Marşrut avtobuslarında kondisionerin işləməməsinə dair şikayətə RƏSMİ REAKSİYA

Bakıda bəzi marşrut avtobuslarında kondisionerlərin işləməməsi sərnişinlərin narazılığına səbəb olub.

Bizim.Media xəbər verir ki, bununla bağlı sosial şəbəkədə paylaşımlar edilib.

İddialara görə, Sumqayıt və Saray istiqamətində hərəkət edən 500, 503 və 508 nömrəli marşrut avtobuslarında kondisionerlər işləmir. Bu səbəbdən sərnişinlər isti və havasız salonlarda hərəkət etmək məcburiyyətində qalırlar.

Qeyd olunub ki, bu vəziyyət bəzən sürücülərlə sərnişinlər arasında mübahisələrə səbəb olur.
 

"Marşrut avtobusunda kondisionerin işləməməsində sükan arxasında olan sürücünün məsuliyyəti yoxdur. O da sərnişinlər kimi havasız və isti salonda işləməyə məcburdur. Lakin sərnişinlərin əsəbləri tarıma çəkildikdə günahkar kimi sürücünü görürlər. Nəticədə lazımsız mübahisələr yaranır ki, bu da həm sürücünün diqqətini yayındırır, həm də sərnişinlərin təhlükəsizliyinə risk yaradır", - paylaşımda bildirilib.


Məsələ ilə bağlı "BakuBus" MMC-nin mətbuat katibi Əsmər Əliyeva oxu.az-a bildirib ki, bu qurumun istismarında olan bütün avtobuslar kondisioner sistemi ilə təchiz ediliblər:

"500, 503 və 508 nömrəli xətlərdə kondisioner sistemi hazırda işlək vəziyyətdədir. Sorğuda qeyd olunan məsələ ilə bağlı bildiririk ki, 500 nömrəli xətt üzrə bir avtobusda kondisionerlə bağlı texniki nasazlıq olub, lakin həmin problem artıq aradan qaldırılıb. Bununla yanaşı, sürücü ilə sərnişin arasında hər hansı mübahisənin olması ilə bağlı "BakuBus" MMC-yə məlumat daxil olmayıb.

"BakuBus" MMC-nin istismarında olan bütün avtobuslar kondisioner sistemi ilə təchiz ediliblər. 2 iyun tarixindən etibarən avtobuslarda kondisioner sistemləri yay rejiminə uyğun olaraq aktivləşdirilib və fasiləsiz fəaliyyəti təmin olunur. "BakuBus" MMC tərəfindən hər gün xəttə orta hesabla 1 090 avtobus buraxılır. Gün ərzində intensiv istismar olunan bu qədər sayda nəqliyyat vasitəsi arasında ayrı-ayrı hallarda texniki nasazlıqların yaranması istisna edilmir.

Bununla belə, hazırda xəttə çıxan avtobusların 90 faizində kondisioner sistemləri tam işlək vəziyyətdədir.

Kondisioner sistemi də daxil olmaqla hər hansı texniki nasazlıq aşkar edildiyi halda sürücü dərhal Monitorinq Mərkəzinə məlumat verir. Müraciət operativ qaydada qiymətləndirilir, marşrut üzrə sərnişindaşımanın fasiləsizliyinin təmin edilməsi məqsədilə isə mövcud vəziyyət və ehtiyat avtobusun mövcudluğu nəzərə alınmaqla nəqliyyat vasitəsinin əvəzlənməsi həyata keçirilir.

Sərnişinlərdən xahiş edirik ki, kondisioner sisteminin fəaliyyəti ilə bağlı hər hansı narahatlıqla qarşılaşdıqları halda marşrut nömrəsini, avtobusun dövlət qeydiyyat nişanını, hərəkət istiqamətini və mümkün olduqda vaxtı qeyd etməklə "BakuBus" MMC-yə müraciət etsinlər. Daxil olan müraciətlər operativ şəkildə araşdırılır və zəruri tədbirlər görülür".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Moskva vilayətində dronlar yaşayış binalarına dəydi - FOTO

Moskva vilayətində dronlar yaşayış binalarına dəydi - FOTO

Gömrükdə malların saxlanma müddəti ilə bağlı YENİLİK

Gömrükdə malların saxlanma müddəti ilə bağlı YENİLİK

İrəvanda erməni-türk biznes-forumu keçirilir

İrəvanda erməni-türk biznes-forumu keçirilir

Lavrov Lyayeni "Fürer Ursula" adlandırdı – VİDEO

Lavrov Lyayeni "Fürer Ursula" adlandırdı – VİDEO

Bakıda nəhəng ağacın budaqları maşının üzərinə düşdü - VİDEO

Bakıda nəhəng ağacın budaqları maşının üzərinə düşdü - VİDEO

ABŞ-İran savaşı nefti silkələdi – Qiymətlərdə yeni dəyişiklik

ABŞ-İran savaşı nefti silkələdi – Qiymətlərdə yeni dəyişiklik

Şuşanın qayalarını "xatirə dəftəri"nə çevirdilər – RƏSMİ AÇIQLAMA - FOTO

Şuşanın qayalarını "xatirə dəftəri"nə çevirdilər – RƏSMİ AÇIQLAMA - FOTO

Pekində robotlar üçün "uşaq bağçası" açıldı – VİDEO

Pekində robotlar üçün "uşaq bağçası" açıldı – VİDEO

Bu qurumda dövlət qulluqçusu statusu ləğv olunur

Bu qurumda dövlət qulluqçusu statusu ləğv olunur

Ceyhun Bayramov sülh gündəliyini ATƏT Parlament Assambleyasının Prezidenti ilə müzakirə etdi – FOTO

Ceyhun Bayramov sülh gündəliyini ATƏT Parlament Assambleyasının Prezidenti ilə müzakirə etdi – FOTO

Bakıda bu məktəblərdə tədris onlayn olacaq

Bakıda bu məktəblərdə tədris onlayn olacaq

Ermənistanın yeni Konstitusiyasının layihəsi ilin sonunadək dərc olunacaq

Ermənistanın yeni Konstitusiyasının layihəsi ilin sonunadək dərc olunacaq

1,4 milyon dollara tərk edilmiş qəsəbə aldı, 6 ildir orada tək yaşayır

1,4 milyon dollara tərk edilmiş qəsəbə aldı, 6 ildir orada tək yaşayır

Direktor məktəbin avadanlıqlarını söküb evinə aparıb? – FOTO

Direktor məktəbin avadanlıqlarını söküb evinə aparıb? – FOTO

Ermənistandan Azərbaycana ilk ixrac həyata keçirildi

Ermənistandan Azərbaycana ilk ixrac həyata keçirildi

Valideyn-dövlət-özəl əməkdaşlığı əsasında seçilən özəl bağçaların siyahısı AÇIQLANDI

Valideyn-dövlət-özəl əməkdaşlığı əsasında seçilən özəl bağçaların siyahısı AÇIQLANDI

Üç imperiyanı tək sözlə birləşdirən Azərbaycan rayonu – Buradakı nadir dağdan cəmi iki ölkədə var

Üç imperiyanı tək sözlə birləşdirən Azərbaycan rayonu – Buradakı nadir dağdan cəmi iki ölkədə var

Yaşı 50-dən yuxarı olanların NƏZƏRİNƏ

Yaşı 50-dən yuxarı olanların NƏZƏRİNƏ

Qobustanda ƏMƏLİYYAT: İran vətəndaşı ilə əlbir olan şəxslər tutuldu – FOTO/VİDEO

Qobustanda ƏMƏLİYYAT: İran vətəndaşı ilə əlbir olan şəxslər tutuldu – FOTO/VİDEO

ANAMA-ya 60-dan çox minaaxtaran it bağışlanılıb

ANAMA-ya 60-dan çox minaaxtaran it bağışlanılıb

Putin Rusiyada səfərbərlik barədə iddiaları təkzib etdi – VİDEO

Putin Rusiyada səfərbərlik barədə iddiaları təkzib etdi – VİDEO

Tanınmış bəstəkar və ailəsi faciəvi şəkildə öldürüldü

Tanınmış bəstəkar və ailəsi faciəvi şəkildə öldürüldü

Şimali Kiprdə saxlanılan Azərbaycan vətəndaşları ilə bağlı YENİ XƏBƏR

Şimali Kiprdə saxlanılan Azərbaycan vətəndaşları ilə bağlı YENİ XƏBƏR

Bu avtomobili 20 il əvvəl alanlar indi yüz minlərlə avro qazanıb – FOTOLAR

Bu avtomobili 20 il əvvəl alanlar indi yüz minlərlə avro qazanıb – FOTOLAR

End of content

No more pages to load

RADİO