Yağışa görə evi və avtomobili zərər görən vətəndaşlara kompensasiya ÖDƏNİLƏCƏK?

Təəssüflər olsun ki, bəzi vətəndaşlar hələ də 21-22 oktyabr tarixlərində  yağan yağışın səbəb olduğu fəsadlardan əziyyət çəkirlər. Belə ki, yağış sonrası bir çox evi su basıb, əşyaların bir çoxu yararsız hala düşüb, o cümlədən bəzi avtomobillərə də ziyan dəyib. Fövqəladə hadisə nəticəsində  dəyən ziyanın ödənilib-ödənilməyəcəyi isə vətəndaşları maraqlandıran məqamlardır.   
 

MÖVZU İLƏ BAĞLI:

Yağış normadan artıq idi, yoxsa tunelin inşasında tələblər nəzərə ALINMAYIB?


Məsələylə bağlı Bizim.Media-ya açıqlama verən millət vəkili Fazil Mustafa qeyd edib ki, vətəndaşlara dəyən ziyanın ödənilməsi məsələsinə baxılmalıdır.

“Düzdür, bizdə çox vaxt  sığorta sistemində məqsədyönlü şəkildə bu ödənişdən yayınırlar və bu qurumların bir çoxu öz məsuliyyətini lazımi səviyyədə dərk etmirlər, amma vətəndaşların evlərini su basıbsa, hər hansı bir ziyana uğrayıblarsa və sığortalanıblarsa, müəyyən dəstək verilməlidir”.

Bəs sığortalanmayan vətəndaşlar üçün hansı imkanlar yaradılmalıdır?

“Əgər sığortalanmayıblarsa, insanların yükünü yüngülləşdirmək, maddi sıxıntıntısını ortadan qaldırmaq üçün addımlar atıla bilər. Bununla bağlı müvafiq qurumlar yəqin ki, tədbir görəcək”- deyə deputat bildirib.

Azərbaycan Sığortaçılar Assosiasiyasından isə Bizim.Media-ya bildirilib ki, əvvəlcədən sığortalanmış daşınmaz əmlaklarına zərər dəymiş vətəndaşlar zərərlə bağlı sığortalandıqları şirkətlərə müraciət edə bilərlər:

“Həmçinin, yağış nəticəsində daşınar əmlaklarda da zərər faktı qeydə alındığını nəzərə alaraq sığortalanmış daşınar əmlaklarla bağlı da müvafiq sığorta şirkətlərinə müraciət edilə bilər.

Bildirmək istəyirik ki, yağış nəticəsində hərəkətsiz haldaykən bu və ya digər şəkildə zərər görən avtomobillərin Kasko sığortası varsa, onların da eyni qayda ilə sığortalandıqları şirkətlərə müraciət etməklərini zəruri edirik. Hava şəraiti ilə əlaqədar görmə məsafəsi qısaldığı üçün müxtəlif yol-nəqliyyat hadisələri də qeydə alınıb. Bu halda isə hadisələr avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası ilə tənzimlənəcək”.

Qeyd edək ki, oktyabrın 22-də Sabunçuda tunelə yağış sularının dolması nəticəsində 2 nəfər boğularaq ölüb və paytaxtın bəzi ərazilərində evləri su basıbyollar bağlanıb. Bir çox avtomobillər isə su altında qalıb.

Nəzrin Mirzəyeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Yuyulanda ZƏHƏRƏ çevrilən qidalar

Yuyulanda ZƏHƏRƏ çevrilən qidalar

Bakıda tikinti şirkəti eyni mənzili bir neçə nəfərə satıb? -Cinayət işi açıldı - VİDEO

Bakıda tikinti şirkəti eyni mənzili bir neçə nəfərə satıb? -Cinayət işi açıldı - VİDEO

Qazaxıstanda uşaqlara ən çox bu ad qoyulur

Qazaxıstanda uşaqlara ən çox bu ad qoyulur

Evlənsələr evdə qiyamət qopacaq - Uyğunlaşmayan BÜRCLƏR

Evlənsələr evdə qiyamət qopacaq - Uyğunlaşmayan BÜRCLƏR

Hər dörd nəfərdən biri ruhi sağlamlığına biganə qalır - ARAŞDIRMA

Hər dörd nəfərdən biri ruhi sağlamlığına biganə qalır - ARAŞDIRMA

Ölümcül infeksiya əlamətləri olan Hantavirus nədir? - Dünya yenidən təşviş içində

Ölümcül infeksiya əlamətləri olan Hantavirus nədir? - Dünya yenidən təşviş içində

Mayın 9-u İKİ BÜRC üçün romantizm qapıları açılır

Mayın 9-u İKİ BÜRC üçün romantizm qapıları açılır

"EFES - 2026" təlimində növbəti tapşırıqlar icra olundu

"EFES - 2026" təlimində növbəti tapşırıqlar icra olundu

“Qorxa-qorxa gedirəm, maşın aşa bilər” – VİDEO

“Qorxa-qorxa gedirəm, maşın aşa bilər” – VİDEO

Putin: "9 May üçün heç kəsə rəsmi dəvət göndərməmişik"

Putin: "9 May üçün heç kəsə rəsmi dəvət göndərməmişik"

Niyə "ah" çəkirik?

Niyə "ah" çəkirik?

Zelenski Qırmızı Meydanla bağlı əmr verdi: silahdan istifadə olunmasın!

Zelenski Qırmızı Meydanla bağlı əmr verdi: silahdan istifadə olunmasın!

Çempion “Kəpəz”ə uduzdu - VİDEO

Çempion “Kəpəz”ə uduzdu - VİDEO

İnsan ölümündən bir neçə dəqiqə əvvəl NƏ EŞİDİR?

İnsan ölümündən bir neçə dəqiqə əvvəl NƏ EŞİDİR?

Bu gün 9 May - faşizm üzərində Qələbə Günüdür

Bu gün 9 May - faşizm üzərində Qələbə Günüdür

Zelenski 3 günlük atəşkəsi və əsir mübadiləsini TƏSDİQLƏDİ

Zelenski 3 günlük atəşkəsi və əsir mübadiləsini TƏSDİQLƏDİ

Putin Trampla söhbətinin detallarını açıqladı: "Qalib gəldiyimizi xatırladıq"

Putin Trampla söhbətinin detallarını açıqladı: "Qalib gəldiyimizi xatırladıq"

İlqar Mirzəyevin heç yerdə olmayan FOTOSU

İlqar Mirzəyevin heç yerdə olmayan FOTOSU

FİFA “Neftçi”dən transfer qadağasını götürdü

FİFA “Neftçi”dən transfer qadağasını götürdü

“Məhkəmə sonlandı və biz qazandıq, ailə övladlarına qovuşdu” - VİDEO

“Məhkəmə sonlandı və biz qazandıq, ailə övladlarına qovuşdu” - VİDEO

Paraüzgüçümüz Berlində bürünc medal qazandı

Paraüzgüçümüz Berlində bürünc medal qazandı

Hazırlığa getmədən 300 bal topladı - FOTOLAR

Hazırlığa getmədən 300 bal topladı - FOTOLAR

Sumqayıtda bu yollar bağlı olacaq - SİYAHI

Sumqayıtda bu yollar bağlı olacaq - SİYAHI

Tramp 8 mayı ABŞ üçün Qələbə Günü elan etdi

Tramp 8 mayı ABŞ üçün Qələbə Günü elan etdi

End of content

No more pages to load

RADİO