Şimal-qərb bölgəsinin QAZ HƏSRƏTİ - 100-dən çox kəndin mavi yanacaq problemi ilə bağlı RƏSMİ AÇIQLAMA – FOTO

Havaların soyuması ilə insanların qış qayğıları da başlayır, desək yanılmarıq. Xüsusən də, ucqar bölgələrin, əsasən də mavi yanacağı olmayan dağlıq və dağətəyi yaşayış məntəqələrinin sakinləri bu qayğı və çətinliyi daha çox hiss edir və yaşayır.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Şimal-Qərb bölgəsində payızın ilk günlərindən başlayaraq bəzən may ayı daxil davam edən soyuq və şaxtalı hava hökm sürürür. Bunun üçün də xeyli odun yanacağına ehtiyac yaranır.

Bu isə kənd camaatı üçün böyük maliyyə vəsaiti hesabına başa gəlir. 

Payız qədəmlərini qoyan gündən bu bölgə sakinlərinin bir gözü Böyük Qafqazın zirvələrində qalır. Hansı ki, ilk qar bu zirvələrə yağır. Bu isə əsasən dağlıq ərazilərdə yerləşən sakinlərə bir xəbərdarlıq və qışa hazırlıq mesajı deməkdir. 


Qar dağlardan aşağı endikcə soyuqlar da qapını döyür. Şəkinin qazlaşdırılmayan 22 kəndinin sakinləri isə yenə qayğı ilə yaşayır. Odun almaq isə o qədər də ucuz başa gəlmir. Məsələn, Göynüklər ərazisində bir neçə iri yaşayış məntəqəsi var ki, onların sakinləri uzun illərdir qazsız qalıb.

Kənd sakini Qüdrət Məmmədovun sözlərinə görə dayandığımız yerin altından qaz xətti keçir. Onların evinə isə buradan məsafə cəmi bir neçə metrdir: 

“Bizdə 7-8 ay qış davam edir. Durduğumuz yerdən magistral qaz xətti keçir amma kəndimizin qazı yoxdu. Evlərimiz də magistral qaz xəttindən 20-30 metr uzaqlıqdadır.


Qax rayon sakini Nadir Ziyadov isə bildirir ki, Qaxın 35 kəndi indiyə kimi qazlaşdırılmayıb. Həmin kəndlərin sakinləri 6-8 ay ərzində evlərini odunla qızdırır ki, bu da minlərlə kubmetr odun tələb edir. Bu isə təbiətin məhvi deməkdir. Digər tərəfdən qış öz sərt üzünü göstərən kimi odunla qızdırılan məktəb və baxçalarda bu problem daha çox özünü büruzə verir.    

Dağlıq ərazidə yerləşən və iki min nəfərə yaxın sakini olan Ləkit kəndinin yaz-yay ayları turizm baxımından nə qədər cəlbedici olsa da, qış ayları uzun və sərt keçir. İndi digər sakinlər kimi Rövşən Şirinovun da bir qayğısı var:

Odun əldə etmək və ev qızdırmaq...

“Bizim kənddə qış ağır keçir, hardasa 6 aydan da çox davam edir. Hər bir normal ailə üçün min manat ya min iki yüz manat, elə ailələr var daha çox xərc çəkir ki, o, da çətinlik olur. Elə evlər var ki, xəstə var, uşaqlar var. Bəzən camaatın imkanları olmur həyətdəki ağacları da kəsir. Elə bu həyətə fikir versək, artıq ağaclar da kəsilib qurtarıb. İmkanı olmayanlar, meşədən ağac gətirə bilməyənlər həyətdəki ağacları kəsirlər”.


Bölgə rayonlarında yaşayış məntəqələrinin qazlaşdırılması ilə bağlı apardığımız araşdırma nəticəsində məlum olur ki, Qəbələnin 27, Oğuzun 7, Şəkinin 22, Qaxın 35 yaşayış məntəqəsi qazlaşdırılmayıb. Zaqatala rayon icra hakimiyyətindən isə bildirilib ki, rayonda qazlaşma aşağı səviyyədədir. Belə ki, 62 yaşayış məntəqəsindən cəmi 32-si qazlaşdırılıb ki, bu da rayon üzrə 52 faizlik göstərici deməkdir. 

Yeri gəlmişkən bölgə üzrə tam qazlaşma illər əvvəl Balakən rayonunda həyata keçirilib və şimal-qərb qapımız olan bu rayon ölkədə hələlik tam qazlaşdırılan yeganə rayonlardan hesab olunur.

Mavi yanacaqdan uzaq qalan kəndlər nə zaman qazlaşdırılacaq?


Məsələ ilə bağlı “Azəriqaz” İB-nin nümayəndəsi Eldəniz Vəliyev bildirib ki,  Azəriqaz İstehsalat Birliyi olaraq şimal-qərb bölgəsində 197 min 88 abonentə (Bu rəqəm bu ilin oktyabrın 1-nə olan olan məlumatı əks etdirir-red) xidmət göstərirlər:

“İstehsal Birliyi olaraq Zaqatala şəhəri şimal- qərb massivi, Şəki şəhəri 120-121-ci kvartal (massiv), Ağdaş rayonu Qaradeyin kəndi, Oğuz rayonu Mollalı kəndində qazlaşma prosesi həyata keçirilir. Birliyin daxili imkanları hesabına daşıyıcı və paylayıcı qaz kəmərlərinin çəkilməsi işləri aparılır”.








Tural Rasimoğlu, Bizim.Media, Şimal-qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bakıda ikinci telefon qalmaqalı: Arvadın gizli əməli cinayətə səbəb oldu

Bakıda ikinci telefon qalmaqalı: Arvadın gizli əməli cinayətə səbəb oldu

İsmayıllıdakı qəzada yaralananların son vəziyyəti MƏLUM OLDU

İsmayıllıdakı qəzada yaralananların son vəziyyəti MƏLUM OLDU

Rauf Məmmədov vəzifəsindən AZAD EDİLDİ

Rauf Məmmədov vəzifəsindən AZAD EDİLDİ

ABŞ vətəndaşlarına çağırış etdi: “Yaxın Şərqi tərk edin!”

ABŞ vətəndaşlarına çağırış etdi: “Yaxın Şərqi tərk edin!”

SOCAR-ın texniki operatorluğundan 5 il ötür

SOCAR-ın texniki operatorluğundan 5 il ötür

Azərbaycan banklarının xalis xarici aktivləri KƏSKİN ARTIB

Azərbaycan banklarının xalis xarici aktivləri KƏSKİN ARTIB

Ən ağıllılar bu aylarda doğulur – SENSASİON ARAŞDIRMA

Ən ağıllılar bu aylarda doğulur – SENSASİON ARAŞDIRMA

İkinci əl "iPhone"nun ən sərfəli 6 modeli

İkinci əl "iPhone"nun ən sərfəli 6 modeli

Dünya çempionatı: Tunar Həsənov 1/4 finala yüksəlib

Dünya çempionatı: Tunar Həsənov 1/4 finala yüksəlib

Manatla geniş pul kütləsi ARTIB

Manatla geniş pul kütləsi ARTIB

Azərbaycan dilini necə qorumalıyıq? - Ulu Öndərin müəyyən etdiyi YOL

Azərbaycan dilini necə qorumalıyıq? - Ulu Öndərin müəyyən etdiyi YOL

Qaxda dəhşətli QƏZA: Ölən və xəsarət alanlar var – ADLAR

Qaxda dəhşətli QƏZA: Ölən və xəsarət alanlar var – ADLAR

Qırğızıstan mediası Prezident İlham Əliyevin səfərini işıqlandırmaqda davam edir - FOTO

Qırğızıstan mediası Prezident İlham Əliyevin səfərini işıqlandırmaqda davam edir - FOTO

ABŞ Ordusu İranın blokadasına dair açıqlama yaydı

ABŞ Ordusu İranın blokadasına dair açıqlama yaydı

İtkin düşən 7 nəfər TAPILDI

İtkin düşən 7 nəfər TAPILDI

Qərarları tez dəyişən 5 BÜRC

Qərarları tez dəyişən 5 BÜRC

Sabah çimərliklərdə hava necə olacaq?

Sabah çimərliklərdə hava necə olacaq?

Ukrayna Ufadakı iri neft emalı zavodunuVURDU

Ukrayna Ufadakı iri neft emalı zavodunuVURDU

Bu şəxslərin pensiyası belə artırılacaq – Deputat detalları açdı

Bu şəxslərin pensiyası belə artırılacaq – Deputat detalları açdı

Bakıda taksi sürücüsünə qarşı quldurluq: Sərnişin bıçaqla hədələdi

Bakıda taksi sürücüsünə qarşı quldurluq: Sərnişin bıçaqla hədələdi

Prezident Nəriman Həsənzadənin vəfatı ilə bağlı nekroloq imzaladı

Prezident Nəriman Həsənzadənin vəfatı ilə bağlı nekroloq imzaladı

Davamlı yorğunluq hansı xəstəliklərin əlamətidir?

Davamlı yorğunluq hansı xəstəliklərin əlamətidir?

Ukrayna bu ölkəyə müraciət etdi: Rusiya bayraqlarını açmağa icazə verməyin!

Ukrayna bu ölkəyə müraciət etdi: Rusiya bayraqlarını açmağa icazə verməyin!

Osman Nurməhəmmədov 22-ci dəfə ÇEMPİON oldu

Osman Nurməhəmmədov 22-ci dəfə ÇEMPİON oldu

End of content

No more pages to load

RADİO