İcma: Beynəlxalq ictimaiyyəti Ermənistana təzyiq göstərməyə çağırırıq

Beynəlxalq ictimaiyyəti Ermənistana təzyiq göstərməyə çağırırıq. 

Bizim.Media xəbər verir ki, bu tələb Qərbi Azərbaycan İcmasının 8 Noyabr Zəfər Günü ilə bağlı bəyanatında yer alıb. 

Bəyanatda qeyd olunur ki, Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şanlı Azərbaycan ordusunun uzun müddət torpaqlarımızı işğal altında saxlayan Ermənistan üzərində tarixi Zəfərini xalqımız növbəti dəfə böyük təntənə ilə qeyd edir: 

“8 Noyabr - Zəfər Günü, uzun illər Ermənistan silahlı qüvvələrinin işğal, etnik təmizləmə və soyqırımı aktından əziyyət çəkmiş Azərbaycan xalqının mətanətini, hərbi gücünü və ədalətin təntənəsini simvolizə edir.

Ermənistanın irqçi və ekspansionist ideologiyadan qaynaqlanan təcavüzkar siyasəti üzərində qazanılmış zəfər, beynəlxalq hüququn aliliyini təmin edib. 

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin yaratdığı dövlətçiliyimizin möhkəm təməlləri, onun müdrik siyasəti və milli-ideoloji prinsipləri xalqımızın əzmini və gücünü bir araya gətirmiş, Ümummilli Liderin siyasi varisi Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi və məharətli sərkərdəliyi Azərbaycanı həm siyasi arenada, həm də hərb meydanında qalibiyyətə çatdırıb.

İlham Əliyevin uzaqgörən rəhbərliyi altında atılan ardıcıl addımlar nəticəsində dövlətimiz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edərək yeni bir dövrə qədəm qoyub. 

Azərbaycanın şanlı Ordusunun 2020-ci ilin noyabrında Vətən Müharibəsində və 2023-cü ilin sentyabrında keçirilən antiterror əməliyyatlarında qazandığı parlaq qələbələr, xalqımızın misilsiz vətənpərvərlik ruhunu bir daha təsdiqləyib. Qarabağın işğalından sonra doğulmuş və oranı heç vaxt görməmiş oğullarımızın silaha sarılıb qəhrəmancasına vuruşması xalqımızın döyüşkən ruhunun və vətənə bağlılığının göstəricisidir.

Ölkəmizin ərazi bütövlüyü, suverenliyi və müstəqilliyi uğrunda şəhid olmuş oğul və qızlarımızın əziz xatirəsini dərin ehtiramla yad edir və sağlamlığını itirənlərə şəfa diləyirik”. 

Bəyanatda qeyd olunur ki, ərazilərimizin Ermənistanın işğalından azad edilməsi, ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin tam bərpası ədalətə inamımızı gücləndirib: 

“Ermənistanın etnik təmizləmə siyasəti nəticəsində doğma yurd-yuvalarından qovulmuş və hələ də evlərinə dönə bilməyən azərbaycanlıların təşkilatı – Qərbi Azərbaycan İcması bu tarixi nailiyyətdən böyük güc alır. Prezident İlham Əliyevin ifadə etdiyi kimi, ədalətə ancaq inanaraq və onun uğrunda mübarizə apararaq nail olmaq mümkündür. Biz də bu əzmlə və inamla öz doğma evlərimizə təhlükəsiz şəkildə,ləyaqətlə və sülh yolu ilə qayıtmaq uğrunda mübarizə aparırıq. 
 

Azərbaycanın tarixi zəfəri, ölkəmizin sülh və təhlükəsizlik şəraitində inkişafı, eləcə də regionda davamlı sülh üçün daha möhkəm əsaslar yaradır. Təəssüf ki, Ermənistan sülhün əldə olunmasına maneə törədən fəaliyyətlərlə məşğuldur. 


Azərbaycana qarşı törətdiyi saysız-hesabsız cinayətlərə görə məsuliyyətini qəbul etməyən, Azərbaycandan üzr istəməyən, əksinə hələ də hərbi caniləri qəhrəmanlaşdıran, Konstitusiyasından ölkəmizə qarşı ərazi iddiası ilə bağlı müddəanı çıxarmayan, genişmiqyaslı silahlanma siyasəti həyata keçirən Ermənistan bu kimi destruktiv addımlardan çəkinməli, Qərbi azərbaycanlıların təhlükəsiz şəkildə, ləyaqətlə və sülh yolu ilə qayıdışına şərait yaratmalı və bu məqsədlə Qərbi Azərbaycan İcması ilə dialoqa başlamalıdır. 

Ermənistanın Qərbi Azərbaycan İcmasının fəaliyyətini özünün ərazi bütövlüyünə təhdid hesab etməsi yolverilməzdir. Bizim mübarizəmiz sırf insan hüquqları və öz dədə-baba yurdlarımıza qayıdış məsələsidir. Biz beynəlxalq ictimaiyyəti, sözügedən zəruri addımları atması üçün Ermənistana təzyiq göstərməyə çağırırıq”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Astanada Qarabağ atının heykəlinin açılışı oldu – FOTO

Astanada Qarabağ atının heykəlinin açılışı oldu – FOTO

Emin Hüseynov Ağdamdan sahibkarlara SƏSLƏNDİ: “Gəlin, 24 min hektar əkinəyararlı torpaq istifadə üçün hazırdır”

Emin Hüseynov Ağdamdan sahibkarlara SƏSLƏNDİ: “Gəlin, 24 min hektar əkinəyararlı torpaq istifadə üçün hazırdır”

Vəzifəyə təyin olunması xəbərinə aydınlıq gətirdi

Vəzifəyə təyin olunması xəbərinə aydınlıq gətirdi

Bakıda məktəbin qarşısında dəhşət: 18 yaşlı gənc öldürüldü

Bakıda məktəbin qarşısında dəhşət: 18 yaşlı gənc öldürüldü

Bakının hansı ərazilərində kanat yolu YARADILACAQ?

Bakının hansı ərazilərində kanat yolu YARADILACAQ?

Pensiya və təqaüdlər BU TARİXDƏ ÖDƏNİLƏCƏK

Pensiya və təqaüdlər BU TARİXDƏ ÖDƏNİLƏCƏK

Sabah da YAĞIŞ YAĞACAQ

Sabah da YAĞIŞ YAĞACAQ

İlham Əliyev Malayziyaya səfərə dəvət olundu

İlham Əliyev Malayziyaya səfərə dəvət olundu

Malayziyanın yeni səfiri İlham Əliyevin qəbulunda – FOTO

Malayziyanın yeni səfiri İlham Əliyevin qəbulunda – FOTO

Ramil Usubovun ailəsində AĞIR İTKİ - FOTO

Ramil Usubovun ailəsində AĞIR İTKİ - FOTO

“Bezmişik, bu nə yoldur” – VİDEO

“Bezmişik, bu nə yoldur” – VİDEO

Daha beş stomatoloqun lisenziyasız fəaliyyət göstərdiyi AŞKARLANDI

Daha beş stomatoloqun lisenziyasız fəaliyyət göstərdiyi AŞKARLANDI

Bir ayda 13 klinika cəzalandırıldı – RƏSMİ

Bir ayda 13 klinika cəzalandırıldı – RƏSMİ

İrina Zaretska Avstriyada qızıl medal qazandı

İrina Zaretska Avstriyada qızıl medal qazandı

Prezidentlə görüşdə Azərbaycan dilini daha yaxşı öyrənəcəyini dedi

Prezidentlə görüşdə Azərbaycan dilini daha yaxşı öyrənəcəyini dedi

Azərbaycanda bu kəndi su basdı

Azərbaycanda bu kəndi su basdı

Əhalinin DİQQƏTİNƏ – Bu gündən başlayıb, 2 gün davam edəcək...

Əhalinin DİQQƏTİNƏ – Bu gündən başlayıb, 2 gün davam edəcək...

"Brend" adı ilə satılan ətirlər xərçəng riski yaradır – XƏBƏRDARLIQ

"Brend" adı ilə satılan ətirlər xərçəng riski yaradır – XƏBƏRDARLIQ

İlham Əliyev Avstriyanın yeni səfirini qəbul etdi – FOTO

İlham Əliyev Avstriyanın yeni səfirini qəbul etdi – FOTO

Samirə Selin Dionun konsertində - VİDEO

Samirə Selin Dionun konsertində - VİDEO

30 min manatdan başlayır – Paytaxtın ən ucuz mənzilləri bu ərazidədir

30 min manatdan başlayır – Paytaxtın ən ucuz mənzilləri bu ərazidədir

Azərbaycanlı biznesmeni ailəsi ilə hədələyiblər - 20 milyonluq şantaj işində YENİ ADLAR

Azərbaycanlı biznesmeni ailəsi ilə hədələyiblər - 20 milyonluq şantaj işində YENİ ADLAR

Şanslı olacaq BÜRCLƏR

Şanslı olacaq BÜRCLƏR

Azərbaycan filmi Avropa festivalında mükafat qazandı – FOTO

Azərbaycan filmi Avropa festivalında mükafat qazandı – FOTO

End of content

No more pages to load

RADİO