Rusiyaya getmək istəyən azərbaycanlıların NƏZƏRİNƏ: Yanvarın 1-dən...

1 yanvar 2025-ci ildən Rusiya Federasiyasında miqrasiya sahəsində yeni qaydalar qüvvəyə minəcək. 

Bizim.Media xəbər verir ki, bu barədə Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov sosial şəbəkə hesabında məlumat verib. 

Belə ki, bu tarixdən etibarən Azərbaycan vətəndaşlarının Rusiya Federasiyası ərazisində müvəqqəti olma müddəti bir təqvim ili ərzində cəmi 90 gün olacaq. 

“Qeyd edilən müddət Rusiya Federasiyası qanunvericiliyində nəzərdə tutulmuş əsaslar mövcud olduqda (əmək fəaliyyəti üçün patent aldıqda, müvəqqəti yaşamaq üçün müraciəti qəbul olunduqda və s.) uzadıla bilər. 

Azərbaycan vətəndaşı Rusiya Federasiyasının dövlət sərhədini keçdiyi tarixdən 7 iş günü ərzində olduğu yer üzrə qeydiyyata alınmalıdır. Olduğu yer üzrə qeydiyyatla (miqrasiya uçotu) bağlı müraciət Azərbaycan vətəndaşını qəbul edən tərəf (şəxsə faktiki yaşayış yeri vermiş Rusiya Federasiyası vətəndaşı, adıçəkilən ölkədə daimi yaşayan əcnəbi, hüquqi şəxs, hüquqi şəxsin filialı və ya nümayəndəliyi və s.) və ya Azərbaycan vətəndaşının özü tərəfindən edilə bilər. 
 

Olduğu yer üzrə qeydiyyatla (miqrasiya uçotu) bağlı müraciət qəbul edən tərəfindən ediləcəyi təqdirdə Azərbaycan vətəndaşı ona müvafiq sənədləri (miqrasiya kartını və şəxsiyyətini təsdiq edən sənədi) təqdim etməlidir. Qəbul edən tərəf olduğu yer üzrə qeydiyyat ilə bağlı öhdəlikləri yerinə yetirdikdən sonra Azərbaycan vətəndaşına miqrasiya uçotunun təsdiqinə dair bildirişin əcnəbidə qalan hissəsini verir. 


Azərbaycan vətəndaşı özü də müstəqil şəkildə olduğu yer üzrə qeydiyyatla (miqrasiya uçotu) bağlı Rusiya Federasiyasının Daxili İşlər Nazirliyinin miqrasiya məsələləri ilə bağlı bölmələrinə müraciət etmək hüququna malikdir. Həmçinin, belə müraciət dövlət və bələdiyyə xidmətlərinin göstərilməsi üzrə çoxfunksiyalı mərkəz vasitəsi ilə də edilə bilər”, - Xidmət rəisi qeyd edib. 

Azərbaycan vətəndaşı aşağıda göstərilən hallarda isə olduğu yer üzrə qeydiyyatla (miqrasiya uçotu) bağlı vahid portal üzərindən (vahid dövlət və bələdiyyə xidmətləri portalı) elektron qaydada müraciət edə bilər: 

- Azərbaycan vətəndaşının faktiki yaşadığı yaşayış sahəsinə mülkiyyət hüququ olduqda; 

- Azərbaycan vətəndaşı qəbul edən tərəf ilə yaşayış sahəsi üzrə icarə müqaviləsi bağladıqda; 

- qəbul edən tərəfin Azərbaycan vətəndaşının ölkəyə gəlişinə dair bildirişi təqdim etməsinə mane olan hallar (rəsmi sənədlə təsdiq edilmiş üzrlü səbəb göstərilməlidir) mövcud olduqda. 

V.Hüseynovun sözlərinə görə, Azərbaycan vətəndaşları əmək fəaliyyəti ilə məşğul olmaq məqsədilə Rusiya Federasiyasına səfər edərkən əmək patentinin rəsmiləşdirilməsi üçün ərizə ilə müraciət zamanı (ölkəyə giriş tarixdən 30 təqvim günü ərzində) fotoşəkil çəkdirməli, icbari dövlət daktiloskopik qeydiyyatından və tibbi müayinədən keçməlidirlər: 

“Digər məqsədlərlə Rusiya Federasiyasına səfər edən və uzun müddət (90 gündən çox) ölkə ərazisində qalmağı planlaşdıran Azərbaycan vətəndaşları da ölkəyə giriş tarixindən etibarən 90 təqvim günü ərzində qeyd olunan prosedurlardan (fotoşəkilin çəkilməsi, icbari dövlət daktiloskopik qeydiyyatı və tibbi müayinə) keçməlidirlər.

Bu prosedurlardan keçmə yaşama icazəsi üçün sənəd təqdim edilməsi zamanı zəruridir. Azərbaycan vətəndaşları daktiloskopik qeydiyyat və fotoşəkil çəkilməsi üçün Rusiya Daxili İşlər Nazirliyinin miqrasiya məsələləri üzrə regional orqanlarına və ya onun tabeliyində olan müəssisələrinə, həmçinin Moskva şəhəri ərazisində yerləşən səlahiyyətli təşkilata müraciət etməli və müvafiq sənəd əldə etməlidirlər. 

Əmək fəaliyyətinin həyata keçirilməsi ilə bağlı hallar istisna olmaqla, qalan digər məqsədlərlə Rusiya Federasiyasına səfər edən Azərbaycan vətəndaşları Rusiya Federasiyası ərazisini tərk etmədən əmək fəaliyyəti ilə məşğul olmaq üçün miqrasiya kartında göstərdikləri ölkəyə gəliş məqsədlərini dəyişdirmək hüququna malikdirlər. 

Təhsil məqsədi ilə Rusiya Federasiyasına səfər edən Azərbaycan vətəndaşının ölkədə müvəqqəti olma müddəti müvafiq ərizə və Rusiya Federasiyası ərazisində təhsil aldığını təsdiq edən sənədlər əsasındauzadılır. 

Rusiya Federasiyasında olma və yaşama qaydalarına riayət etməyən Azərbaycan vətəndaşları barədə məsuliyyət tədbirləri (cərimə, olma müddətinin qısaldılması) və kənara çıxarılma tədbirləri tətbiq edilə bilər. 
 

Əlavə olaraq nəzərə alınmalıdır ki, Rusiya Federasiyasının mövcud qanunvericiliyinin tələblərinə əsasən Rusiya Federasiyasına daxil olan zaman əcnəbilərdən, o cümlədən Azərbaycan vətəndaşlarından miqrasiya kartının doldurulması tələb olunur.


Miqrasiya kartını Rusiya Federasiyasının dövlət sərhədinin buraxılış məntəqələrində, beynəlxalq hava limanlarında, habelə Rusiyaya uçan təyyarələrin göyərtəsində pulsuz əldə etmək mümkündür.

Miqrasiya kartı rus dilində və ya pasportda (şəxsiyyəti təsdiq edən digər sənəddə) qeyd edilən məlumatlara uyğun olaraq latın əlifbasının hərfləri ilə doldurulmalıdır”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Rusiyanın 3 aeroportu bağlandı

Rusiyanın 3 aeroportu bağlandı

Türkiyədə meşə yanğınları: Yüzlərlə sakin təxliyə edildi - VİDEO

Türkiyədə meşə yanğınları: Yüzlərlə sakin təxliyə edildi - VİDEO

Türkiyədə məktəblərdə namaz otaqları yaradılacaq - FOTO

Türkiyədə məktəblərdə namaz otaqları yaradılacaq - FOTO

Səudiyyə Ərəbistanı da ABŞ-a qoşuldu - İraqda İranın dəstəklədiyi qruplara zərbələr endirdi

Səudiyyə Ərəbistanı da ABŞ-a qoşuldu - İraqda İranın dəstəklədiyi qruplara zərbələr endirdi

Türkiyədə Etimesgut bələdiyyəsinə korrupsiya əməliyyatı: Bələdiyyə sədri də saxlanıldı

Türkiyədə Etimesgut bələdiyyəsinə korrupsiya əməliyyatı: Bələdiyyə sədri də saxlanıldı

Yenidən dünyaya gəlsəydiniz, qadın yoxsa kişi olmaq istəyərdiniz? - VİDEOSORĞU

Yenidən dünyaya gəlsəydiniz, qadın yoxsa kişi olmaq istəyərdiniz? - VİDEOSORĞU

Şəkidə kişini ilan sancdı - Vəziyyəti ağırdır

Şəkidə kişini ilan sancdı - Vəziyyəti ağırdır

Konfrans Liqası: "Zirə" Sumqayıtda, "Neftçi" Bolqarıstanda meydana çıxacaq

Konfrans Liqası: "Zirə" Sumqayıtda, "Neftçi" Bolqarıstanda meydana çıxacaq

Bakıda iki futbolçu qəzada FACİƏLİ ŞƏKİLDƏ ÖLDÜ - VİDEO

Bakıda iki futbolçu qəzada FACİƏLİ ŞƏKİLDƏ ÖLDÜ - VİDEO

Qızıl bahalaşdı

Qızıl bahalaşdı

Rusiya Ukraynanın bu ərazilərinə kütləvi zərbələr endirdi – VİDEO

Rusiya Ukraynanın bu ərazilərinə kütləvi zərbələr endirdi – VİDEO

Dünya çempionatı: Daha 5 idmançımız mübarizəyə qoşulur

Dünya çempionatı: Daha 5 idmançımız mübarizəyə qoşulur

Rusiyada xərçəng müalicəsində YENİ ÜSUL

Rusiyada xərçəng müalicəsində YENİ ÜSUL

Avro bahalaşdı, rubl ucuzlaşdı – YENİ MƏZƏNNƏ

Avro bahalaşdı, rubl ucuzlaşdı – YENİ MƏZƏNNƏ

Ukraynanın sabiq müdafiə naziri mediada yayılan iddialarını təkzib etdi – VİDEO

Ukraynanın sabiq müdafiə naziri mediada yayılan iddialarını təkzib etdi – VİDEO

Amerikalı jurnalist: "İranı dünya gücünə çevirdik" - VİDEO

Amerikalı jurnalist: "İranı dünya gücünə çevirdik" - VİDEO

Ukrayna PUA-ları Penza vilayətində Wildberries anbarına zərbə endirdi – VİDEO

Ukrayna PUA-ları Penza vilayətində Wildberries anbarına zərbə endirdi – VİDEO

Kuryer və taksi sürücüləri üçün istirahət məntəqələri varmı?

Kuryer və taksi sürücüləri üçün istirahət məntəqələri varmı?

Həmədanda məhbus edam edildi

Həmədanda məhbus edam edildi

Lvovda dağıntılar: 2 nəfər sağ çıxarıldı – FOTO-VİDEO

Lvovda dağıntılar: 2 nəfər sağ çıxarıldı – FOTO-VİDEO

Ailə dramı: Sevgi yazışmaları faciə ilə nəticələndi

Ailə dramı: Sevgi yazışmaları faciə ilə nəticələndi

Bakı sakinlərinin NƏZƏRİNƏ: Bu ərazilərdə işıq olmayacaq

Bakı sakinlərinin NƏZƏRİNƏ: Bu ərazilərdə işıq olmayacaq

Avropa Liqası: "Qarabağ" "ÇSKA Sofiya" ilə cavab oyununa çıxır

Avropa Liqası: "Qarabağ" "ÇSKA Sofiya" ilə cavab oyununa çıxır

Rusiya Kiyevi belə vurdu: Dağıntılar var – VİDEO

Rusiya Kiyevi belə vurdu: Dağıntılar var – VİDEO

End of content

No more pages to load

RADİO