Xəbər verdiyimiz kimi, bir saat öncə Azərbaycan Hava Yolları (AZAL) aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhərinin 3 km yaxınlığında qəzaya uğrayıb.
Bizim.Media “Baza” teleqram kanalına istinadla xəbər verir ki, sözügedən təyyarənin göyərtəsində dörd uşaq və yeniyetmə var olub.
Onların siyahısını təqdim edirik:
Cəfərova S., Azərbaycan, 16 yaş;
Cəlilov N., Azərbaycan, 17 yaş;
Cumagat E., Qazaxıstan, 11 yaş;
Arsbayeva D., Rusiya, 11 yaş.
Qeyd edək ki, AZAL qəzaya düşən vətəndaşların siyahısını açıqlamayıb.
Xatırladaq ki, Azərbaycan Hava Yolları (AZAL) aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhərinin 3 km yaxınlığında qəzaya uğrayıb. İlkin məlumata görə, hadisəyə səbəb hava gəmisinin quş sürüsü ilə toqquşması olub. KİV-in məlumatına görə, qəzaya uğrayan təyyarənin göyərtəsində 62 sərnişin və 5 ekipaj üzvü olub.
Bizim.Media