Çinin Çençou şəhərində yerləşən orta məktəblərin birində nizam-intizam qaydalarının sərtləşdirilməsi məqsədilə radikal addım atılıb. Təhsil müəssisəsinin rəhbərliyi şagirdlərdən müsadirə olunan mobil telefonları hamının gözü qarşısında məktəbin pilləkənlərində nümayişkaranə şəkildə darmadağın edib.
Bizim.Media xəbər verir ki, hadisə zamanı məktəb rəhbərliyi eyni vaxtda səsgücləndiricilər vasitəsilə şagirdlərdən daxili intizam qaydalarına qəti şəkildə əməl etməyi və diqqəti yalnız dərslərə yönəltməyi tələb edib.
Sosial şəbəkələrdə yayılan görüntülər böyük rezonans və müzakirələr doğurub.
Bir çox valideynlər və istifadəçilər məktəbin bu hərəkətini uşaqların şəxsi əmlakına qarşı zorakılıq və qeyri-pedaqoji üsul kimi qiymətləndirərək tənqid ediblər. Məktəb rəhbərliyi isə öz növbəsində bu sərt tədbirin şagirdləri rəqəmsal asılılıqdan qorumaq və tədris prosesinin səmərəliliyini artırmaq üçün zəruri olduğunu müdafiə edib.
Bizim.Media