Ağcabədidə insanlığa sığmayan HADİSƏ – Ana azyaşlı qızının gözü önündə vəhşicəsinə DÖYÜLDÜ - VİDEO

Ağcəbədi rayonunda insanlığa sığmayan hadisə baş verib.

Bizim.Media xəbər verir ki, rayon sakini 34 yaşlı Günel Bayramovanı keçmiş əri Xalid Bayramov 5 yaşlı övladının gözü qarşısında vəhşicəsinə döyüb.

O, qadını öldürmək məqsədilə başını dəfələrlə divara çırpıb.

Aldığı ağır zərbələrdən qadının üz-gözü al qan olub.

Bundan ürəyi soyumayan Xalid Bayramov daha sonra keçmiş qaynanasını da döyüb.

Ən dəhşətlisi isə budur ki, bu vəhşiliklərin hamısı azyaşlı uşağın gözü qarşısında baş verib.

Zərəçəkən Günel Bayramova başına gələnləri belə izah edib: “Xalidlə ötən il sentyabrın 25-də boşanmışam. Məhkəmə uşağı mənə verdi. O da qətnamədən razı qalmadı. Üç dəfə məhkəmə oldu, hamısında da uşağı mənə verdilər. Məhkəmənin uşağı mənə verdiyi ilə barışmayaraq dəfələrlə mənə hədə-qorxu gəldi. “Səni öldürəcəm” deyə zənglər edirdi. Hamımız qorxu keçirirdik ki, bu adam məni öldürəcək”.
 

Günel Bayramova deyir ki, onlarrın hər ikisinin ikinci evliliyidir: “İkimizin də birinci ailəmizdən bir övladımız var. Onun anası mənə elçi gələndə dedim ki, o mənim uşağıma atalıq eləyər, mən də onun balasına analıq edərəm. Amma o, bizim övladımız dünyaya gələndə mənə dedi birinci evliliyindən olan uşağımı aparıb atamgilə qoyum. Mən də razılaşmadım, “ölərəm, amma uşaqlarımın heç birindən keçmərəm” dedim. Dedi, “qızını atmırsansa, oğlunu sənə verməyəcəm”. Ona görə başımı divara vurdu. Sonra anamı vuranda mən haray salıb qonşuları çağırdım. Onda da mənə təpik vurdu, burnumu qırdı. Gözümü itirdim, zəiflədi, travma aldım.


Üzüm, gözüm şiş, bədənim göm-göydür. Məni öldürmək istəyirdi, güclə qurtuldum”, deyə qadın əlavə edib.

Qeyd edək ki, hadisəni törədən Xalid Bayramov rayon polis əməkdaşları tərəfindən saxlanılıb.





Rəna Cumaqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

I-IV qruplarda 200 balı keçə bilməyənlərin SAYI

I-IV qruplarda 200 balı keçə bilməyənlərin SAYI

Bu BÜRCLƏR birlikdə olmaq üçündür

Bu BÜRCLƏR birlikdə olmaq üçündür

Verdiyi sözü tutmayan 5 BÜRC

Verdiyi sözü tutmayan 5 BÜRC

Həkimlərin sertifikasiyası ilə bağlı YENİLİK - RƏSMİ

Həkimlərin sertifikasiyası ilə bağlı YENİLİK - RƏSMİ

Qəbələdə tarixi sarayın qalıqları tapıldı – FOTO

Qəbələdə tarixi sarayın qalıqları tapıldı – FOTO

İranlı güləşçi yarımfinala gecikdi, məğlub elan edildi

İranlı güləşçi yarımfinala gecikdi, məğlub elan edildi

Kafedə dava: Yevlax sakini döyülərək xəstəxanalıq oldu

Kafedə dava: Yevlax sakini döyülərək xəstəxanalıq oldu

Nadir Qafarzadə xanımı və nəvələri ilə - FOTO

Nadir Qafarzadə xanımı və nəvələri ilə - FOTO

Ətin qiymətində dəyişiklik var? - VİDEO

Ətin qiymətində dəyişiklik var? - VİDEO

İran Ukraynadan təzminat tələb etdi – Vurulan gəmiyə görə...

İran Ukraynadan təzminat tələb etdi – Vurulan gəmiyə görə...

Sabah Bakıda işıqların kəsiləcəyi ÜNVANLAR

Sabah Bakıda işıqların kəsiləcəyi ÜNVANLAR

Hacan Hacısoy VƏFAT ETDİ

Hacan Hacısoy VƏFAT ETDİ

Husilər Səudiyyə Ərəbistanının neft tankerini ballistik raketlərlə VURDU

Husilər Səudiyyə Ərəbistanının neft tankerini ballistik raketlərlə VURDU

Ermənistanda 19 yaşlı əsgər tanınmaz hala salınana qədər DÖYÜLDÜ - FOTO

Ermənistanda 19 yaşlı əsgər tanınmaz hala salınana qədər DÖYÜLDÜ - FOTO

Norveçdə sulfat turşusu daşıyan tankerdə partlayış oldu

Norveçdə sulfat turşusu daşıyan tankerdə partlayış oldu

Tramp-Zelenski görüşünün təfərrüatları AÇIQLANDI

Tramp-Zelenski görüşünün təfərrüatları AÇIQLANDI

Ağdamın minalanmış ərazilərində yanğın davam edir - VİDEO

Ağdamın minalanmış ərazilərində yanğın davam edir - VİDEO

Avqustda 5 BÜRC üçün çətinliklər geridə qalacaq

Avqustda 5 BÜRC üçün çətinliklər geridə qalacaq

Xəzərdə vurulan mülki gəmiyə görə Ukrayna İranla dialoqa KEÇDİ

Xəzərdə vurulan mülki gəmiyə görə Ukrayna İranla dialoqa KEÇDİ

Xəzər dənizi İran, Rusiya və Ukrayna arasında yeni qarşıdurma zonasına çevrilib - CNN

Xəzər dənizi İran, Rusiya və Ukrayna arasında yeni qarşıdurma zonasına çevrilib - CNN

Sabahın ÇİMƏRLİK HAVASI

Sabahın ÇİMƏRLİK HAVASI

Ağdamda daha iki kənddə yanğın başladı – VİDEO

Ağdamda daha iki kənddə yanğın başladı – VİDEO

“Medianı siyasi qarşıdurma alətinə çevirmək İrana fayda gətirməyəcək”

“Medianı siyasi qarşıdurma alətinə çevirmək İrana fayda gətirməyəcək”

Məhkəməyə çıxan ən qəribə BOŞANMA SƏBƏBLƏRİ

Məhkəməyə çıxan ən qəribə BOŞANMA SƏBƏBLƏRİ

End of content

No more pages to load

RADİO