İsgəndər Həmidov: “Hərbi əməliyyat keçirib 3-4 rayonu almalıyıq”

“Mən də Dövlət Müdafiə Komitəsinin üzvü olmuşam, dövlətin bir sıra işlərində, iclaslarında iştirak etmişəm. O zaman hamımızın ürəyindən keçirdi ki, blokada şəraitində olan Naxçıvan Muxtar Respublikasına yol açaq. Ancaq bu məsələ Müdafiə Komitəsi, yaxud dövlət səviyyəsində müzakirə olunmayıb. Çünki bu, artıq Ermənistan-Azərbaycan müharibəsi demək idi”.

Moderator.az xəbər verir ki, sabiq daxili işlər naziri İsgəndər Həmidov bu sözləri “Yeni Müsavat”a açıqlaması zamanı bildirib. Qeyd edək ki, son günlər bəzi ekspertlər və keçmiş döyüşçülər 1993-cü ilin aprelində Naxçıvanla quru yolunun açılması üçün Mehri və Qafan istiqamətindən əməliyyat keçirildiyini, lakin keçmiş prezident Əbülfəz Elçibəyin göstərişi əsasında prosesin dayandırıldığını bildiriblər. Sabiq milli təhlükəsizlik zabiti Sülhəddin Əkbər isə qəzetimizə müsahibəsində mehri istiqamətində kəşfiyyat döyüşünün olduğunu desə də, bunun, sadəcə, sınaq xarakterli olduğunu demişdi.

Öz növbəsində İ.Həmidov da yayılan bəzi məlumatlara düzəliş verdi: “Belə bir əməliyyat keçirilməmişdi ki, bizim təklifimizə Əbülfəz bəy də ”yox" desin. Əbülfəz bəyin imkanı olsaydı, bütün İrəvanı qatardı Azərbaycanın tərkibinə, Təbrizi də üstəlik. Bütöv Azərbaycan yanğısı ilə yaşayan insan necə deyə bilərdi ki, bunu etməyin". Sabiq nazir xarici qüvvələrdən bununla bağlı Ə.Elçibəyə təzyiqlərin olması barədə iddiaları da qəbul etmədi: “Əbülfəz bəyə xaricdən kim təzyiq edə bilərdi? Əksinə, Əbülfəz bəy xaricə daha çox təzyiq edə bilərdi. Türkiyədəki proseslərdə Dəmirəldən çox, Əbülfəz bəyin təsiri var idi. Bu, mümkün olan şey deyildi ki, kimsə xaricdən təsir eləsin, Əbülfəz bəy ”əməliyyatı dayandırın" desin".

Bəs, indiki situasiya üçün Mehri dəhlizini açıb, Naxçıvanı Azərbaycanın digər əraziləri ilə birləşdirmək real görünürmü? İ.Həmidov: “Təəssüf ki, indi də Mehridən Naxçıvana yol açılması real görünmür. Mehridən Naxçıvana yol açmaqdan ötrü gərək Zəngilan, Cəbrayıl, Füzuli işğaldan azad oluna ki, gedib Mehri yoluna qədər çıxa bilək. Vaxtilə qatar Qubadlıdan Mehriyə, ordan da Naxçıvana gedirdi. İndi bu, real görünmür. Amma təki Allah eləsin, buna nail ola bilək”.

Sabiq nazir məsələnin danışıqlar masası arxasında qaldırılmasının da nəticə verəcəyinə inanmadığını bildirdi: “Danışıqlarda qaldırılsa belə, Ermənistanın buna razılıq verəcəyi mümkün görünmür. Çünki Ermənistanın Dağlıq Qarabağdakı separatçılarla birbaşa özünün əlaqəsi var, yəni ”əvəz-əvəzə" məsələsi yoxdur. Odur ki, inanmıram danışıqlarda bu məsələ qaldırılsın. Bir vaxtlar Laçın dəhlizi ilə Mehri dəhlizinin dəyişdirilməsi söhbəti də var idi. Ancaq o zaman biz dedik ki, öz ərazimizdən heç kimə dəhliz vermirik, Dağlıq Qarabağ da bizim ərazimizdir, Laçın da, Kəlbəcər də. Biz onların yollarını bağlamamışdıq ki, Xocalı aeroportuna gəlirdi onların vertolyotları. Onlar nankor, nanəcib insanlardırlar ki, bizim yolumuzu bağlayıblar. Lap danışıqlarda məsələ qaldırılsa belə, ona Ermənistanın razı olacağına inanmıram. Gərək biz Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlını alaq ki, Mehriyə yol açmaq barədə də düşünək".

İ.Həmidov ötən illərin təcrübəsindən çıxış etməklə, həmçinin hazırda işğalçı ölkənin paytaxtında baş verənlərə diqqət çəkərək bildirdi ki, ümid ancaq savaşa qalır: “Mən 30 ildir deyirəm ki, qanla işğal olunan torpaq qanla geri alınmalıdır. Hərbi əməliyyat keçirib 3-4 rayonu almalıyıq, sonra danışıqlar masası arxasında söhbətlər aparıla bilər”.

Eks-nazir İrəvanda baş verənlərin fürsət yaratdığını da vurğuladı: “Belə fürsətlər bizim əlimizə çox düşüb. Bundan əvvəl də seçkilər ərəfəsində Serj Sərkisyan Dağlıq Qarabağdakı qoşunu İrəvana çağırmışdı, onda əsl məqam yetişmişdi. Bu günlərdə də vəziyyət çox gərgindir. Ermənistanın döyüşən hissələri Dağlıq Qarabağdadır, onları geri çağıra bilərlər. Sözsüz ki, yenə də işğal altındakı ərazilərdən hərbi qüvvələri Ermənistana çağıracaqlar. Çünki Sərkisyan özü Dağlıq Qarabağdandır. Ermənistanda bunlara ”aziki" deyirlər. Sərkisyanın, Köçəryanın inandığı hərbçilər də Dağlıq Qarabağda olanlardır. Getdikcə ara qarışanda Dağlıq Qarabağdakı qoşun hissələrini Ermənistana aparacaqlar. O zaman Azərbaycan hakimiyyəti özündə cəsarət tapıb hərbi əməliyyatlara başlaya və ərazilərimizi azad edə bilər".
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

3 BÜRC üçün şans qapıları açıldı

3 BÜRC üçün şans qapıları açıldı

"Şamaxinka"da minib-düşmə yeri niyə yoxdur? - VİDEO

"Şamaxinka"da minib-düşmə yeri niyə yoxdur? - VİDEO

Bəzi yaşlarda qızların təhsildən uzaqlaşma riski artır - Nazir

Bəzi yaşlarda qızların təhsildən uzaqlaşma riski artır - Nazir

Oyuncaqlarda gizlənən təhlükə - Xəbərdarlıq

Oyuncaqlarda gizlənən təhlükə - Xəbərdarlıq

Messi futboldan gedəcəyi vaxtı açıqladı

Messi futboldan gedəcəyi vaxtı açıqladı

Fitso yardımdan İMTİNA ETDİ: "Ukraynaya silah üçün pul verilməyəcək"

Fitso yardımdan İMTİNA ETDİ: "Ukraynaya silah üçün pul verilməyəcək"

Günün qoroskopu: BÜRCLƏRİ nə gözləyir?

Günün qoroskopu: BÜRCLƏRİ nə gözləyir?

İrina Şeyk makiyajsız FOTOSUNU paylaşdı

İrina Şeyk makiyajsız FOTOSUNU paylaşdı

Mertsə istefa çağırışı edildi: “Starmer kimi et”

Mertsə istefa çağırışı edildi: “Starmer kimi et”

İki şəhidimizin övladı qəbulda yüksək bal topladı

İki şəhidimizin övladı qəbulda yüksək bal topladı

Bu gün Aşuradır

Bu gün Aşuradır

700 bal toplayan ÖLKƏ BİRİNCİSİ: "Həm sosial həyatım olub, həm də telefonum"

700 bal toplayan ÖLKƏ BİRİNCİSİ: "Həm sosial həyatım olub, həm də telefonum"

İsrail - Livan danışıqları nəticəsiz başa çatdı - "Axios"

İsrail - Livan danışıqları nəticəsiz başa çatdı - "Axios"

Real TV-də yeni layihə - Televiziya rəhbərləri açıq müzakirəyə çıxır

Real TV-də yeni layihə - Televiziya rəhbərləri açıq müzakirəyə çıxır

Qusarda fermerlərə dövlət dəstəyi gücləndirilir: İcra başçısından mühüm tapşırıqlar - FOTO

Qusarda fermerlərə dövlət dəstəyi gücləndirilir: İcra başçısından mühüm tapşırıqlar - FOTO

Tramp: “İran mənim istədiyim hər şeylə razılaşır”

Tramp: “İran mənim istədiyim hər şeylə razılaşır”

Vətən müharibəsi qazisi bıçaqlandı - FOTO

Vətən müharibəsi qazisi bıçaqlandı - FOTO

Mətanət İsgəndərli: “Sanki övladını aparıblar, amma demirlər kimindir”

Mətanət İsgəndərli: “Sanki övladını aparıblar, amma demirlər kimindir”

“Şəfa” klubunda ilk legioner

“Şəfa” klubunda ilk legioner

Bakının bir sıra küçələri işıqsız qalacaq - SİYAHI

Bakının bir sıra küçələri işıqsız qalacaq - SİYAHI

Evlənənlərin yarısı boşanır - Problemin həlli yolu nədir?

Evlənənlərin yarısı boşanır - Problemin həlli yolu nədir?

Dəniz sahilində xəndəklər qazıldı – Məqsəd obyektə müştəri cəlb etməkdir? - VİDEO

Dəniz sahilində xəndəklər qazıldı – Məqsəd obyektə müştəri cəlb etməkdir? - VİDEO

Günün səbəbkarlarını TANIYAQ! - FOTO

Günün səbəbkarlarını TANIYAQ! - FOTO

Qərbi azərbaycanlıların qayıdışı ilə bağlı ABŞ Konqresinə MÜRACİƏT EDİLDİ - FOTO

Qərbi azərbaycanlıların qayıdışı ilə bağlı ABŞ Konqresinə MÜRACİƏT EDİLDİ - FOTO

End of content

No more pages to load

RADİO