Bakı hava limanında "Azərbaycan Hava Yolları"na məxsus təyyarənin qəzaya uğramasından sonra Yeni il yolkası sökülür.
Bizim.Media xəbər verir ki, bununla bağlı görüntülər teleqram kanallarında yayılıb.
Xatırladaq ki, Azərbaycan Hava Yolları (AZAL) aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhərinin 3 km yaxınlığında qəzaya uğrayıb. İlkin məlumata görə, hadisəyə səbəb hava gəmisinin quş sürüsü ilə toqquşması olub. KİV-in məlumatına görə, qəzaya uğrayan təyyarənin göyərtəsində 67 sərnişin və 5 ekipaj üzvü olub.
Bizim.Media