Almaniya II Bundesliqasında 33-ci turun oyunları keçirilir.
Bizim.Media xəbər verir ki, bu gün Mahir Emrelinin formasını geyindiyi "Kayzerslautern" doğma meydanda "Arminiya Bielefeld"i qəbul edib.
Qarşılaşma meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. "Kayzerslautern" 49 xalla turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.
Mahir bu matçda 65-ci dəqiqədə meydana daxil olub. 29 yaşlı hücumçu sona qədər ehtiyatda qalıb. Bununla da təcrübəli forvard 4 turdan sonra meydana qayıdıb.
Bizim.Media