Tətil günlərində gözlənilən hava proqnozu AÇIQLANDI

Dekabrın 31-dən yanvarın 2-dək ölkə ərazisində gözlənilən ilkin hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Bizim.Media-ya verilən məlumata görə, dekabrın 31-də Bakıda və Abşeron yarımadasının bəzi yerlərində arabir yağış yağacağı, şimal-qərb küləyinin əsəcəyi gözlənilir. Havanın temperaturu gecə 4-6°, gündüz 7-9° isti olacaq.

Yanvarın 1-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Şimal-şərq küləyi əsəcək, günün ikinci yarısında cənub-qərb küləyi ilə əvəzlənəcək. Havanın temperaturunun gecə 5-7°, gündüz 7-9° isti olacağı proqnozlaşdırılır.

Yanvarın 2-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 5-7°, gündüz 7-11° isti olacağı bildirilir.

Naxçıvan Muxtar Respublikasının ərazisində dekabrın 31-i axşamdan yanvarın 1-i gündüzədək hava şəraitinin arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı, yanvarın 2-də havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər arabir duman olacaq, mülayim qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 0-5° şaxta, gündüz 5-10° isti olacağı gözlənilir.

Qarabağ və Şərqi Zəngəzur bölgəsində hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər arabir duman olacağı, mülayim qərb küləyinin əsəcəyi gözlənilir. Lakin dekabrın 31-i axşamdan yanvarın 1-i gündüzədək hava şəraitinin arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı gözlənilir. Havanın temperaturunun gecə 0-4° isti, dağlıq ərazilərdə 5°-dək şaxta, gündüz 4-7°-dək isti olacağı ehtimal edilir.

Qazax-Gəncə bölgəsində hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər arabir duman olacağı, mülayim qərb küləyinin əsəcəyi gözlənilir.

Lakin yanvarın 1-i gecə və səhər bəzi yerlərdə arabir yağıntılı olacağı ehtimalı var. Havanın temperaturunun gecə 0-4°, gündüz 6-11° isti olacağı proqnozlaşdırılır.

Balakən-Şəki bölgəsində hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər arabir duman olacağı, mülayim qərb küləyinin əsəcəyi gözlənilir. Lakin yanvarın 1-i gecə və səhər bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq rayonlarda qar yağacağı bildirilir. Havanın temperaturu gecə 0-4°, gündüz 5-10° isti olacaq.

Quba-Xaçmaz bölgəsinin bəzi yerlərində hava şəraitinin arabir yağıntılı olacağı, dağlıq rayonlarda qar yağacağı, gecə və səhər arabir duman olacağı, mülayim qərb küləyinin əsəcəyi gözlənilir. Yanvarın 1-dən etibarən yağıntıların tədricən kəsiləcəyi ehtimalı var. Havanın temperaturunun 1° şaxtadan 3°-dək isti, gündüz 5-8° isti olacağı ehtimal edilir.
 

Dağlıq Şirvan bölgəsində hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər arabir duman olacağı, mülayim qərb küləyinin əsəcəyi gözlənilir. Lakin yanvarın 1-i gecə və səhər bəzi yerlərdə arabir yağıntılı olacağı ehtimalı var. Havanın temperaturunun gecə 2° şaxtadan 1°-dək isti, gündüz 5-9° isti olacağı gözlənilir.


Mərkəzi Aran bölgəsində hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər arabir duman olacağı, mülayim qərb küləyinin əsəcəyi ehtimal edilir.

Lakin dekabrın 31-i gecə və səhər bəzi şərq rayonlarında havanın arabir yağıntılı olacağı gözlənilir. Havanın temperaturunun gecə 1-6°, gündüz 6-11° isti olacağı proqnozlaşdırılır.

Lənkəran-Astara bölgəsində hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq rayonlarda qar yağacağı, gecə və səhər arabir duman olacağı, mülayim qərb küləyinin əsəcəyi gözlənilir. Yanvarın 1-dən etibarən yağıntıların tədricən kəsiləcəyi ehtimal olunur. Havanın temperaturunun gecə 2-6°, gündüz 7-11°, dağlarda gecə 1-3°, gündüz 3-6° isti olacağı ehtimalı var.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Verdiyi sözü tutmayan 5 BÜRC

Verdiyi sözü tutmayan 5 BÜRC

Həkimlərin sertifikasiyası ilə bağlı YENİLİK - RƏSMİ

Həkimlərin sertifikasiyası ilə bağlı YENİLİK - RƏSMİ

Qəbələdə tarixi sarayın qalıqları tapıldı – FOTO

Qəbələdə tarixi sarayın qalıqları tapıldı – FOTO

İranlı güləşçi yarımfinala gecikdi, məğlub elan edildi

İranlı güləşçi yarımfinala gecikdi, məğlub elan edildi

Kafedə dava: Yevlax sakini döyülərək xəstəxanalıq oldu

Kafedə dava: Yevlax sakini döyülərək xəstəxanalıq oldu

Nadir Qafarzadə xanımı və nəvələri ilə - FOTO

Nadir Qafarzadə xanımı və nəvələri ilə - FOTO

Ətin qiymətində dəyişiklik var? - VİDEO

Ətin qiymətində dəyişiklik var? - VİDEO

İran Ukraynadan təzminat tələb etdi – Vurulan gəmiyə görə...

İran Ukraynadan təzminat tələb etdi – Vurulan gəmiyə görə...

Sabah Bakıda işıqların kəsiləcəyi ÜNVANLAR

Sabah Bakıda işıqların kəsiləcəyi ÜNVANLAR

Hacan Hacısoy VƏFAT ETDİ

Hacan Hacısoy VƏFAT ETDİ

Husilər Səudiyyə Ərəbistanının neft tankerini ballistik raketlərlə VURDU

Husilər Səudiyyə Ərəbistanının neft tankerini ballistik raketlərlə VURDU

Ermənistanda 19 yaşlı əsgər tanınmaz hala salınana qədər DÖYÜLDÜ - FOTO

Ermənistanda 19 yaşlı əsgər tanınmaz hala salınana qədər DÖYÜLDÜ - FOTO

Norveçdə sulfat turşusu daşıyan tankerdə partlayış oldu

Norveçdə sulfat turşusu daşıyan tankerdə partlayış oldu

Tramp-Zelenski görüşünün təfərrüatları AÇIQLANDI

Tramp-Zelenski görüşünün təfərrüatları AÇIQLANDI

Ağdamın minalanmış ərazilərində yanğın davam edir - VİDEO

Ağdamın minalanmış ərazilərində yanğın davam edir - VİDEO

Avqustda 5 BÜRC üçün çətinliklər geridə qalacaq

Avqustda 5 BÜRC üçün çətinliklər geridə qalacaq

Xəzərdə vurulan mülki gəmiyə görə Ukrayna İranla dialoqa KEÇDİ

Xəzərdə vurulan mülki gəmiyə görə Ukrayna İranla dialoqa KEÇDİ

Xəzər dənizi İran, Rusiya və Ukrayna arasında yeni qarşıdurma zonasına çevrilib - CNN

Xəzər dənizi İran, Rusiya və Ukrayna arasında yeni qarşıdurma zonasına çevrilib - CNN

Sabahın ÇİMƏRLİK HAVASI

Sabahın ÇİMƏRLİK HAVASI

Ağdamda daha iki kənddə yanğın başladı – VİDEO

Ağdamda daha iki kənddə yanğın başladı – VİDEO

“Medianı siyasi qarşıdurma alətinə çevirmək İrana fayda gətirməyəcək”

“Medianı siyasi qarşıdurma alətinə çevirmək İrana fayda gətirməyəcək”

Məhkəməyə çıxan ən qəribə BOŞANMA SƏBƏBLƏRİ

Məhkəməyə çıxan ən qəribə BOŞANMA SƏBƏBLƏRİ

Azərbaycanda Çin təbabəti tədris olunacaq - Nazir AÇIQLADI

Azərbaycanda Çin təbabəti tədris olunacaq - Nazir AÇIQLADI

Şərurlu İsfəndiyarın şirkəti Sumqayıtda kütləvi ağac kəsimi QALMAQALINDA – VİDEO

Şərurlu İsfəndiyarın şirkəti Sumqayıtda kütləvi ağac kəsimi QALMAQALINDA – VİDEO

End of content

No more pages to load

RADİO