"Azərbaycan Dəmir Yolları" (ADY) QSC sərnişin tələbatını təmin etmək məqsədilə oktyabrın 26-27-də Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edir.
Bizim.Media xəbər verir ki, bu barədə ADY məlumat yayıb.
Məlumata görə, eyni zamanda Bakı-Ağstafa-Bakı qatarları ilə ənənəvi qrafiklə hər gün səhər və axşam saatlarında hər iki istiqamətə səfər etmək mümkün olacaq.
Hərəkət cədvəli və biletlər haqqında məlumatları dəmiryol vağzallarının kassalarından, saytdan (www.ady.az), “ADY Mobile” (www.ady.az/app) tətbiqindən və ya 7/24 fəaliyyət göstərən 1822 Əlaqə Mərkəzindən əldə etmək mümkündür.

Bizim.Media