Tanınmış teleaparıcı Vəsilə Vahidqızı İctimai Televiziyada (İTV) tutduğu vəzifədən - şöbə müdiri postundan ayrılıb.
Moderator.az-ın məlumatına görə, xəbərixa0Modern.az-a V.Vahidqızı özü də təsdiqləyib.
xa0O, İTV-də ştatdan çıxdığını bildirib:
“Mən ümumiyyətlə Diasporla iş üzrə Dövlət Komitəsində işə başladığım üçün İTV-də ştatdan çıxmışam”.
xa0
Bu yaxınlarda Diasporla iş üzrə Dövlət Komitəsinə mətbuat katibi təyin edilən V.Vahidqızı İTV-də layihə müəllifi olaraq veriliş aparacağını deyib.
xa0
Qeyd edək ki, Vəsilə Vahidqızıxa01992-2002-ci illərdəxa0AzTV, 2002-2003-cü illərdəxa0"İnternyus-Azərbaycan" İctimai Birliyində, 2004-cü ildəxa0"Space" TV-dəxa0çalışıb.
İctimai Televiziya fəaliyyətə başladığı 2005-ci ildən bu telekanalda çalışıb.xa0
İctimai Televiziyadaxa0Anons şöbəsinin rəisi, eyni zamanda "Ortaq məxrəc", "Müzakirə vaxtı", "Xalq seçir", "Qarabağ: real tarix" verilişlərinin aparıcısı olub.
xa0