Xəbər verdiyimiz kimi Aktauda baş verən təyyarə qəzası nəticəsində xəsarət alan 29 nəfər, o cümlədən 3 uşaq xəstəxanaya yerləşdirilib. Onlardan 14-ü Azərbaycan, 9-u Rusiya, 3-ü isə Qırğızıstan vətəndaşıdır.
Bizim.Media xəbər verir ki, göyərtədə 37 Azərbaycan vətəndaşı olub – 23-ü ölüb, 14-ü sağ qalıb.
16 Rusiya vətəndaşı olub – 7-si ölüb, 9-u sağ qalıb. Eləcə də Qırğızıstan vətəndaşlarının hər üçü sağ qalıb.
Təyyarədə olan Qazaxıstan vətəndaşlarından 6 sərnişinin hamısı ölüb.
Həmçinin təyyarə ekipajı 5 nəfərdən ibarət olub: 2 nəfər həlak olub, 3 nəfər sağ qalıb.
Bizim.Media