaşları səfərbər olunub.
Yanğın söndürlüb, yaxınlığdakı tikilər yanğından mühafizə edilib.
Binada yanğının baş vermə səbəbləri müəyyən ediləcək.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu