Azərbaycanda professor dünyasını dəyişib.
Bizim.Media xəbər verir ki, bu barədə sabiq təhsil naziri, Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunun baş direktoru Misir Mərdanov sosial şəbəkə hesabında məlumat yayıb.
Onun sözlərinə görə, institutun əməkdaşı, fizika-riyaziyyat elmləri doktoru, professor Nadir Süleymanov oktyabrın 24-ü axşam saatlarında vəfat edib.
O qeyd edib ki, mərhum oktyabrın 23-də institutun ənənəvi elmi seminarında iştirak edib.

Bizim.Media