Yaponiya Azərbaycan xalçaçılığına maraq göstərir

Mayın 14-də "Azərxalça" Açıq Səhmdar Cəmiyyətində Yaponiyanın "Xalça qalereyası" şirkətinin təsisçisi Katsumi Okuma və onu müşayiət edən heyətlə görüş olub.

Qonaqları səmimiyyətlə salamlayan "Azərxalça" Açıq Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri Vidadi Muradov Azərbaycan xalçaları, ölkəmizin xalçaçılıq ənənələri, qədim naxışlarımız barədə məlumat verib.

IMG_5768

Bildirilib ki, xalçaçılığın vətəni Azərbaycandır. Xalça xalqımızın milli dəyəridir. Min illərdir ki, bu regionda toxunan orijinal Azərbaycan xalçaları bütün dünyaya ixrac olunur. İlk vaxtlar xalça evdə sadəcə bir məişətxa0 əşyası kimi istifadə edilib. Azərbaycan türkünün əl əməyinin məhsulu olan xalça sonralar xalqımız tərəfindən təkmilləşdirilərək sənət səviyyəsinə yüksəldilib. Xalqımız gördüyünü, bildiyini, yaşadığı dövrün tarixini xalçalara köçürüb. Keçmişlə bu günümüz arasında körpü rolunu oynayan, min illərdir öz əhəmiyyətini itirməyən xalçaçılıq sənəti müxtəlif mədəniyyətlərin təsirinə baxmayaraq, xalqımızın həyatında öz dəyişməz yerini qoruyub saxlayıb. Azərbaycan xalçalarının naxışları xalqımızın mənəvi dünyasını, gözəllik duyumunu, fitri istedadını, dünyaya fəlsəfi baxışlarını özündə əks etdirir.

Vidadi Muradov son illər xalçaçılığın inkişafı istiqamətində görülən işlərdən danışaraq deyib ki, Prezident İlham Əliyev bu sahəyə xüsusi diqqət yetirir. 2016-2017-ci illərdə Azərbaycanın müxtəlif rayonlarında 10 xalçaçılıq emalatxanası tikilərək istifadəyə verilib. Hazırda daha 10 bölgədə xalça emalatxanasının, Sumqayıtda Yun-Əyrici Boyaq Fabrikinin, Naxçıvan şəhərində, Bərdə, Qobustan, Sabirabad və Şabran rayonlarında regional yun və boyaq bitkilərinin tədarükü məntəqələrinin yaradılması davam etdirilir.

IMG_5778

Səmimi qəbula görə minnətdarlıq edən Katsumi Okuma təsisçisi olduğu şirkətin fəaliyyəti, Azərbaycana səfərlərinin məqsədi barədə ətraflı məlumat verib. Qeyd olunub ki, bu şirkət 30 ildir, Şərq ölkələrindən Yaponiyaya xalça idxal edir. Əvvəllər yalnız xalça satışı ilə məşğul olan şirkət sonralar Şərq ölkələrindən alınan xalçaların daha yaxşı təqdimatı üçün araşdırmalar aparmağa, kitablar nəşr etdirməyə başlayıb. Hazırda Böyük İpək Yolu üzərində yerləşən tarixi xalçaçılıq mərkəzlərini araşdırır, yeni nəşrlər hazırlayırlar.

"Azərxalça"nın Quba filialı ilə tanış olduqlarını, Azərbaycan xalçalarına heyran qaldıqlarını deyən qonaq yeni nəşrlərdə Azərbaycan xalçaçılığına geniş yer ayıracaqlarını bildirib.

Yaponiyanın xalça satışı üçün böyük imkanlara malik olduğunu vurğalayan Katsumi Okuma deyib: "Biz Azərbaycan xalçalarının Yaponiyada satışının təşkil olunmasında maraqlıyıq. Şirkətimiz dünyanın müxtəlif ölkələrindən Yaponiyaya xalça idxal edir. Burada toxunan xalçalarla tanış olarkən gördük ki, orijinal Azərbaycan xalçalarının tayı-bərabəri yoxdur. Bu xalçalar həm naxış elementlərinə, həm rəng koloritinə, həm də orijinallığına görə seçilir. Azərbaycan xalçalarını Yaponiya bazarına çıxarsaq, onun daha çox alıcısı olacağına inanırıq".

Görüşdə "Azərxalça" ilə "Xalça qalereyası" şirkəti arasında əməkdaşlıq əlaqələrinin qurulması barədə razılığa gəlinib, Azərbaycan xalçalarının Yaponiya bazarına çıxarılması perspektivləri haqqında fikir mübadiləsi aparılıb.

Sonda qonaqlarla xatirə şəkili çəkdirilib, onlara hədiyyələr təqdim olunub.

IMG_5772

IMG_5794

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Yaşıl suda çimmək niyə təhlükəlidir? – Alimin İZAHI

Yaşıl suda çimmək niyə təhlükəlidir? – Alimin İZAHI

Dənizkənarı bulvara gətirilən faytonlarda qiymət neçəyədir? - VİDEO

Dənizkənarı bulvara gətirilən faytonlarda qiymət neçəyədir? - VİDEO

"Allah həmin gün canımı alsın" - VİDEO

"Allah həmin gün canımı alsın" - VİDEO

Azərbaycanlılar ən çox bu ölkəyə üz tutdu - STATİSTİKA

Azərbaycanlılar ən çox bu ölkəyə üz tutdu - STATİSTİKA

Əyləncəsiz yaşaya bilməyən BÜRCLƏR

Əyləncəsiz yaşaya bilməyən BÜRCLƏR

Sumqayıtda teplovoz yük maşını ilə toqquşdu - VİDEO

Sumqayıtda teplovoz yük maşını ilə toqquşdu - VİDEO

İşə qəbul qaydalarında mühüm dəyişiklik

İşə qəbul qaydalarında mühüm dəyişiklik

Pakistanla Əfqanıstan arasında gərginlik ALOVLANDI: Bölgədə döyüşlər gedir - VİDEO

Pakistanla Əfqanıstan arasında gərginlik ALOVLANDI: Bölgədə döyüşlər gedir - VİDEO

Paytaxtdakı bazarlar bağlanacaq? - VİDEO

Paytaxtdakı bazarlar bağlanacaq? - VİDEO

Pul və uğur bu 3 bürcün tərəfində olacaq

Pul və uğur bu 3 bürcün tərəfində olacaq

9 tondan çox uşaq qidası ixracatçı ölkələrə geri qaytarılıb - Qoşqar Təhməzli

9 tondan çox uşaq qidası ixracatçı ölkələrə geri qaytarılıb - Qoşqar Təhməzli

Suriya Prezidentindən SƏRT SÖZLƏR: "Ölkəmiz xarici sui-qəsdlərin meydanı deyil"

Suriya Prezidentindən SƏRT SÖZLƏR: "Ölkəmiz xarici sui-qəsdlərin meydanı deyil"

Leyla Əliyevadan pianoda “Söz olmasaydı” - Video

Leyla Əliyevadan pianoda “Söz olmasaydı” - Video

Haluk Leventin qardaşı həbs edildi

Haluk Leventin qardaşı həbs edildi

Bakıda qeyri-adi hadisə - VİDEO

Bakıda qeyri-adi hadisə - VİDEO

Ağ Ev İrana qarşı əməliyyatların dəyərini açıqladı

Ağ Ev İrana qarşı əməliyyatların dəyərini açıqladı

Ərdoğandan İsrailin “erməni soyqırımı”nı tanımaq qərarı ilə bağlı İLK AÇIQLAMA

Ərdoğandan İsrailin “erməni soyqırımı”nı tanımaq qərarı ilə bağlı İLK AÇIQLAMA

Venesuelada zəlzələ qurbanlarının sayı 1900 nəfəri keçdi

Venesuelada zəlzələ qurbanlarının sayı 1900 nəfəri keçdi

Sertifikasiya imtahanında bəzi suallar səhv olub – Müəllimlərdən İDDİA - VİDEO

Sertifikasiya imtahanında bəzi suallar səhv olub – Müəllimlərdən İDDİA - VİDEO

Zaqatalada güclü leysan və külək: İrigövdəli ağac yola aşdı - FOTO

Zaqatalada güclü leysan və külək: İrigövdəli ağac yola aşdı - FOTO

Noyer millidəki karyerasını başa vurdu

Noyer millidəki karyerasını başa vurdu

Netanyahu Katsla Livanın cənubuna GETDİ – Ordan İrana mesaj göndərdi

Netanyahu Katsla Livanın cənubuna GETDİ – Ordan İrana mesaj göndərdi

ABŞ və 6 ərəb ölkəsi “Hizbullah”a qarşı BİRLƏŞDİ

ABŞ və 6 ərəb ölkəsi “Hizbullah”a qarşı BİRLƏŞDİ

“Milan”dan 74 milyonluq transfer

“Milan”dan 74 milyonluq transfer

End of content

No more pages to load

RADİO