“Bakcell” BMT-nin Qlobal Sazişinə qoşulub

İnnovasiya və sürət lideri “Bakcell” BMT-nin Qlobal Sazişinə (United Nations Global Compact) qoşulub. Bununla bağlı “Bakcell”in baş icraçı direktoru Klaus Müller və BMT Qlobal Sazişinin Azərbaycan üzrə rəhbəri Samir Məmmədov arasında memorandum imzalanıb.
 

Klaus Müller bildirib ki, təşəbbüsə qoşulmaqla şirkət dayanıqlı inkişaf və sosial məsuliyyət prinsiplərinə sadiqliyini nümayiş etdirir: “BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun fəaliyyət strategiyamızın əsasını təşkil edir. Qlobal Sazişin 10 prinsipini tətbiq etməklə ekoloji, sosial və korporativ idarəetmə sahələrində fəaliyyətimizi daha da təkmilləşdirəcəyik”.


“BMT-nin Qlobal Sazişinə qoşulmaqla “Bakcell” dayanıqlı gələcəyə töhfə vermək öhdəliyini bir daha təsdiqləyir. Bu, hər kəs üçün daha yaxşı bir gələcək qurmaq məqsədilə ictimai bir vəddir – tərəfdaşlara, səhmdarlara, təchizatçılara, işçilərə, müştərilərə və gələcək nəsillərə verilmiş bir öhdəlik. “Bakcell” sözünə sadiq korporativ şirkət kimi tanınır. Texnologiya dayanıqlığın əsas təminatçılarından biridir və yenilikçi bir şirkət olaraq “Bakcell”, fərdlər, icmalar və sənayelər üçün daha yaxşı, məsuliyyətli və qayğıkeş həyat tərzi yaratmaq məqsədilə texnologiyanı əlçatan etməyə mühüm töhfə verəcək”, -  deyə Samir Məmmədov bildirib.

Qeyd edək ki, “Bakcell” işğaldan azad olunmuş bölgələr də daxil olmaqla, ölkə ərazisində keçirdiyi müxtəlif innovativ layihələrlə iqtisadiyyatın inkişafına, Azərbaycanın dayanıqlı inkişaf hədəflərinə çatmasına töhfə verir. “Bakcell”in ətraf mühitin qorunması istiqamətində atdığı addımlar enerji istehlakı və elektron tullantıların ətraf mühitə təsirinin azaldılmasını, həmçinin bərpa olunan enerji mənbələrindən daha geniş şəkildə istifadəni hədəfləyir. Belə ki, şirkət eSIM texnologiyasının tətbiqi ilə plastik tullantıları azaldır, həmçinin bərpa olunan enerji ilə işləyən stansiyalarla bağlı pilot layihə həyata keçirir. Bundan əlavə, şirkət həyata keçirdiyi “FLEXcellence” proqramı vasitəsilə hibrid iş rejimini təşviq edir. Bu isə öz növbəsində əməkdaşların enerji və vaxt itkisini azaldır, onların iş və şəxsi həyatları arasında balansı təmin etməsinə kömək edir.

BMT-nin Qlobal Sazişi dünyada dayanıqlı inkişaf və sosial məsuliyyət sahəsində ən böyük beynəlxalq təşəbbüsdür. Hazırda Qlobal Sazişin iştirakçıları sırasında 160-dan çox ölkədən 20 mindən çox təşkilat yer alır. Təşəbbüs üzvlərinin əsas məqsədi öz strategiya və fəaliyyətlərini beynəlxalq səviyyədə qəbul edilmiş insan haqları, işçi hüquqları, ətraf mühitin qorunması ilə bağlı prinsiplərə və “Dayanıqlı inkişaf üzrə 2030 Gündəliyi”nə uyğunlaşdırmaqdır.

“Bakcell” haqqında

“Bakcell” Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiya şirkətidir. Hazırda ”Bakcell” üç milyondan çox müştərini yüksək keyfiyyətli və sürətli telekommunikasiya xidmətləri ilə təmin edir. Şirkət süni intellektə əsaslanan innovasiyalar və həllər vasitəsilə Azərbaycanın davamlı inkişafına töhfə verir və Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunun ən böyük investorlarından biridir. 

“Bakcell” müxtəlif  ölkələrdə enerji, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən “NEQSOL Holding” beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Uşaqlarına görə dalaşan valideynlər arasındakı bıçaqlanmanın- Təfərrüatı

Uşaqlarına görə dalaşan valideynlər arasındakı bıçaqlanmanın- Təfərrüatı

Temperatur daha da YÜKSƏLƏCƏK

Temperatur daha da YÜKSƏLƏCƏK

550 milyonluq sərvətindən övladlarına bir qəpik də QALMAYACAQ

550 milyonluq sərvətindən övladlarına bir qəpik də QALMAYACAQ

İsraildən XƏBƏRDARLIQ – Dərhal bu əraziləri tərk edin

İsraildən XƏBƏRDARLIQ – Dərhal bu əraziləri tərk edin

Özünü vəkil kimi təqdim edib, vətəndaşın pullarını ƏLƏ KEÇİRDİ

Özünü vəkil kimi təqdim edib, vətəndaşın pullarını ƏLƏ KEÇİRDİ

Prezidentin Meloni ilə görüşündən əvvəl son hazırlıq işləri belə aparılıb – VİDEO

Prezidentin Meloni ilə görüşündən əvvəl son hazırlıq işləri belə aparılıb – VİDEO

Ermənistan “iki od arasında” – İrəvan üçün kritik 30 GÜN

Ermənistan “iki od arasında” – İrəvan üçün kritik 30 GÜN

Qız nişanı qaytardı, ailələr küçə döyüşünə çıxdılar – ANBAAN VİDEO

Qız nişanı qaytardı, ailələr küçə döyüşünə çıxdılar – ANBAAN VİDEO

Səbuhi Qasımov İspaniyada vəfat etdi

Səbuhi Qasımov İspaniyada vəfat etdi

Mahir Emreli oynadı, komandası qələbə qazandı

Mahir Emreli oynadı, komandası qələbə qazandı

Dünən həbs edilən Fidanı bu gün məhkəmə azad etdi- Foto

Dünən həbs edilən Fidanı bu gün məhkəmə azad etdi- Foto

Cənazə namazında mərhuma haqqını halal etmədi – VİDEO

Cənazə namazında mərhuma haqqını halal etmədi – VİDEO

Dünyanın ən ləzzətli çörəkləri bu ölkələrdəymiş - FOTO

Dünyanın ən ləzzətli çörəkləri bu ölkələrdəymiş - FOTO

Moskvada Qələbə paradında yalnız 3 xarici ölkə prezidenti iştirak etdi – ADLAR - VİDEO

Moskvada Qələbə paradında yalnız 3 xarici ölkə prezidenti iştirak etdi – ADLAR - VİDEO

“İnstagram istifadəçilərinə pis xəbər – şəxsi mesajlara çıxış mümkün olacaq

“İnstagram istifadəçilərinə pis xəbər – şəxsi mesajlara çıxış mümkün olacaq

II Dünya Müharibəsinin həyatda olan 13 veteranından biri – Qaflan Ömərovun DÖYÜŞ YOLU – VİDEO

II Dünya Müharibəsinin həyatda olan 13 veteranından biri – Qaflan Ömərovun DÖYÜŞ YOLU – VİDEO

Fatma Mahmudova Ruhəngiz Allahverdiyevaya görə efirə gəlmədi – VİDEO

Fatma Mahmudova Ruhəngiz Allahverdiyevaya görə efirə gəlmədi – VİDEO

Günə gümrah başlamaq üçün İDEAL RESEPT – Bir stəkan içmək kifayət edir

Günə gümrah başlamaq üçün İDEAL RESEPT – Bir stəkan içmək kifayət edir

Yol polisindən rayonlara səfərə hazırlaşan sürücülərə XƏBƏRDARLIQ

Yol polisindən rayonlara səfərə hazırlaşan sürücülərə XƏBƏRDARLIQ

“Qəbələ” “Qarabağ”ı, “Sumqayıt” “Araz Naxçıvan”ı qəbul edir

“Qəbələ” “Qarabağ”ı, “Sumqayıt” “Araz Naxçıvan”ı qəbul edir

VI “Qızıl Şah” Kulinariya Çempionatının qalibləri bəlli oldu – FOTO

VI “Qızıl Şah” Kulinariya Çempionatının qalibləri bəlli oldu – FOTO

Dünyanın ən nəzakətli ölkələri açıqlandı - İLK BEŞLİK

Dünyanın ən nəzakətli ölkələri açıqlandı - İLK BEŞLİK

Rusiyadan Avropaya “Oreşnik” TƏHDİDİ

Rusiyadan Avropaya “Oreşnik” TƏHDİDİ

Qurban Qurbanov Türkiyə klubunda?

Qurban Qurbanov Türkiyə klubunda?

End of content

No more pages to load

RADİO