Nizami rayonu, Qara Qarayev prospektini çirkab suları basıb.
Bizim.Media "musavat.com"a istinadən xəbər verir ki, burada yaşayan sakinlər dekabrın 24-ü arzuolunmaz mənzərə ilə üzləşiblər.
Sovet dövründə tikilmiş kooperativ evlərdən birinin yanındakı kanalizasiya quyusunun daşması nəticəsində çirkab sular böyük bir ərazini üfunətə qərq edib.
Sakinlərin sözlərinə görə, bu vəziyyət iki gündür davam edir. Ərazidəki obyekt sahibləri də vaxtaşırı üzləşdikləri bu problemin nəhayət həll olunmasını istəyirlər.
Həmin görüntüləri təqdim edirik:
Bizim.Media