“Kəlbəcər xalqı dövlətin yarıtmaz siyasətinin qurbanı oldu” – Sabiq deputat

Xəbər verdiyimiz kimi, Azərbaycanın Kəlbəcər rayonunun Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilməsindən 25 il keçir.

Moderator.az xəbər verir ki, kəlbəcərli sabiq deputat, təhsil eksperti Şahlar Əsgərov AzEDU-ya açıqlamasında Kəlbəcəri itirdiyimizə görə xəcalət çəkdiyini vurğulayıb: “Çox ağrılı gündür. Bu hadisədə özümü də günahlandırıram. İkinci dünya müharibəsindən sonra 1993-cü ilə qədər Kəlbəcərdə həyat yadımdadır. İnsanlar faydalı əməklə, kolxoz-sovxoz işiylə məşğul olurdular. Həkimlər insanları yüksək səviyyədə müalicə edirdilər. Müəllimlər çox keyfiyyətlə dərs keçirdilər. Əhali normal yaşayırdı və buna görə də dövlət onların maaşından vergi tuturdu. Vergi almaq səbəbini belə açıqlayırdılar ki, biz maaşınızdan vergini sizi lazım gələndə qorumaq üçün tuturuq. 40-50 il Kəlbəcərdən vergi yığıldı, amma 1993-cü ilin aprelində dövlət Kəlbəcəri qorumadı, vəzifəsinin öhdəsindən gələ bilmədi. Kəlbəcər xalqı dövlətin yarıtmaz siyasətinin qurbanı oldu”.

Şahlar Əsgərov ali məktəbə qəbul imtahanlarında yüksək balı toplayan kəlbəcərli abituriyentləri, prezident təqaüdçülərini gördükdə çox sevindiyini qeyd edib: “Dünən Kəlbəcərin işğal günüylə bağlı tədbirdəydim. 30-35 yaşında cavan oğlan gördüm. Sir-sifətindən kəlbəcərli olduğunu başa düşdüm. O, mənə yaxınlaşaraq: “Şahlar müəllim məni təbrik edin. Mən Bakı məktəblərindən birinə direktor seçildim” -dedi. Çox sevindim. Təsəvvür edin, cavan oğlan müsabiqə yolu ilə Bakı məktəblərinin birinə direktor təyin olunub. Bu onu göstərir ki, gənclər intellektual baxımdan öz əməklərini Kəlbəcərin qaytarılması yolunda əsirgəməyəcəklər. Hər bir Kəlbəcərli öz postunda dövlətinə ləyaqətlə işləməlidir ki, hökumət güclənsin və biz Bakıdan Kəlbəcərə geri dönüş edə bilək”.

Qeyd edək ki, Dağlıq Qarabağ ərazisindən kənarda yerləşən, 1936 kv. km ərazisi olan Kəlbəcərin ermənilər tərəfindən işğal edilməsi nəticəsində günahsız insanlara vəhşicəsinə divan tutulub, 511 dinc sakin öldürülüb, 321 nəfər isə əsir götürülüb və itkin düşüb, 58 min rayon sakini ata-baba torpağından didərgin salınıb. İşğal nəticəsində Kəlbəcərdə 130 yaşayış məntəqəsi ermənilərin nəzarətinə keçib, 97 məktəb, 9 uşaq bağçası, 116 kitabxana, 43 klub, 42 mədəniyyət evi, 9 xəstəxana, 13 000 fərdi mənzil dağıdılıb, 37 852 ha meşə sahəsi, təbii ehtiyatlar, o cümlədən zəngin qızıl yataqları talan edilib. 1993-cü ilin qiymətləri ilə Kəlbəcərin xalq təsərrüfatına 703 milyard 528 milyon rubl ziyan vurulub.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

FAKTİKİ HAVA: Bakıda güclü külək əsir

FAKTİKİ HAVA: Bakıda güclü külək əsir

Hovard Baffet: "ABŞ Ukrayna ilə Rusiya arasındakı mövcud müharibə tipinə hazır deyil"

Hovard Baffet: "ABŞ Ukrayna ilə Rusiya arasındakı mövcud müharibə tipinə hazır deyil"

İraq region ölkələrinin iştirakı ilə təhlükəsizlik görüşü keçirməyi təklif etdi - FOTO

İraq region ölkələrinin iştirakı ilə təhlükəsizlik görüşü keçirməyi təklif etdi - FOTO

Medvedev: "Rusiya ilə əlaqələrin qırılması Ermənistan vətəndaşları üçün ağır nəticələr doğuracaq"

Medvedev: "Rusiya ilə əlaqələrin qırılması Ermənistan vətəndaşları üçün ağır nəticələr doğuracaq"

Sabah çimərliklərdə hava küləkli olacaq

Sabah çimərliklərdə hava küləkli olacaq

Çində məktəblilərin telefonları nümayişkaranə şəkildə sındırıldı - VİDEO

Çində məktəblilərin telefonları nümayişkaranə şəkildə sındırıldı - VİDEO

Satışda olan məhsullar istehlakı tam ödəmir - VİDEO

Satışda olan məhsullar istehlakı tam ödəmir - VİDEO

İsrail XİN rəhbəri qızının toy görüntülərini paylaşdı - FOTO

İsrail XİN rəhbəri qızının toy görüntülərini paylaşdı - FOTO

Livan Prezidenti Bəhreyn və Küveytə edilən hücumları pislədi

Livan Prezidenti Bəhreyn və Küveytə edilən hücumları pislədi

Nərimanov rayonunda qanlı dava: İki ayağından bıçaqlandı

Nərimanov rayonunda qanlı dava: İki ayağından bıçaqlandı

Suriyada özbək döyüşçü qətlə yetirildi

Suriyada özbək döyüşçü qətlə yetirildi

Avropa İttifaqı Venesuelaya 5 milyon avro yardım ayırdı - FOTO

Avropa İttifaqı Venesuelaya 5 milyon avro yardım ayırdı - FOTO

Aleksandar Vuçiç istefa verəcək

Aleksandar Vuçiç istefa verəcək

Bakıda yaşlı qadın ərini baltaladı

Bakıda yaşlı qadın ərini baltaladı

Sabah Bakıda yağış yağacaq, bölgələrə dolu düşəcək

Sabah Bakıda yağış yağacaq, bölgələrə dolu düşəcək

Azərbaycanda məhkəmə hakimlərinin sayı açıqlandı

Azərbaycanda məhkəmə hakimlərinin sayı açıqlandı

Vensdən İsrailə sərt xəbərdarlıq: "Vaşinqtonun yeganə müttəfiqi olduğunu düşünməyi dayandırın"

Vensdən İsrailə sərt xəbərdarlıq: "Vaşinqtonun yeganə müttəfiqi olduğunu düşünməyi dayandırın"

Zelenski Rusiyanın 2 neft emalı zavoduna endirilən zərbələr HAQDA - VİDEO

Zelenski Rusiyanın 2 neft emalı zavoduna endirilən zərbələr HAQDA - VİDEO

Bəhreyn ABŞ-İran razılaşmasındakı roluna görə Pakistana təşəkkür etdi

Bəhreyn ABŞ-İran razılaşmasındakı roluna görə Pakistana təşəkkür etdi

Tramp rəqiblərini hədəf aldı: Süni intellektlə hazırlanan FOTONU paylaşdı

Tramp rəqiblərini hədəf aldı: Süni intellektlə hazırlanan FOTONU paylaşdı

Yeni Kaledoniyada iğtişaşlardan sonra əyalət orqanlarına ilk seçkilər keçirilir

Yeni Kaledoniyada iğtişaşlardan sonra əyalət orqanlarına ilk seçkilər keçirilir

Ağdərədə mikroavtobusla minik avtomobili toqquşdu: Xeyli sayda yaralı var

Ağdərədə mikroavtobusla minik avtomobili toqquşdu: Xeyli sayda yaralı var

Londonda Somalidən olan miqrant avtomobili piyadaların üzərinə sürdü: 5 yaralı var - VİDEO

Londonda Somalidən olan miqrant avtomobili piyadaların üzərinə sürdü: 5 yaralı var - VİDEO

İran ABŞ-ın Küveytdəki bazasına və Bəhreyndəki HDQ obyektlərinə zərbələr endirdi

İran ABŞ-ın Küveytdəki bazasına və Bəhreyndəki HDQ obyektlərinə zərbələr endirdi

End of content

No more pages to load

RADİO