Ötən gün Astarada şəxsi münasibətlər zəminində oğlu Tural Hüseynova ov silahı ilə xəsarət yetirməkdə şübhəli bilinən Ağaşir Hüseynov polis əməkdaşlarının keçirdikləri tədbirlərlə saxlanılaraq istintaqa təhvil verilib.
Bu barədə Bizim.Media-nın Cənub bürosuna DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan məlumat verilib.
Hazırda fatkla bağlı araşdırmalar aparılır.
Sabutay, Bizim.Media, Cənub bürosu