Qarpızın içində bu rəngi görsəniz, yeməyin

Yay mövsümünün gəlişi və havaların kəskin isinməsi süfrələrimizin bəzəyi olan qarpıza tələbatı artırıb. Təəssüf ki, hər il olduğu kimi bu il də xəstəxanalardan gələn zəhərlənmə xəbərləri ciddi narahatlıq doğurur.

Bəs hər kəsin sevdiyi bu giləmeyvə necə olur ki, orqanizm üçün zəhərə çevrilir? İnsanlar qarpızdan niyə zəhərlənir?

Bizim.Media xəbər verir ki, qarpız zəhərlənmələrinin arxasında bir neçə əsas amil dayanır.

Burada söhbət ilk növbədə kimyəvi maddələr və nitratlardan gedir. Ən böyük səbəb məhsulun vaxtından tez yetişdirilməsi və çəkisinin süni şəkildə artırılması üçün istifadə olunan aqrokimyəvi gübrələrdir. Həddindən artıq azotlu gübrə ilə bəslənən qarpızda nitratların miqdarı normanı dəfələrlə aşır.

Digər bir səbəb isə düzgün saxlanılmama və antisanitariya ila bağlıdır. Günəş şüalarının altında, asfaltın üzərində saatlarla qalan qarpızın daxilində qıcqırma və bakteriyaların çoxalma prosesi sürətlənir. Nəticədə magistral yolların kənarında satılan qarpızlar avtomobillərin buraxdığı ağır metalları və dəm qazını qabıq vasitəsilə özünə çəkir.
 

Mövzu ilə bağlı müxbirimizlə fikirlərini bölüşən tanınmış həkim Vaqif Cavidoğlu bildirib ki, zəhərlənmə hallarının artması həm istehsalçıların, həm də istehlakçıların bəzi qaydalara laqeyd yanaşmasından qaynaqlanır:


“Klinikalara müraciət edən xəstələrin böyük qismində qarpız intoksikasiyası (zəhərlənməsi) müşahidə olunur. Nitratla zəngin olan qarpız orqanizmə daxil olduqda qan dövranına və həzm sisteminə ciddi zərbə vurur. Xüsusilə uşaqlar, hamilə qadınlar və yaşlılar bu riskə qarşı daha həssasdırlar. Lakin digər bir problem insanların gigiyena qaydalarına əməl etməməsidir”.
 

Həkim Vaqif Cavidoğlu zəhərlənmədən qorunmaq üçün konkret nələrə diqqət etməli olduğumuzu açıqlayıb:


“Kəsilmiş və dilimlənmiş qarpız almayın. Küçədə, açıq havada kəsilən qarpızın üzərinə milçəklər qonur, toz düşür. Bu, infeksiya mənbəyidir. Həmçinin qarpız alarkən daxili damarlara baxmaq lazımdır. Əgər qarpızı kəsərkən içindəki liflər ağ deyil, tünd sarı rəngdədirsə, deməli, kimyəvi dərmandan çox istifadə olunub. Belə məhsulu yemək təhlükəlidir”.

Mütəxəssis vurğulayıb ki, qarpız kəsildikdən sonra mütləq soyuducuda saxlanılmalı və maksimum 24 saat ərzində istehlak edilməlidir.

Otaq temperaturunda qalan kəsilmiş qarpız çox tez xarab olur.

“Qarpız yedikdən bir neçə saat sonra ürəkbulanma, qusma, kəskin baş ağrısı, temperatur və halsızlıq kimi simptomlar yaranarsa, vaxt itirmədən təcili tibbi yardıma müraciət etmək lazımdır. Özbaşına qəbul edilən dərmanlar fəsadı daha da dərinləşdirə bilər”, - həkim belə deyib. (Metbuat.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Moskva vilayətində dronlar yaşayış binalarına dəydi - FOTO

Moskva vilayətində dronlar yaşayış binalarına dəydi - FOTO

Gömrükdə malların saxlanma müddəti ilə bağlı YENİLİK

Gömrükdə malların saxlanma müddəti ilə bağlı YENİLİK

İrəvanda erməni-türk biznes-forumu keçirilir

İrəvanda erməni-türk biznes-forumu keçirilir

Lavrov Lyayeni "Fürer Ursula" adlandırdı – VİDEO

Lavrov Lyayeni "Fürer Ursula" adlandırdı – VİDEO

Bakıda nəhəng ağacın budaqları maşının üzərinə düşdü - VİDEO

Bakıda nəhəng ağacın budaqları maşının üzərinə düşdü - VİDEO

ABŞ-İran savaşı nefti silkələdi – Qiymətlərdə yeni dəyişiklik

ABŞ-İran savaşı nefti silkələdi – Qiymətlərdə yeni dəyişiklik

Şuşanın qayalarını "xatirə dəftəri"nə çevirdilər – RƏSMİ AÇIQLAMA - FOTO

Şuşanın qayalarını "xatirə dəftəri"nə çevirdilər – RƏSMİ AÇIQLAMA - FOTO

Pekində robotlar üçün "uşaq bağçası" açıldı – VİDEO

Pekində robotlar üçün "uşaq bağçası" açıldı – VİDEO

Bu qurumda dövlət qulluqçusu statusu ləğv olunur

Bu qurumda dövlət qulluqçusu statusu ləğv olunur

Ceyhun Bayramov sülh gündəliyini ATƏT Parlament Assambleyasının Prezidenti ilə müzakirə etdi – FOTO

Ceyhun Bayramov sülh gündəliyini ATƏT Parlament Assambleyasının Prezidenti ilə müzakirə etdi – FOTO

Bakıda bu məktəblərdə tədris onlayn olacaq

Bakıda bu məktəblərdə tədris onlayn olacaq

Ermənistanın yeni Konstitusiyasının layihəsi ilin sonunadək dərc olunacaq

Ermənistanın yeni Konstitusiyasının layihəsi ilin sonunadək dərc olunacaq

1,4 milyon dollara tərk edilmiş qəsəbə aldı, 6 ildir orada tək yaşayır

1,4 milyon dollara tərk edilmiş qəsəbə aldı, 6 ildir orada tək yaşayır

Direktor məktəbin avadanlıqlarını söküb evinə aparıb? – FOTO

Direktor məktəbin avadanlıqlarını söküb evinə aparıb? – FOTO

Ermənistandan Azərbaycana ilk ixrac həyata keçirildi

Ermənistandan Azərbaycana ilk ixrac həyata keçirildi

Valideyn-dövlət-özəl əməkdaşlığı əsasında seçilən özəl bağçaların siyahısı AÇIQLANDI

Valideyn-dövlət-özəl əməkdaşlığı əsasında seçilən özəl bağçaların siyahısı AÇIQLANDI

Üç imperiyanı tək sözlə birləşdirən Azərbaycan rayonu – Buradakı nadir dağdan cəmi iki ölkədə var

Üç imperiyanı tək sözlə birləşdirən Azərbaycan rayonu – Buradakı nadir dağdan cəmi iki ölkədə var

Yaşı 50-dən yuxarı olanların NƏZƏRİNƏ

Yaşı 50-dən yuxarı olanların NƏZƏRİNƏ

Qobustanda ƏMƏLİYYAT: İran vətəndaşı ilə əlbir olan şəxslər tutuldu – FOTO/VİDEO

Qobustanda ƏMƏLİYYAT: İran vətəndaşı ilə əlbir olan şəxslər tutuldu – FOTO/VİDEO

ANAMA-ya 60-dan çox minaaxtaran it bağışlanılıb

ANAMA-ya 60-dan çox minaaxtaran it bağışlanılıb

Putin Rusiyada səfərbərlik barədə iddiaları təkzib etdi – VİDEO

Putin Rusiyada səfərbərlik barədə iddiaları təkzib etdi – VİDEO

Tanınmış bəstəkar və ailəsi faciəvi şəkildə öldürüldü

Tanınmış bəstəkar və ailəsi faciəvi şəkildə öldürüldü

Şimali Kiprdə saxlanılan Azərbaycan vətəndaşları ilə bağlı YENİ XƏBƏR

Şimali Kiprdə saxlanılan Azərbaycan vətəndaşları ilə bağlı YENİ XƏBƏR

Bu avtomobili 20 il əvvəl alanlar indi yüz minlərlə avro qazanıb – FOTOLAR

Bu avtomobili 20 il əvvəl alanlar indi yüz minlərlə avro qazanıb – FOTOLAR

End of content

No more pages to load

RADİO