Bu gün paytaxt zonasında hava əsasən yağıntısız keçəcək, bölgələrin ayrı-ayrı yerlərində isə yağıntı gözlənilir.
Bizim.Media xəbər verir ki, Bakıda və Abşeronda gecə 4-6° isti, gündüz 7-9° isti olacaq.
Dağlıq rayonlarda qar ehtimalı var. Gündüz əksər yerlərdə yağıntılar tədricən kəsiləcək.
Bölgələrdə gecə 3-7° isti, gündüz 8-13° isti, dağlarda 3-8° şaxta, gündüz 0-5° isti gözlənilir.
Bəzi yerlərdə arabir duman müşahidə ediləcək.
Bizim.Media