Goranboyda 12 baş xırdabuynuzlu heyvanı oğurlayan şəxslər saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımovun Bizim.Media-nın yerli bürosuna verdiyi məlumata görə, Goranboy Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində rayon ərazisində 12 baş xırdabuynuzlu heyvanı oğurlayan, əvvəllər məhkum olunmuş Orxan Paşayev, Laçın Əzimov və Natiq Əliyev saxlanılıblar. Faktla bağlı araşdırmalar davam etdirilir.



Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu