BİZİM TƏQVİM:25 dekabrda baş vermiş tarixi hadisələr

1919-cu ilin sonunda beynəlxalq şəraitin yeni yaranmış respublikaların xeyrinə dəyişdiyini nəzərə alan Versaldakı Azərbaycan nümayəndələri cümhuriyyətin Millətlər Cəmiyyətinə qəbul edilməsi barədə memorandum hazırlayaraq cəmiyyətin katibliyinə təqdim etdilər. Dekabrın 25-ində Beynəlxalq Millətlər Cəmiyyətinin Katibliyində Azərbaycanın müraciətini öyrənmək üçün xüsusi komissiya yaradıldı.Bəs, dekabrın 25-də dünyada daha nələr olub:

1. 1932-ci ilin 25 dekabrında Çinin Qansu bölgəsində 7,6 bal gücündə zəlzələ baş verdi ki, bu faciə təxminən 70 min adamın ölümünə səbəb oldu.  

2. 25 dekabr 1976-cı ildə Misir hava yollarına aid sərnişin təyyarəsi Taylandın paytaxtı Banqkoka enərkən bir sənaye kompleksinin üzərinə düşdü. Qəzada 71-i təyyarə sərnişini olmaqla, ümumilikdə 90 nəfər həyatını itirdi.

3. 25 dekabr 1979-cu ildə Sovet İttifaqı hərbi kontingentinin Əfqanıstana yeridilməsinə başlanılıb. 1978-ci ildə qurulmuş Əfqanıstan Demokratik Respublikası (ƏDR) ilə SSRİ arasında əməkdaşlıq haqqında müqavilə vardı. Lakin 1979-cu ilin sentyabrından Əfqanıstan Xalq Demokratik Partiyasının baş katibi və İnqilabi Şuranın sədri olan Hafizulla Əminin fəaliyyəti SSRİ-ni qane etmirdi. 

ƏDR rəhbərliyində Əminə müxalif qüvvələrin müraciəti və sözügedən müqavilə əsas götürülərək Əfqanıstana ordu yeridildi. Dekabrın 27-də “Alfa” qrupu Kabildəki Prezident sarayını ələ keçirdi, Hafizulla Əmin qətlə yetirildi. “KQB”nin adamı Bəbrək Karmal ölkənin rəhbəri elan edildi.

4. 1989-cu il 25 dekabr tarixində Rumıniyada xalq üsyanı ilə iqtidardan salınan ölkə prezidenti Nikolay Çavuşeski və həyat yoldaşı Yelena Çavuşeski güllələnərək edam edildi.
 

5. 25 dekabr 1991-ci ildə SSRİ-nin Prezidenti Mixail Qorbaçov vəzifəsindən istefa verib. Moskva vaxtı ilə saat 19.00-da Mərkəzi Televiziyanın birbaşa efirində çıxış edən Qorbaçov Müstəqil Dövlətlər Birliyinin elan edilməsindən sonra bu vəzifədə qalmasının qeyri-mümkün olduğunu deyib. Saat 19:38-də Kreml üzərində SSRİ-nin bayrağı endirildi və Rusiyanın üçrəngli bayrağı qaldırıldı. Eyni gündə Rusiya Sovet Federativ Sosialist Respublikası (RSFSR) Ali Sovetinin qərarı ilə dövlətin adı Rusiya Federasiyası elan edilib. Həmin gün axşam Vaşinqtonda ABŞ Prezidenti Corc Buş SSRİ-nin müttəfiq respublikalarının, o cümlədən Azərbaycanın müstəqilliyinin tanınması barədə bəyanat verib.


6. 25 dekabr 1991-ci ildə Azərbaycan Parlamenti – Ali Sovetin Milli Şurası 31 dekabrın “Dünya azərbaycanlılarının həmrəyliyi günü” elan olunması barədə qərar qəbul edib.

7. 25 dekabr 1991-ci ildə İran və İsrail Azərbaycanın müstəqilliyini tanıyıb. İranla diplomatik münasibətlər 1992-ci il martın 12-də, İsraillə diplomatik münasibətlər isə 1992-ci il aprelin 7-də quruldu.

8. 1992-ci ilin 25 dekabrında Azərbaycan Respublikasının ali məktəblərinə qəbulun test imtahanları vasitəsilə aparılması haqqında qərar qəbul edilib.

9. 25 dekabr 2016-cı ildə Suriyadakı Rusiya hərbi bazasına getmək üçün Soçidən uçan hərbi təyyarə Qaradənizə düşdü. Hadisədə 92 adam həyatını itirdi.

25 dekabrda həm də bu tarixi şəxsiyyətlər xatırlanır:

1. Bütün Hindistan Müsəlman Birliyi və Pakistan müstəqillik mübarizəsinin öndəridir, eyni zamanda Pakistanın qurucusu və ilk dövlət başçısı Məhəmməd Əli Cinnah 1876-cı ilin bu günü Karaçidə dünyaya gəlib. (1876 - 1948)

2. 25 dekabr məşhur Amerika aktyoru və rejissoru Çarli Çaplinin xatirə  günüdür (1889-1977)

3. Türkiyə cümhuriyyətinin ikinci başçısı, Mustafa Kamal Atatürkün ən yaxın silahdaşı və dostu, Atatürkdən sonra 35 il boyu Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri olmuş İsmət İnönü 1973-cü ilin 25 dekabrında Ankarada 89 yaşında dünyasını dəyişib. (1884 - 1973)

4. 25 dekabr 1896-cı ildə Əməkdar incəsənət xadimi, kino istehsalı təşkilatçısı Teymur Hüseynov (1896-1973) anadan olub. “Azərbaycanfilm” Kinostudiyasında 30-dan çox bədii və sənədli filmin direktoru olub.

5. 25 dekabr 1906-cı ildəƏməkdar incəsənət xadimi, görkəmli kinorejissor, operator Əlisəttar Atakişiyev (1906 – 7.11.1990) anadan olub. “Bir qalanın sirri”, “Bizim küçə”, “Sehrli xalat”, “İstintaq davam edir” filmlərinə quruluş verib, “O olmasın, bu olsun”, “Uzaq sahillərdə” filmlərinin operatoru olub.

6. 25 dekabr 1906-cı ildə Filologiya elmləri doktoru, professor Əli Sultanlı (1906-1960)doğulub. Antik ədəbiyyat, Azərbaycan dramaturgiyasının tarixinə dair kitabların müəllifidir.

7. 25 dekabr 1908-ci ildə Xalq artisti, teatr rejissoru, aktyor İbrahim (Miribrahim) Həmzəyev (1908-1982) anadab olub. 1937-ci ildən Naxçıvan Dövlət Musiqili Dram Teatrında çalışıb, teatrın direktoru, baş rejissoru olub.

8. 25 dekabr 1909-cu ildə Xalq artisti, teatr rejissoru Ələsgər Şərifov (1909 – 8.9.1982) doğulub.

Akademik Milli Dram Teatrında çalışıb, “Səbuhi” filmində M.Ş.Vazeh rolunda çəkilib.

9. 25 dekabr 1910-cu ildə tarixçi, Azərbaycan EA-nın müxbir üzvü Zülfəli İbrahimov (1910-1972) anadan olub. Tarix İnstitutunun direktoru (1960-1967) işləyib.

10. 25 dekabr 1923-cü ildə Əməkdar incəsənət xadimi, rejissor Hüseyn Sultanov (1923 – 31.3.1993)  anadan olub. Gəncə Dram, Gənc Tamaşaçılar teatrlarında çalışıb.

11. 25 dekabr 1931-cu ildə Azərbaycanda kitabxanaşünaslıq elminin banisi, tarix elmləri doktoru, professor, Əməkdar mədəniyyət işçisi, Əməkdar elm xadimi Abuzər Xələfov (1931 – 27.4.2020) dünyaya gəlib. 50 ildən çox BDU-nun Kitabxanaşünaslıq kafedrasının müdiri işləyib.

12. 25 dekabr 1932-ci ildə Əməkdar rəssam Kamal Səmədzadə (1932-2019) anadan olub. Batik sənət növündə əsərlər yaradıb. Azərbaycan Dövlət İncəsənət İnstitutunda, Dövlət Rəssamlıq Akademiyasında müəllim işləyib.

13. 25 dekabr 1934 -cü ildə ədəbiyyatşünas alim, şair-publisist, professor Famil Mehdi (Famil Ağalar oğlu Mehdiyev; 1934 – 18.9.2003) Ağdam rayonunun Sarıhacılı kəndində doğulub.

14. 25 dekabr 1935-ci ildə Xalq yazıçısı Yusif Səmədoğlu (Vəkilov; 1935 – 17.8.1998) anadan olub. “220 saylı otaq”, “Qalaktika” hekayələr toplusu, “Qətl günü” romanının müəllifidir. “Yeddi oğul istərəm”, “Qətl günü” filmlərinin ssenarisini yazıb. Milli Məclisin deputatı (1995-1998) olub.

15. 25 dekabr 1941-ci ildə Xalq artisti Zemfira Əliyeva (1941 – 16.11.1995) doğulub. Gəncə və Naxçıvan teatrlarında, Milli Dram Teatrında çalışıb, filmlərdə çəkilib.

16. 25 dekabr 1954-cü ildə Əməkdar incəsənət xadimi, şair Ağalar Mirzə (1954 – 5.3.2008) anadan olub. Azərbaycan Televiziyasında şifahi xalq yaradıcılığına aid verilişlərin müəllifi olub.


17. 25 dekabr 2016-cı ildə Xalq artisti, tanınmış xanəndə Ağaxan Abdullayev (6.2.1950 – 2016) vəfat edib.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Tikinti şirkətləri sakinləri gecə yuxusuna həsrət qoyub - VİDEO

Tikinti şirkətləri sakinləri gecə yuxusuna həsrət qoyub - VİDEO

İtaliyada xaos: Tovuzquşular şəhəri "işğal edib"

İtaliyada xaos: Tovuzquşular şəhəri "işğal edib"

Tualet kağızına görə boşanmaq istəyən cütlük - TƏFƏRRÜAT

Tualet kağızına görə boşanmaq istəyən cütlük - TƏFƏRRÜAT

Daşkəsənə yazda QAR YAĞDI - VİDEO

Daşkəsənə yazda QAR YAĞDI - VİDEO

Pulu ən yaxşı idarə edən 4 bürc: Maliyyə ustaları

Pulu ən yaxşı idarə edən 4 bürc: Maliyyə ustaları

Bakıda binanın liftlərinin detalları oğurlandı: Həmin hissələrin satışı ölkədə yoxdur - VİDEO

Bakıda binanın liftlərinin detalları oğurlandı: Həmin hissələrin satışı ölkədə yoxdur - VİDEO

İsrail əsgəri Livanda Məryəm ananın heykəlini təhqir etdi - FOTO

İsrail əsgəri Livanda Məryəm ananın heykəlini təhqir etdi - FOTO

Kuryerlərin haqqının azaldılması narazılığa səbəb olub - VİDEO

Kuryerlərin haqqının azaldılması narazılığa səbəb olub - VİDEO

Tramp ABŞ-İran memorandumunun imzalanması üçün VAXT təyin etdi

Tramp ABŞ-İran memorandumunun imzalanması üçün VAXT təyin etdi

Corcinanın 153 minlik çantası gündəm oldu - FOTO

Corcinanın 153 minlik çantası gündəm oldu - FOTO

“Yaxşı insanların ölümü də faydalı olur” - Asif həkimin qardaşı/VİDEO

“Yaxşı insanların ölümü də faydalı olur” - Asif həkimin qardaşı/VİDEO

Erməni tərcüməçi dünyasını dəyişdi: Türkiyə ilə danışıqlarda iştirak edirmiş...

Erməni tərcüməçi dünyasını dəyişdi: Türkiyə ilə danışıqlarda iştirak edirmiş...

Aygün Kazımova günlər sonra ilk dəfə SƏHNƏYƏ ÇIXDI - VİDEO

Aygün Kazımova günlər sonra ilk dəfə SƏHNƏYƏ ÇIXDI - VİDEO

Netanyahu ordunu hazırlıq vəziyyətinə gətirmək barədə ƏMR VERİB

Netanyahu ordunu hazırlıq vəziyyətinə gətirmək barədə ƏMR VERİB

Zaxarova xarici ölkələrə çağırış etdi: Diplomatlarınızı Kiyevdən çıxarın - VİDEO

Zaxarova xarici ölkələrə çağırış etdi: Diplomatlarınızı Kiyevdən çıxarın - VİDEO

Bu il ali təhsil müəssisələrinə neçə plan yeri ayrılacaq? - RƏSMİ/VİDEO

Bu il ali təhsil müəssisələrinə neçə plan yeri ayrılacaq? - RƏSMİ/VİDEO

Alça yedikdən sonra mütləq bunları edin - XƏBƏRDARLIQ

Alça yedikdən sonra mütləq bunları edin - XƏBƏRDARLIQ

Hörmüz boğazında qalan gəmilərin sayı AÇIQLANIB

Hörmüz boğazında qalan gəmilərin sayı AÇIQLANIB

Qəbiristanlıq yaxınlığında tapılan azyaşlının anası erkən evliliyin qurbanı olub: Dəhşətli faktlar - VİDEO

Qəbiristanlıq yaxınlığında tapılan azyaşlının anası erkən evliliyin qurbanı olub: Dəhşətli faktlar - VİDEO

Bosfor boğazında MANEƏ: gəmilərin hərəkəti dayandırıldı

Bosfor boğazında MANEƏ: gəmilərin hərəkəti dayandırıldı

Sabahdan dəfnə yarpağı yandırın: həyatınız dəyişəcək

Sabahdan dəfnə yarpağı yandırın: həyatınız dəyişəcək

“Arsenal” Arteta ilə danışıqlara başladı

“Arsenal” Arteta ilə danışıqlara başladı

Rəsmi Bakıdan Parisə CAVAB: İddiaları qətiyyətlə rədd edirik

Rəsmi Bakıdan Parisə CAVAB: İddiaları qətiyyətlə rədd edirik

Netanyahu: Trampla hər gün danışıram...

Netanyahu: Trampla hər gün danışıram...

End of content

No more pages to load

RADİO