Ermənistan parlamentinin spikeri Alen Simonyan deputat mandatından imtina etməsi barədə bəyanatına mühüm aydınlıq gətirib. O, siyasi gələcəyini yalnız hazırkı komanda ilə birgə gördüyünü xüsusi vurğulayıb.
Bizim.Media xəbər verir ki, mətbuata açıqlama verən A.Simonyan hakim partiyadan ayrılmaq niyyətinin olmadığını bildirib:
"Mən özümü siyasətdə yalnız “Vətəndaş Müqaviləsi” partiyası çərçivəsində görürəm. Nikol Paşinyansız hər hansı bir siyasi prosesə qoşulmaraqm. Mandatı götürməyəcəyəm və sıravi deputat kimi fəaliyyət göstərmək üçün Milli Assambleyaya gəlməyəcəyəm. İlk növbədə, mən bir az dincəlmək istəyirəm".
Xatırladaq ki, iyunun 7-də Ermənistanda keçirilən növbədənkənar parlament seçkilərindən sonra hakim partiyanın idarə heyəti spiker postuna Alen Simonyanın deyil, Ruben Rubinyanın namizədliyini təsdiqləyib.
Simonyan isə komandaya sadiq qalacağını və rəhbərliyin qərarlarına tabe olduğunu bəyan edərək parlament fəaliyyətinə fasilə vermək qərarına gəlib.
Bizim.Media